Hərbi hissədəki partlayışda yaralananların sayı 9-a çatdı – SİYAHI

Hərbi hissədəki partlayışda yaralananların sayı 9-a çatdı – SİYAHI
Загрузка...
İyulun 6-da hərbi hissələrdən birində bədbəxt hadisə baş verib. Tank mərmisinin atımının hərbi qulluqçunun əlindən yerə düşməsi nəticəsində partlayış olub. Müdafiə Nazirliyinin yaydığı məlumata görə, partlayış nəticəsində iki hərbi qulluqçu - gizir Amiddin Şahmalı oğlu Ağalarov və kiçik çavuş Samir Çingiz oğlu Salahov həlak olub, gizir Nurlan Rəhim oğlu Məmmədov ağır yaralanıb.
Müdafiə Nazirliyinin yaydığı ilkin məlumatda yarıların sayı bir nəfər gösətərilsə də, onların sayının artması barədə məlumat əldə etmişik. Criminal.az saytına daxil olan məlumata görə, partlayış Ağstafa rayonunun Qırlı kəndində baş verib və nəticəsində 9 hərbiçi yaralanıb. Yaralılar Ağstafa rayon Mərkəzi Xəstəxanasına aparılıblar.
Xəstəxanadan Criminal.az saytına bildirildi ki, yaralılar bu gün saat 8.50-də 11 nəfər gətiriliblər. Onlardan Amiddin Şahmalı oğlu Ağalarov və Samir Çingiz oğlu Salahov gətirilərkən keçinmişdilər.
Digər 9 yaralı isə ağır dərəcəli termiki yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər. Onlara ilkin tibbi yardım göstərildikdən sonra hospitala göndəriliblər. Partlayışda yaralananların siyahısını təqdim edirik:
1. Abbasov Xəqani Məcnun oğlu, 1975-ci il təvəllüdlü (Bakı şəhəri, Suraxanı rayonu)
2. Bəhramov Abzuzər İltifat oğlu, 1994-cü il təvəllüdlü Ağstafa rayonu, Qırlı kəndi
3. Feyzulayev Rəşad Rafiq oğlu, 1992-ci il təvəllüdlü, Bakı şəhəri, Qaradağ rayonu
4. Hacıməmmədov Fərhad Natiq oğlu 1991-ci il təvəllüdlü, Qəbələ rayonu
5. Mürşüdov Ramin Fərman oğlu, 1989-cu il təvəllüdlü, Bakı şəhəri, Qaradağ rayonu
6.Gülalıyev Taleh Rəhim oğlu, 1987-ci il təvəllüdlü, Ağstafa rayonu, Korxəlfəli kəndi
7.İbrahimli Mirismayıl Vaqif oğlu, 1984-cü il təvəllüdlü
8. Məmmədov Nurlan
9.Tağıyev Zəmanət Ənvər oğlu, 1996-cı il təvəllüdlü, Tovuz rayonu, Azadlı kəndi.
Hərbi Prokurorluqdan Criminal.az saytına bildirildi ki, yaralıların sayının artması barədə məlumat yoxdur. Fakt üzrə cinayət işi başlanılıb və hərbi prokurorluğun işçilərindən ibarət istintaq qrupu yaradılaraq hadisə yerinə yola düşüblər.
Müdafiə Nazirliyi yaralıların sayının artması ilə bağlı hələlik heç bir məlumat yaymayıb.
Загрузка...
Загрузка...

Xəbər lenti