Həkim qılığına girən saxtakar qadınları öldürməyə cəhd etdi - Seksual həzz alırmış

Həkim qılığına girən saxtakar qadınları öldürməyə cəhd etdi - Seksual həzz alırmış
Almaniya sakini özünü həkim kimi təqdim edərək,qadınlara elektrik cərəyanı vasitəsilə ağrıkəsici müalicə sınağından keçməyi təklif edib. BBC xəbər verir ki, vürtsburqlu İT mütəxəssisi olan həmin şəxs buna görə qadınlara üç min avro təklif edib.
Bunun üçün saxtakar qadınlarla "Skype” vasitəsilə əlaqə quraraq, onları xüsusi qurğu düzəltməyə vadar edirmiş. Sonra isə qurbanlarından qurğu vasitəsilə bədənlərindən cərəyan keçirməyi tələb edirmiş.
Həmçinin, o, qadınlara özlərini stula bağlamağı və gicgahlarına metal əşyalar bərkitməyi tövsiyə edirmiş. Həmin şəxs qadınları öldürmək cəhdinə görə 11 illik azadlıqdan məhrum olunub. O etiraf edib ki, qadınların iztirablarını izləyərkən seksual həzz alırmış.

Xəbər lenti