"Hər iki məmur Memarlar İttifaqının sədrin "sağ" və "sol" əlləri idi"

Загрузка...
Azərbaycan Memarlar İttifaqının sədr müavini, professor Elçin Əliyev Dövlət Təhlükəsizlik Xidmətinin Xarici İşlər Nazirliyində keçirdiyi əməliyyat zamanı həbs olunan məmurla bağlı münasibət bildirib. E.Əliyev yazır:  "Maraqlıdır ki, bir müddət əvvəl maliyyə oğurluğuna görə Memarlar İttifaqının sədrinin yaxın qohumu, qurumun fəxri üzvü, Memarlıq Abidələrinin Mühafizəsi üzrə Dövlət Agentliyin rəhbəri Zakir Sultanov cinayət məsuliyyətinə cəlb edildi. Bu gün Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları Xarici İşlər Nazirliyində xüsusi əməliyyat keçirərək Xarici İşlər Nazirliyinin işlər müdiri və eyni zamanda Memarlar İttifaqının sədrinin birinci müavini Fərhad Mollazadəni «cəmiyyətin və qanunla qorunan dövlətin mənafelərinə əhəmiyyətli dərəcədə zərər vuran çoxsaylı qanunsuz hərəkətlərə görə» həbs etdilər. Hər iki məmur Memarlar İttifaqının rəhbərliyində, sədrin "sağ" və "sol" əlləri idi. Bundan sonra necə istefa verməmək?! Bundan sonra həmkarların gözünə necə baxmaq olar?! Onlara necə «rəhbərlik» etmək olar?! Mən başa düşmürəm…".

Xəbər lenti