Həqiqət Sosialist Hərəkatın üzvünün saxlandığı bildirilir

01 Fevral 2020, 14:02
01 Fevral
2020
14:02
592
Həqiqət Sosialist Hərəkatın üzvü Ənvər Cəlilovu dünən, yanvarın 30-da polisin saxladığı bildirilir. Onun divara poster (rəsmli divar elanı) yapışdırarkən saxlandığı söylənir.
Bu barədə AzadlıqRadiosuna hərəkatın üzvləri məlumat veriblər.
Məlumata görə, Ənvər Cəlilov saxlanaraq Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Bölməsinə aparılıb və bir sutkadan çoxdur ki, oradadır.
"Ənvərin taleyindən çox narahatıq", - deyə hərəkatın üzvləri bildiriblər.
Hərəkat üzvlərinin deməsinə görə, həmin plakatda fevralın 9-da keçiriləcək Milli Məclisə seçkilərə boykot ifadə edilib:
"Hərəkatımız seçkiləri boykot edir. Bizim bəyanatmıza görə hakimiyyət, onun məclisi və seçkiləri legitim deyil. Biz "Azad Müəssislər Məclisi!" şüarı ilə çıxış edirik. Bununla bağlı insanlarla görüşlər keçirir, flayerlər paylayır, posterlər yapışdırırdıq. Bakıda və Sumqayıtda çalışırıq. Posterlər yapışdırarkən mülki geyimli şəxslər yaxınlaşıb, o bölgədə çalışan yoldaşları tutmağa çalışıb. Polislərdən biri isə birbaşa heç nə demədən onun qollarını burmaq istəyib, yaranan qarışıqlıqdan 3 nəfər hərəsi başqa istiqamətə qaçıb. Ondan sonra Ənvərdən xəbər ala bilmədik".
Fəallar deyirlər ki, Daxili İşlər Nazirliyinin "102" xidmətinə şikayət zənglərindən sonra Ənvər Cəlilovun saxlanma yeri onlara deyilib.
"Turan” agentliyi bu deyilənlərlə bağlı Xətai rayon 36-cı Polis Bölməsi ilə əlaqə saxlayıb.
Agentliyin xəbərinə görə, oradan bildirilib ki, Ənvər Cəlilovun bölmədə olub-olmaması sualını cavablandıra bilməzlər, bununla bağlı Daxili İşlər Nazirliyin mətbuat xidmətinə müraciət etmək lazımdır.
Daxili İşlər Nazirliyin mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov isə agentliyə bildirib ki, Ənvər Cəlilovun saxlanması ilə bağlı deyilənləri dəqiqləşdirdikdən sonra məlumat verəcəklər.
Rəsmilər istər Milli Məclisin, istərsə də hakimiyyətin başqa qollarının legitim sayilmamasi ilə bağlı fikirləri qəbul etmirlər.
Ötən il dekabrın 5-də prezident İlham Əliyev Azərbaycan Respublikasının V çağırış Milli Məclisinin buraxılması və növbədənkənar seçkilərin fevralın 9-na təyin edilməsi haqqında sərəncam imzalayıb.
Ondan üç gün əvvəl, dekabrın 2-də isə Milli Məclis YAP-dan olan deputatların müraciətinə əsasən, parlamentin buraxılması və növbədənkənar seçkilərin təyin olunması xahişi ilə prezidentə müraciət etmişdi.
YAP bu qərarı prezident İlham Əliyevin islahatlar kursuna dəstək məqsədilə verdiyini açıqlamışdı. Əslində isə, Azərbaycanda parlament seçkiləri bu ilin noyabrında keçirilməli idi.
Müxalifət qüvvələrindən bəziləri bu seçkiləri boykot etməklə bağlı qərarını açıqlayıb. Onlar əsasən hesab edirlər ki, Azərbaycanda azad və ədalətli seçkilərdən ötrü minimum şərait belə yoxdur. Rəsmilər və Mərkəzi Seçki Komissiyasının rəhbərliyi onların fikirlərini qəbul etmirlər.
Bakı şəhər BPİ Mətbuat Xidmətindən verilən məlumata görə, özünü Həqiqət Sosialist Hərəkatın üzvü kimi təqdim edən Ənvər Cəlilov Xətai rayonu ərazisində qanunverciliyin tələblərini görə saxlanılıb. Yanvarın 30-da rayon ərazisində yerləşən məktəblərin birinin qarşısında seçki lövhəsinə seçicilərin əleyhinə olan reklam kağızları yapışdırmaqla ictimai qaydanı pozması müəyyən olunub.
Vətəndaş müvafiq olaraq, ərazi üzrə polis bölməsinə gətirilməklə əməlinin hüqazidd olması ona izah olunmaqla, barəsində İnzibati Xətallar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunub.
Onun əməllərində inzibati xətann tərkib elementləri olduğundan qanunverciliyə uyğun olaraq müvafiq tədbir görülməklə sərbəst buraxılıb.
