"Hər iki oğlumu siyasi mövqeyimə görə həbs etdilər"

Загрузка...

Müxalifət fəalının ikinci övladı da həbs edildb. Azərbaycan Xalq Hərəkatının Cəlilabad rayonu üzrə təşkilatçısı Saməddin Məmmədovun oğlu Nahid Məmmədov ötən gün evindən polislər tərəfindən aparılıb. S.Məmmədovun Criminal.az saytına verdiyi məlumata görə, oğlu narkotik maddə satmaqda ittiham edirlər. Onun sözlərinə görə, oğluna qarşı ittihamlar saxtadır və siyasi mövqeyi ilə əlaqədardır.

"Oğlumun biri, Amid Məmmədov 2016-cı ildən həbsdədir. Bir neçə gün əvvəl cəzaçəkmə müəssisəsində döyərək kor bağırsağını partladıblar. Bu gün Penitensiar Xidmətin Müalicə Müsəssisəndə əməliyyat olunmalı idi. İndi isə digər oğlu Nahidi saxta ittihamla tutublar. Bütün bunlar mənim siyasi fəaliyyətimlə bağlıdır. Nahidin həbsindən qabaq rayon prokuroru Tariyel Ələkbərov məni çağırtdırdı. Daha sonra rayon polis şöbəsinin rəis müavini çağıraraq susmağımı tələb etdi. Siyasi fəaliyyətdən uzaqlaşmağı tövsiyyə etdilər. Bu gün isə evimə basqın edərək oğlumu həbs edirlər".

S.Məmmədov deyir ki, övladlarımı həbs etmək üçün hələ xeyli əvvəldən plan hazırlanmışdı, ancaq onları ifşa etmişdi: "Tariyel Ələkbərov hər iki oğlumu şərləyərək tutdurmaq istəyirdi. Hətta planı həyata keçirmək istəyərkən öz çirkin əməlinin üstünü açmışam. Oğlum Amid Məmmədov 2016-cı il də Nəsimi rayon Məhkəməsinin hökmü ilə 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Həmin gündən həbsxanadadır. İndi həbs olunan oğlum Nahid Məmmədov isə hərbi xidməti başa vurandan sonra Türkiyəyə getmişdi. Bu ilin fevralında Nahid Azərbaycana qayıdanda sərhəddə saxlanılıb. Ona bildirilib ki, Cəlilabad rayonunda baş vermiş oğurluğa görə axtarışa verilib. Araşdırıblar ki, oğurluq zamanı Nahid Türkiyədə olub. Baş prokuror və prezidentə müraciət etdim ki, ailə üzvlərim oğurluqda ittiham olunur. Rayonda nə oğurluq olsa ya mən, ya da oğlanlarım günahlandırılır. Tariyel Ələkbərov mənə yazmışdı ki, oğlum Amid oğurluq edib. Prokuror tərəfindən göndərilən məkubda deyilirdi ki, 23 noyabr 2017-ci ildə naməlum şəxslər Mübariz Məmmədova məxsus mağazanın qapısını sındıraraq 5179 manat dəyərində avomobil ehtiyyat hissələri və 400 manat pul oğurlanıb. Axı 2016-ci ildə özüm Amidi aparmışam Nəsimi rayon məhkəməsinə. Hakim Babək Pənahovla razılaşmamışıq, o da Amidi tutub. O vaxt Nahid barədə cinayət təqibinə xitam verildi. Görünür həmin vaxt planları ifşa olunan prokuror və polis rəisi Nahidi narkotiklə şərləmək planı hazırladı və onu həbs etdirdi".

Məsələ ilə bağlı nə Cəlilabad rayon prokurorluğundan, nə polis şöbəsindən məlumat almaq mümkün olmadı.

 


Загрузка...
Загрузка...

Xəbər lenti