İşgəncə ilə öldürülən hərbiçinin xanımı: "Hospitalda tibb bacısı dedi ki, lüt gətirmişdilər, əlləri-gözləri bağlı canın tapşırdı..."

02 Sentyabr 2019, 15:59
02 Sentyabr
2019
15:59
7667
"Qaynım görüb ki, qəbiristanlıq tərəfə təcili yardım maşını gedir. Onun arxasınca düşüb, bir neçə hərbiçi Səxavət Binnətovun meyidini gətiribmiş. Qəbiristanlıqdan kənarda ekskvatorla quyu qazıb meyiti ora atıblar, üstünü də torpaqlayıblar. El adəti ilə molla belə çağırmayıblar. Deyiblər ki, bu vətən xainidir, şərəfsizdir...".
Söhbət "cəsus əməliyyatı” zamanı tutularaq istintaq altında olan zaman müəmmalı şəkildə ölən Azərbaycan ordusunun hərbiçisi, müddətdən artıq xidmət edən Səxavət Binnətovun acı taleyindən gedir.

Səxavət Binnətov
Hərbiçinin həyat yoldaşı Xavər Haqverdiyeva Criminal.az-a açıqlamasında ailəsinin faciəsindən danışıb: "Səxavət Binnətov 2017-ci il mayın 8-də işə getmişdi. Bir gün keçdi, amma işdən qayıtmadı, gözlədim, mayın 9-da hərbi hissəyə getdim. Yolda qarşıma əmisi oğlu çıxdı, dedi ki, Səxavəti aparıblar. Mayın 16-da meyidini gətirdilər. Sonda məlum oldu ki, Səxavət günahsızdır, məhkəmə quruldu, həyat yoldaşım bəraət aldı".
Buna da bax: Vətən xaini kimi öldürdülən polkovnik bəraət aldı, qəhrəman kimi qəbri ucaldıldı – AZƏRBAYCAN FACİƏSİNİN DOSYESİ
Mərhum hərbiçinin xanımı deyir ki, S.Binnətovun meyidini qəbiristanlıqdan kənarda basdırmışdılar: "Biz meyit görməmişik. İki qızım atalarının hələ də itkin düşdüyünü düşünür. El adəti olmadan, mollasız filansız quyuya atıblar, elə bil it basdırdırlar. Quyuya atıb dedilər ki, bu adam şərəfsizdir, vətən xainidir. Sonra şikayət edəndən sonra gəlib qəbrdən çıxarıb yenidən atasının yanında dəfn etdilər".

Xavər Haqverdiyeva və S.Binnətov
"Səxavəti heç bir günahı olmadan öldürüblər. Bəraət alan hərbişçilərdən fərqli olaraq Səxavət heç şübhəli şəxs də olmayıb. Bəraət kağızından görünür ki, onun barəsində heç cinayət işi də olmayıb. Yoldaşımı kiminsə yerinə səhv aparıblar. Hərbi prokuror Hümbətov da mənə dedi ki, sənin yoldaşın kiminsə yerinə səhvən aparılıb. 6 ay məhkəmə getdi, bir dəfə də adı çəkilmədi ki, onu kim aparıb, kim döyüb öldürüb. Hərbiçilərə işgəncə verib öldürənlərdən Fuad Ağayev və digər təqsirləndirilənlər məhkəmədə dedi ki, Səxavəti görməmişik" - X.Haqverdiyeva bildirdi.

S.Binnətov
X.Haqverdiyeva deyir ki, Səxavətin son nəfəsində yanlında olan Hərbi Hospitalın tibb bacısı ilə görüşüb və onun dediklərindən dəhşətə gəlib: "Bakıdakı Hərbi Hospitala getdim, Səxavətə baxan tibb bacısını tapıdım. Ondan soruşdum ki, yodaşım necə öldü, son nəfəsində nə dedi? Dedi ki, Səxavəti koma vəziyyətində, lüt gətirmişdilər. Üstündə ağ mələfə olub. Əlləri və gözləri bağlı vəziyyətdə mayın 15-də gecə canın tapşırıb".
Buna da bax: "Vətən xaini" kimi öldürülən hərbiçinin xanımı Müdafiə Nazirliyinə qarşı şok məhkəmə davası açdı