Xəbər lenti
-
17:21DTX rəisini 200 min dollar rüşvətdə ittiham edən sabiq bələdiyyə sədri ''Bandotdel''ə çağırılıb
-
10:58Rusiya Müdafiə Nazirliyi 50 min erməni qaçqının Qarabağa qayıtdığını açıqlayıb
-
10:56Daha bir tərxis olunan əsgər faciəvi şəkildə öldü
-
18:39Ağdamın Xıdırlı kəndindən görüntülər
-
18:38"Dağlıq Qarabağın statusu məsələsi gələcəyə saxlanılıb"
-
18:35Bakıda süpürgəçi qadını avtomobil vurub
-
18:33Müdafiə Nazirliyi həlak olan və itkin düşənlərin yeni siyahısını yaydı
-
18:29Oqtay Gülalıyevin xanımı həkimlərlə bağlı Baş prokurora müraciət etdi
-
18:27Navalnıya 30 sutka həbs cəzası verildi
-
17:29"Məni heç bir iş üzrə, heç bir yerdə də sorğulamayıblar" - Əli Həsənov həbs xəbəri haqda
-
15:36''Prezident deyir şəhidlərin qarşısında baş əyirəm. Bəs Xəzər Aslanov kimdir?'' - Plakatı sökülən şəhidin atası
-
15:02Azərbaycan tezliklə JF-17 qırıcılarını alacaq, Hərbi Hava Qüvvələrini xeyli gücləndirəcək - 21 BELƏ QIRICI-BOMBARDMANÇI ALMAQ PLANLAŞDIRILIR...
-
13:48Oqtay Şirəliyev, Ramin Bayramlı və Zaur Əliyev peyvənd olundular
-
11:44Övladı xərçəng olan jurnalist Mehriban Əliyevadan kömək istədi - ''Nuray ölümlə üz-üzədir...''
-
11:20Rusiyaya qayıdan Aleksey Navalnı hava limanında saxlanılıb
-
11:192 gün əvvəl tərxis olunan könüllü əsgər vəfat etdi
-
11:18Cəlilabadda “Niva” aşdı - 2 ölü, 1 yaralı
-
11:17İcra başçısı müavinini vəzifədən azad etdi
-
11:15Sumqayıtda ər arvadını oteldə boğaraq öldürdü
-
01:27Həbsdəki jurnalist nazirin öz anasına qanunsuz pensiya təyin etdirməsini yazdı
-
22:51"Biz ora gedib, onlarla birlikdə yaşaya bilərikmi?
-
22:42İlham Əliyev: Açıq deməliyəm ki, ermənilər büstləri Heydər Əliyevə pulla satdılar
-
22:37“Doğma, sevimli, əvəzolunmaz Şuşa...” - Mehriban Əliyeva
-
22:35Prezident “Şuşi” adını görüb əsəbiləşdi
-
22:20Prezidentlə ailəsinin səfərdən görüntülər
-
12:17Prezident Şuşaya getdi
-
16:16Vüqar Səfərli ilə birgə həbs edilən kimdir?
-
15:32Vüqar Səfərli həbs edildi
-
15:0613 -cü ”zon”da müəammalı məhbus ölümü - İŞGƏNCƏ İDDİALARINI PENİTENSİAR XİDMƏT TƏKZİB EDİR
-
14:59Şuşada yol qəzası - 1 hərbçi öldü, 2-si yaralandı
-
14:57Dünən şəhid olan hərbçimiz dəfn edildi
-
14:56Xocalı yol idarəsinin əməkdaşı minaya düşdü
-
14:53Həbs edilən daha bir icra başçısının oğluna yeni vəzifə verildi
-
14:35Əli Kərimli: Azərbaycan xalqı mənim biznesimin olmadığını bilir
-
14:31Mübariz Mənsimov: Mənə heç kəs FETÖ damğası vura bilməz
-
14:29AXCP üzvünün ərizəsi təmin olunmayıb
-
23:28Əli Həsənov ailəsinə məxsus 6 şirkət ləğv olunmasını təsdiqlədi
-
12:17İlham Əliyev, Putin və Paşinyan bəyanat imzaladı - Tam mətn
-
12:14Vilyam Hacıyevin oğluna yeni vəzifə verildi
-
12:12Qobustandakı zavodda partlayış oldu, fəhlə öldü
18 Yanvar 2021
16 Yanvar 2021
15 Yanvar 2021
14 Yanvar 2021
13 Yanvar 2021
12 Yanvar 2021
Digər xəbərlər
-
Foto, Hadisə
Daha bir tərxis olunan əsgər faciəvi şəkildə öldü
-
Hadisə
Bakıda süpürgəçi qadını avtomobil vurub
-
Hadisə
2 gün əvvəl tərxis olunan könüllü əsgər vəfat etdi
-
Hadisə
Cəlilabadda “Niva” aşdı - 2 ölü, 1 yaralı
-
Hadisə
Prezident Şuşaya getdi
-
Hadisə
13 -cü ”zon”da müəammalı məhbus ölümü - İŞGƏNCƏ İDDİALARINI PENİTENSİAR XİDMƏT TƏKZİB EDİR
-
Foto, Hadisə
Dünən şəhid olan hərbçimiz dəfn edildi
-
Hadisə
Xocalı yol idarəsinin əməkdaşı minaya düşdü
-
Hadisə
Qobustandakı zavodda partlayış oldu, fəhlə öldü