"Həqiqət Qədirova vəzifəsindən azad edilməzsə institut sağlam nəfəs almaqdan məhrum olacaq"

Загрузка...
Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutuna hakim kəsilmiş biyabırçılıqlar.
Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun fəaliyyətində uzun müddətdir ki, müşahidə olunan ümumi neqativ hallar hələ də qüvvəsini qoruyub saxlayır. İctimai vəkil Samir Zeynalov Criminal.az saytına bildirib ki, buna səbəb isə əvvəlki yazılarda da qeyd olunduğu kimi institutun direktoru- həkim-mikrobioloq Həqiqət Qədirovadır.
İctimai vəkil hesab edir ki, Həqiqət Qədirova tutduğu vəzifəsindən azad edilməzsə institut sağlam nəfəs almaqdan birdəfəlik məhrum olacaq: "İsterikaya qapılmış qoca direktor hazırda özünün direktiv idarəçilik məziyyətini, mütəmadi olaraq yol verdiyi ciddi qanun pozuntularını, savadlı və vicdanlı tibb personalına qarşı tətbiq etdiyi qərəzli münasibəti və digər ağlasığmaz böhtan xarakterli faktları ört-basdır etmək məqsədilə həqiqətdənkənar piar kampaniyası aparır. Görünən odur ki, vaxtilə qanunsuz olaraq işdən azad etdiyi uşaq vərəmi şöbəsinin həkimi, tibb elmləri namizədi Səbinə Məmmədovanın məhkəmə qaydasında işinə bərpası, bu minvalla ona qarşı gerçəkləşmiş bağışlanılmaz haqsızlığın və qanunsuzluğun mötəbər hüquqi isbatı qoca direktoru və ətrafını ciddi təşvişə və məyyusluğa məhkum edib"

S.Zeynalov deyir ki, son günlər Həqiqət Qədirovanın təlimatı və təşəbbüsü ilə İnstitutun Kliniki Diaqnostika Laboratoriyasının müdiri -xanım Qədirovanı özünə ana hesab edən və davamlı olaraq onun qarşısında məddahlığı ilə seçilən Nuriyyə Səlimova, eləcə də laboratoriyanın digər həkimi Sahilə Bağırova tərəfindən bir neçə mətbuat orqanında istehza doğuran yazılar paylaşılır

"Həqiqət Qədirovanı mədh etməkdən həzz alan bu iki şəxsin mənəvi-psixoloji vəziyyəti nəticə etibarı ilə təəssüf doğurur. Yaxşı olardı ki, dərc edilən yazılarda keçən fikirlər əsaslandırılmış ola idi. Lakin məddahlıqdan başqa bir şey bacarmayan, institutun fəaliyyətində üsyan ab-havasının formalaşmasında rolu olan adı çəkilən şəxslərdən belə şeylər gözləmək əlbbətə ki, sadəlöhvlük olar. Həqiqət Qədirovanın "dəstəyinə”, "himayəsinə” arxalanan Nuriyyə Səlimova Kliniki Diaqnostik Laboratoriyanın əksər işçilərini hər yolla təxribata çəkərək bezdirir, davamlı olaraq onlardan təqdimat yazaraq nifrət hədəfinə çevrilməyi özünə rəva bilir. Nuriyyə Səlimova bütün bunlarla kifayətlənmir. O, yetəri qədər xəstəyə yanlış diaqnozların qoyulmasına baiskar olub. Belə ki, əvvəlki yazımda da qeyd etdiyim kimi NURİYƏ SƏLİMOVA qanın PZR(Polimerza Zəncirvari Reaksiya) yolla müayinəsini həyata keçirdir. Bu üsul isə xəstələrdə ilkin olaraq vərəmin aşkarlanması, diaqnostikası, müalicəsi və profilaktikasına tibbi protokollar baxımından uyğun yanaşma deyil. Nəticədə də qeyd edilən üsul yetəri qədər yanlış diaqnozların qoyulmasına yol açır. Hazırda reaktivlərin olmaması səbəbindən uyğunsuz işinə davam edə bilməyən Nuriyyə Səlimovanın yaxın zamanda analoji "işinə” yenidən başlayacağı gözlənilir.
Qeyd olunan qeyri-adekvat durumun qüvvədə qalmasına və inkişafına isə şübhəsiz ki, Həqiqət Qədirova aşkar dəstək verir. Sanki institut vərəmin deyil, Hepatit və QİÇS xəstəliyinin aşkarlanmasına xidmət edir. Belə olan halda da Həqiqət Qədirovanın peşəkarlığından, onun vətənə, xalqa, dövlətə öz sahəsi üzrə şərəflə xidmət etməsi təşəbbüsündən söhbət açmaq yalnız məddahlıq və vicdansızlıq olar. Xüsusi olaraq hər kəsin nəzərinə bir daha çatdırmaq istəyirəm ki, Həqiqət Qədirova ağciyər xəstəlikləri üzrə mütəxəssis deyil. Onun ağciyər xəstəliklərinin profilaktikası, müasir diaqnostikası və müalicəsi ilə bağlı bir dənə belə olsun elmi işi yoxdur. Onun bisavadlıqda, qeyri-peşəkarlıqda və səriştəsizlikdə ittiham etdiyi tibb elmləri namizədi Səbinə Məmmədovanın isə uşaqlarda vərəmin müasir yollar erkən diaqnostikası və müalicəsi ilə bağlı 19 elmi işi mövcuddur. Saysız-hesabsız ölümcül xəstəni yüksək məsuliyyət və diqqətcanlı yanaşması isə müalicə etməyi bacarmış həkim Səbinə Məmmədova 23 yaşında tibb elmləri namizədi olduğu halda, Həqiqət Qədirova bu ada 27 yaşında layiq görülüb. Bu baxımdan Kifayət qədər paxılıq və qərəzli münasibət diqqət çəkməsi təsadüfi görsənmir. Acınacaqlı durumdur ki, institutuda həllini gözləyən yetəri qədər problem, yetəri qədər çatışmamazlıq və özbaşınalıq mövcud olsa da, Həqiqət Qədirova əsas vəzifəsinin icrasına özünü səfərbər etmir. Uzun müddətdir ki, institutun reanimasiya şöbəsi həkimsiz işləyir. Təxliyə edilmiş ağır xəstələrin həyatı təhlükə altında olur"