S.Binnətov
Mərhum hərbiçinin xanımı bildirdi ki, S.Binnətova elə işgəncələr verilib ki, həmin dəhşətli anlar yazılan sənədləri uşaqlarına görə üzə çıxara bilmir: "Ona nə işgəncələr verməyiblər. Dəmirlə, şlankla döyüblər. Əlləri-gözləri bağlı olub. Matrası su ilə isladıb toka verirmişlər. İşgəncə nəticəsində ölən zabit Elçin Mirzəliyevlə Səxavəti eyni yerdə işgəncə veriblər. Məhkəmədə dedilər ki, Səxavətə Marğuşavanda, Mingəçevirdəki hərbi hissədə və meşədə işgəncə veriblər. İşgəncə izləri olan şəkilləri Tərtər Hərbi Məhkəməsinin hakimi İlqar müəllim söz verdi göstərəcək. Amma mərhum polkovnik Saleh Qafarovun yoldaşı Natavan Qafarovaya göstərdilər. Salehə verlən işgəncələri görən qadının məhkəmədə ürəyi getdi. İstintaq materiallarında şəkillər var".

İstintaq materialı
İstintaq materiallarında da S.Binnətova hansı dəhşətli işgəncələr verilməsi yazılıb. İstintaq materiallarından sitat: "Fuad Ağayev 08.05.2017-ci ildə Səxavət Binnətovu N saylı hərbi hissənin köhnə qərargah binasına gətirzdirərək onun fiziki və psixi zor tətbiq etməklə və ya işgəncə verilməklə sorğu-sual edilməsinə göstəriş verib. Səxavət Binnətovdan düşmən tərəfindən kimin vasitəsilə, nə vaxtdan və hansı məqsədlə məxfi əməkdaşlığa cəlb edilməsi barədə məlumatlar verməsi üçün xüsusi amansızlıqla zorakılıq hərəkətləri edib. Gününü müxtəlif vaxtlarında, o cümlədən gecə vaxtları müəyyən fasilələr verməklə köhnə qərargah binasının ikinci mərtəbəsində olan otaqlarda, habelə dəhlizdə əynində olan paltarlarını soyundurub, əllərini və ayaqlarını bağlayıb, eləcədə də ətrafda baş verənləri görməməsi üçün əski parçasını gözünün üstünə salıb üstündən yapışqan lentlə bağlarıqları Səxavət Binnətovun bədənin müxtəlif nahiyyələrinə yumruq-təpik, habelə plastik boru və digər küt əşyalarla zərbələr vurub. Onu üzü üstə uzadıb tərpənməməsi və müqavimət göstərməməsi üçün qollarından və ayaqlarından tutub başını vannadakı suyun içərisinə salaraq bir neçə saniyə saxlayıb, nəfəs ala bilmədiyini gördükdə boğulmaq həddinə çatdıqda başını sudan çıxarıb bir neçə saniyə nəfəs almasına imkan verib, sonradan həmin prosesi bir neçə dəfə davam etdirib. Əl-ayaqlarını tutaraq əski parçasını ağzına qoyaraq üstündən ağzına su töküb, su ağızına dolduğundan nəfəs ala bilməmiş, boğulmaq həddinə çatdıqda əskini götürərək nəfəs almasına imkan verib, sonr bu prosesi bir neçə davam etdirmişdir, boğularaq çabaladıqda onu tutub saxlamışdır. Daha şiddətli təsir etməsi üçün üstünə su töküb xüsusi qurğu vasitəsilə naqillərini bədəninin müxtəlif nahiyələrinə birləşdirməklə elektrik cərəyanı verib. Səxavət Binnətov düşmənlə əməkdaşlığını təkzib etdikdə işgəcəni davam etdiriblər. İşgəncə nəticəsində Səxavət Binnətovun bədəninin müxtəlif yerlərində əzik, sıyrıq və hematomalar yaranıb, qaraciyərində cırılma, qarın boşluğuna 1 litr qan yığılıb. Nəticədə Səxavət Binnətov 11.05.2017-ci ildə saat 11-də Hərbi Hospitala gətirilsə də, mayın 15-də orada küt alətlərlə döyülmədən qara ciyər və dalaq cırılmasından orada ölüb".

