Hərbi Prokurorluq Avropa İnsan Haqları Məhkəməsinə şikayət yollayan vəkili təqib edir

Hərbi Prokurorluq Avropa İnsan Haqları Məhkəməsinə şikayət yollayan vəkili təqib edir
Загрузка...
Hərbi Prokurorluq Avropa İnsan Haqları Məhkəməsinə (AİHM) şikayət yollayan vəkil Aqil Layıcı təqib edir. Bu haqda vəkil özü məlumat yayıb. Qeyd edib ki, bu ilin əvvəlində müəmmalı əsgər ölümü ilə bağlı Avropa İnsan Hüquqları Məhkəməsində bir iş üzrə xeyrimizə qərar çıxarılmışdı. Məhkəmə müəyyən etmişdi ki, əsgərin ölümü ilə bağlı normal və hərtərəfli araşdırılma aparılmayıb və istintaq hərəkətləri yetərsiz və pozuntularla aparılıb.
Ali təhsilli əsgər xidmətə yollandıqdan bir neçə gün sonra ölmüşdü, üzərində göy və sıyrıqlar vardı. AİHM həmin qərarından sonra Hərbi Prukorurluq öz təşəbbüsü ilə cinayət işinin başlanmasının rədd edilməsini qərarını ləğv edib işi istintaqa qaytarmışdı.
"Bunu eşidəndə çox sevindim ki, bu dəfə şübhəli məqamları aradan qaldırmaq üçün bütün məqamları araşdıracaqlar. Təəssüflər olsun ki, yanılmışam. Deməli hərbi prokurorluğun müstəntiqi nömrəmi tapıb whatsappla zəng eləmişdi. Mənə deyir ki, səni dindirməliyəm, o işdə nümayəndə olmusan. Deyirəm ki, cənab, Siz bunu edə bilməzsiniz və mən AİHM-də apardığım iş üzrə dindirməyə məruz qala bilmərəm və bu Konvensiyanın təbiətinə ziddir. Sən demə Hərbi Prokurorluq qərarı ləğv edib yeni araşdırmaya göndərən zaman, işin araşdırılması yönündə deyil, nümayəndənin də dindirilməsi məsələsini ortaya qoyubmuş. İndi mən anlamıram ki, bunlar niyə hüquqdan bu qədər bixəbərdirlər və bununla nə əldə etmək istəyirlər. Əsgər ölümü qalıb kənarda, bunlar Konvensiyanın 2-ci maddəsinin (yaşamaq hüququ) pozuntusunun tanınmasında roluma görə məni dindirməyə cəhd edirlərmiş. Cavabım tutarlı oldu, yəqin nəticə çıxararlar".
Vəkilin iddiaları ilə bağlı Hərbi Prokurorluğun mövqeyini öyrənməyə çalışacağıq.

Xəbər lenti