Hüquqşünas qeyd edib ki, Respublikanın ağciyər xəstəlikləri üzrə yeganə elmi-tədqiqat institutunda mərkəzi oksigen sistemi yoxdur. Onun sözlərinə görə, istər reanimasiya, istərsə də palatalarda köhnədən qalan balonlardan istifadə edilir: "Reanimasiya şəraitinin acınacaqlı olmasına görə bu yaxınlarda 31 yaşlı qadın dünyasını dəyişdi. İnstitutun keçmiş işçisi olmuş həkim Vuqar Səfərov qeyd edir ki, orada ümumiyyətlə xəstələrin yaxınları tərəfindən pul verilmədiyi halda xəstələr oksigenlə təmin edilmir. Hazırda burada potensial ölüm təhlükəsi mövcuddur. Görəsən illərin professoru, təvazökar, "savadlı”, gənc kadrlara rəğbətlə yanaşan Həqiqət Qədirova bu çatışmamazlığın və problemin aradan qaldırılmasına niyə biganə yanaşır?! Cavabı çox sadədir: Onun belə bir təşəbbüsü onun mənəvi-psixoloji vəziyyətində olan paranoyal problemlərdən və şəxsi insani keyfiyyətlərində mövcud olan qüsurlardan dolayı heç vaxt ola bilməz. Bu günə qədər baş verən real hadisələrə istinadən qeyd etmək mümkündür ki, Həqiqət Qədirovanın real işi, proqramlanşdırılmış fərdi funksiyası yalnız sevmədiyi şəxsləri qaralamaq və onları institutun fəaliyyətində ya öz diktəsi altında çalışdırmaq, ya da təcrid etməkdir. Belə bir anti-milli fəaliyyət ilə isə şübhəsiz ki, barışmaq olmaz və heç vaxt barışmayacağıq. Biz onun tərəfindən işindən qeyri-qanuni olaraq azad edilmiş tibb elmləri namizədi Səbinə Məmmədovanın məhkəmə qaydasında işinə bərpa edilməsi faktı ilə qeyd edilənlərə dair haqlı və qərəzsiz olduğumuzu sübuta yetirə bilmişik. Haqq-ədalət bizimlə oldu. Lakin biz bununla kifayətlənmək niyyətində deyilik. Həqiqət Qədirova və onun yaxın ətrafı yol verdiyi ciddi pozuntulara, vəzifə səaliyyətlərini aşması hərəkətlərinə və institututda mövcud olan hazrıkı ciddi çatışmamazlıqlara görə cavab verməlidir"

S.Zeynalovun fikrincə, tezliklə qoca direktorun tutduğu vəzifəsindən azad edilməsi istisna olunmur. Bu məqsədlə qanuni çərçivədə bütün imkanlardan istifadə edilməklə görülən haqq işində intensivlik təmin olunacaqdır. Gələcək nəsillərin sağlamlığı haqqında düşünmək hər birimizin mənəvi borcudur. 
H.Qədirova Criminal.az-a bildirdi ki, S.Zeynalovun onun ünvanına səsləndirdiyi fikirlər böhtandır. Direktorun sözlərinə görə, S.Zeynalov bir müddət əvvəl işdən çıxardım Səbinə Məmmədovanın davasını aparır: "Əgər maraqlanırsınızsa, buyurun gəlin xəstəxanaya, xəstələri və həkimləri danışdırın, tibbi avadanlıqlara baxın"
Загрузка...
Загрузка...

Xəbər lenti