X.Haqverdiyeva SƏxavətin məzarı başında
"Səxavət cəmi 3 il xidmət edə bildi. Onu hərbiyə düzəltmək üçün sələmə pul götürmüşdük. O da öldü, qalmışıq sələmin altında. 11 min sığorta pulu verdilər, iki qızımı sələmlə saxlayıram. Evim də satıldı sələmə görə. Səxavətin qardaşı Naxçıvanda mayordu, özü isə ciddi işçisi olub. İki qızımı qorxa-qorxa saxlayıram. Niyə mənim ailə başçımı öldürürdü ki, biz də belə zülm çəkək? Səxavəti öldürənlərə cəza veriblər. Neynirəm, istəyirlər 50 il versinlər. Allah Səxavəti öldürənlərin balasına mənim balalarım çəkənləri çəkdirsin" -deyə X.Haqverdiyeva vurğulayıb.

S.Binnətovun səhvən öldürülməsini sübut edən sənəd
Hərbi Prokurorluğun Ağır cinayətlərə dair istintaq idarəsinin rəis müavini Oqtay Ağayevin məktubundan sonra məlum olub ki, Müdafiə Nazirliyinin müxtəlif hərbi hissələrinin hərbi qulluqçularının dövlətə xəyanət etmələri faktları ilə bağlı istintaq olunmuş cinayəti işinin istintaqı zamanı nəinki S.Binnətovun dövlətə xəyanət etməsi faktı müəyyən edilməmiş, ümumiyyətlə istintaq belə bir məlumat daxil olmamış və araşdırılmamış, onun cinayət prosesinə hər hansı prossesual statusda cəlb edilməmiş, ona görə də barəsində hər hansı qərar qəbul edilməmişdir.
Xəbər lenti
-
19:16Mübariz Mənsimov: "Satqınları və xəyanətkarları Allaha tapşırıram"
-
19:36Bakıda İcra Hakimiyyətində korrupsiya həbsləri – şöbə müdiri qandallandı
-
17:34Həbs edilən qazi azadlığa buraxıldı
-
17:33Prezidentə istefa tələb edən ictimai fəal haqqında hökm çıxarıldı
-
16:39Şəhla Hümbətova Vəkillər Kollegiyasından çıxarıldı
-
16:34Ramiz Mehdiyev qurultaydan danışdı
-
16:29Ramiz Mehdiyevlə Əli Həsənov YAP rəhbərliyindən uzaqlaşdırıldı
-
14:32Mübariz Mənsimov azadlıqda!
-
12:53Cahangir Əsgərovun həyat yoldaşının SƏRVƏTİ
-
12:15Elmar Hüseynovun qətlinin araşdırılmasındakı səriştəsizlik
-
11:55Oğlu şəhid olan xalq artisti: “Nazir balaları Londonda, Avropada, amma torpağı xilas eləmək...”
-
11:51Mübariz Mənsimovun məhkəməsi başladı
-
12:52Azərbaycanın nəzarət etdiyi ərazilərdə erməni döyüşçülərin cəsədlərinin axtarışına icazə verdiyi iddia olunur
-
12:48Fəxrəddin Manafovun xanımı vəfat etdi
-
12:46“Vəhşi Arman” “Qızıl Rövşən”i oteldə döydüklərini təsdiqləyir və onu “qorxaq” adlandırır - DUBAYDAKI NÜFUZLU DAYININ ƏMRİ
-
12:39Bloger və aktyor məhkəmə zalında həbs olundu
-
12:36“Qan içində, şüşəsi güllələnən maşınla karantin postuna gedərdilərmi?” - Polisin güllələdiyi şəxslərin məhkəməsindən
-
22:49Səfir oğlunun Rasim Məmmədovla əlaqələrini gizlətməsinin sirri - Faktlar
