Hərbçilərimiz minaya düşdü, biri polkovnik-leytenantdır

Hərbçilərimiz minaya düşdü, biri polkovnik-leytenantdır
 Azərbaycanda polkovnik-leytenant minaya düşüb. Bu barədə Oxu.az Müdafiə Nazirliyindən məlumat əldə edib. Bildirilib ki, polkovnik-leytenant Kamil Duniyev Suqovuşanda minaya düşüb. O, ağır xəsarətlər alıb və hərbi hospitala təxliyyə olunub.
***
"Report”un məlumatına görə, daha 3 hərbçi Tərtər rayonunun Talış kəndi istiqamətində minaya düşüb. Onlar leytenant Həsən Əhmədov, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçular (MAXE) - Elşad Orucov və Məhərrəm Ağayevdir. Hadisə zamanı hərbi qulluqçular ağır xəsarətlər alıblar və hərbi hospitala təxliyyə olunublar. Polkovnik-leytenant Kamil Duniyevin ayağı amputasiya edilib. Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti