Hərbi hissə komandiri həbs edildi

Hərbi hissə komandiri həbs edildi
 Hərbi Prokurorluğun Ağır Cinayətlər üzrə istintaq idarəsinin müstəntiqi Ilham Babayev polkovnik-leytenant rütbəli bir hərbi hissə komandirini şübhəli şəxs qismində tutub. Bu barədə vəkil Adəm Məmmədov məlumat yayıb. Onun sözlərinə görə, cinayət işinə buraxılmağına və şübhəli şəxslə görüşməyi üçün dünən vəkil orderini və müvafiq sənədləri müstəntiqə təqdim edib.
"Müstəntiq Ilham Babayev hüquqlarını müdafiə etdiyim şəxslə görüşməyimi təmin etmək əvəzinə gizlincə sonuncu ilə görüşərək özünün istifadə etdiyi mobil telefon vasitəsilə şübhəli şəxsi qohum ilə danışdırıb məndən imtina etməsinə cəhd göstərib. Müstəntiq öz mobil telefonu ilə şübhəli şəxs qismində tutulmuş şəxsi qohumu ilə danışmasını təşkil etməklə qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. AR Hərbi Prokuroru Xanlar Vəliyev və onun müavini Şəfayət Imranovun iş metodlarından biri isə hərbçiləri müdafiə hüququndan məhrum etməkdir", A.Məmmədov qeyd edib.
.

Xəbər lenti