"Hər pullu xoşu gəlməyənə təzyiq üçün zəng vurur ki, filankəsə tez bir cinayət işi qaldır!"

Загрузка...
"Normal sivil yanaşmada, cinayət işi fövqəladə haldır. Çünki cinayət ən mənfi sosial hadisədir və vətəndaşına iş qaldırıb həbs etmək, dövlət, ölkə üçün heç də qələbə deyil, qüsur deməkdir. Cəmiyyətin defekt vətəndaş istehsalı deməkdir. Amma, çox vaxt bu defekt süni, haqsız yaranır.. Bu gün, çoxlu sayda ölkə vətəndaşına cinayət işi qaldırılması, sonra bunların əsassız, haqsız və sifarişlə qurulması aşkar olunur. Və heç bir halda istintaq cəza almır. Niyə? Çünki əksərən yuxarıdan, kənardan müstəntiqə təzyiqlə açılır. Söhbət tək siyasi motivli hesab edilən işlərdən getmir. Məişət inzibati iqtisadi motivli işlərdən”.
Criminal.az xəbər verir ki, bu fikirlər tanınmış hüquqşünas, tədqiqatçı İlqar Altaya məxsusdur.
BU QƏDƏR DƏ CİNAYƏT İŞİ AÇILARMI?
Hüquqşünas sual edir ki, niyə hər əsassız motivlə vətəndaşa cinayət işi qaldırılsın ki, sonra da əsas tapılıb xətm edilsin, əfv edilsin, amnistiyaya düşsün? Niyə, hər belə cinayət işi qaldıran müstəntiq, öz məsuliyyətini dərk etməsin, yaxud o dərəcədə qeyri-müstəqil asılı vəziyyətdə olsun ki, hər imkan-səlahiyyətli şəxs istintaqı, cinayət işini öz ambisiya, sifarişi üçün alət etsin? Hər əssassız qaldırılan cinayət işi axı, vətəndaşa və eyni dərəcədə, dövlətçiliyə ləkədir! Vətəndaşın hüququnun, həyatının əzilib sıxılması ilə bərabər, dövlətin qanunun cəzanın ucuzlaşdırılmasıdır. Dövlətçiliyin əsaslarının da sarsıdılmasıdır, bu cür tut-burax kimi qeyri-ciddi karusel oyunları.. İstintaq nə qədər əl aləti olar?
İ.Altayın sözlərinə görə, istintaq hüquq-mühafizə sisteminin fundament əsasıdır, düşünən beyinidir. Təklif edir ki, istintaq müstəqilləşsin və bir strukturda birləşsin: "Istintaqı da müxtəlif hüquq mühafizə orqanları arasında bölüb, yayıb səpələnmiş hala salmaq, o fundamenti sarsıdıb o düşünən beyini heçə endirməkdir. Bununla da ölkə hüquq-mühafizə sisteminin ədalətli cəzanı təmin etməsini zəiflətməkdir.. İstintaqın mütləq müstəqilləşməsi lazımdır. Bunun üçün ölkədəki bütün istintaqın, İstintaq Komitəsi strukturunda birləşməsi lazımdır. Boş yerdən deyil ki, Rusiya, ABŞ və bir sıra inkişaflı dövlətlər bu strukturları tətbiq edir. Bizdəki bu durum sovetlər-diktatura rejimindən qalmadır, istintaqı əl oyuncağı etmə”.
 İSTINTAQ SİSTEMİ NİYƏ ASILI OLSUN?
"Nə vacibdir, vergidə, gömrükdə və ya, kiçik polis bölmələrində istintaq-müstəntiq? Bu idarələrdə ilkin təhqiqat və təhqiqatçı da bəs edir istintaqa qədər araşdırma üçün. Cinayət tərkibi müəyyən edilərsə istintaq komitəsinə təhvil verilə bilər iş sonrakı, dərin ibtidai istintaq araşdırması üçün. Bu qədər də cinayət işi qaldırmaq olmaz axı, bu camaata, ölkə vətəndaşlarına. Hər imkanlı, pullu, səlahiyyətli, xoşu gəlməyəni təhdid-təzyiq üçün zəng vurur ki, filankəsə tez bir cinayət işi qaldır! İnsanları ləkələmək, istintaqı vasitəyə çevirmək və dövləti-dövlətçiliyi, qanunu ələ salmaqdır”-deyə hüquqşünas əlavə edib.
"Boş-boş, əsassız, haqsız, hər kürsü-kabinetdən, ya başqa künc-bucaqdan sifarişlə qaldırılan bu saysız-hesabsız cinayət işləri gəlir dolur ittiham aktları ilə məhkəmələrə. Məhkəmələrin də, külli miqdar işi geri qaytarması artıq, statistikaya və hüquq-mühafizə orqanları nüfuzuna problemlər yaradır təbii ki.. Hər yetirənə bir cinayət işi olar? Ona görə təklif etdim, məhkəmə-hüquq sistemi islahatları ümumi hüquq-mühakimə sisteminin də subyektlərini, məhkəməyə qədər təhqiqat və istintaqı, məhkəmədən sonrakı, qərarı, cəzaları icranı əhatə etməsə zəif effektli olacaq. Ölkədə bir hüquqşünas deputat və ya, hüquq-mühafizə sistemi nümayəndəsi də bu çox vacib problemi dövlətin rəhbərliyinin nəzərinə təkliflə çatdırmır. Bu vəziyyət düzəlməlidir mütləq. Çox ziyanlıdır, həm xalqa vətəndaşlara, həm istintaqa dövlətə” – deyə İ.Altay vurğulayıb.
Загрузка...
Загрузка...

Xəbər lenti