-
22:43Elton Məmmədovun oğlunun şikayəti ilə üzə çıxan cinayətlər - “Zaminbank”ın Müşahidə Şurasının sədrinin işi
-
22:39“Laçın təndiri”nin qarşısında heç nəyə görə tökülən qan - “ZARAFATCIL OĞLANLARIN” DAVASINA GÖRƏ 25 YAŞLI RAMİD İNDİ HƏYATDA YOXDUR...
-
22:36İtkin düşən polkovnik-leytenantın da şəhid xəbəri gəldi
-
17:22AİHM Azərbaycan hökuməti baş redakora 6 min avro ödəməlidir
-
23:38“Qara Qafur” bacısı oğlu “Qızıl Rövşən”i niyə xüsusi qəddarlıqla döydürdü... - 45 MİLYON DOLLAR, “MAYBACH” , “YUMURTA OYBEK” VƏ DAHA NƏLƏR
-
23:29“Qazanan Cahangir Əsgərov və ətrafıdır”
-
21:31Şəhid anası itkin düşüb
-
21:30Bakıda evdən 5 nəfərin meyiti tapıldı
-
21:29Bakıda məhkəmə zalında 4 dustaq qollarını ülgüclə doğradı
-
21:28Ramiz Mehdiyev 500-dən çox işçinin bağ sahəsini əlindən aldı
-
21:22Naxçıvandakı Ağbulaq Xizək Mərkəzi Vasif Talıbovun şəxsi obyektidir
-
18:45“Həmid” avtosalonu qadını özünü öldürmək həddinə çatdırıb
-
18:39Roza İlhaməyə məhkəmədə uduzdu – ÜZR İSTƏYƏCƏK
-
10:24Ramiz Mehdiyev Elmira Axundovaya Ali Məhkəmədə dəstək verəcək?
-
22:35Əli Həsənova 2 milyardlıq korrupsiya ittihamı – onun istintaqda dindirildiyi deyilir
-
22:28Azərbaycan Türkiyədən SOM qanadlı raketləri alır - 250 KİLOMETRDƏN UZAQ MƏNZİLLİ, YÜKSƏK DƏQİQLİKLİ...
-
22:25Masallıda AXCP fəalı həbs olundu
-
17:00Şuşada məktəbin təməlini Əliyev, Ərdoğan və Baxçalı birlikdə qoyacaq - “DEDİ MƏN QARDAŞIMSIZ GETMƏRƏM...”
-
16:39Prokurorluq əməkdaşının ölümündə adı hallandırılan xanım şirkət rəhbəri qandallandı
-
16:21Piyadanı küçənin ortasında bir neçə yumruq zərbəsi ilə öldürdü... - AZƏRBAYCAN VƏTƏNDAŞI HADİSƏ YERİNDƏN QAÇMAQ İSTƏDİ
-
13:47Bələdiyyə sədri və müavini məhkəmə qarşısında
-
13:44“Yayılan məlumatlar həqiqətə uyğun deyil” - DTX
06 Mart 2021
05 Mart 2021
03 Mart 2021
27 Fevral 2021
25 Fevral 2021
23 Fevral 2021
20 Fevral 2021
Digər xəbərlər
-
Sənəd, Manşet, Foto, Dosye
Aktrisa arvadının porno şəkillərini yayan Mahmudov qadın oğurluğu, şantaj cinayətləri də törədibmiş... - ONUN PSİXOPAT OLMASINI SÜBUT EDƏN EKSPERT RƏYİ
-
Sənəd, Manşet, Foto, Dosye
İşgəncə ilə öldürülən hərbiçinin xanımı: "Hospitalda tibb bacısı dedi ki, lüt gətirmişdilər, əlləri-gözləri bağlı canın tapşırdı..."
-
Sənəd, Manşet, Foto, Dosye
Vətən xaini kimi öldürdülən polkovnik bəraət aldı, qəhrəman kimi qəbri ucaldıldı – AZƏRBAYCAN FACİƏSİNİN DOSYESİ
-
Sənəd, Manşet, Foto, Dosye
Jurnalistin qardaşının ölümündə adı keçən hakim həbsdən necə qurtuldu? - Nazirin Zakir Qaralova yazdığı məktub üzə çıxdı