Həkim: "Oqtay Gülalıyevin həyatı üçün təhlükə yoxdur"

Həkim:
Загрузка...
Ötən gün maşın vuran hüquq müdafiəçisi Oqtay Gülalıyevin neyrocərrahiyyə əməliyyatı uğurlu şəkildə başa çatıb. Bu barədə jurnalistlərə əməliyyatda iştirak edən tibb elmləri doktoru, professor Adil Qeybulla bildirib.
Həkimin sözlərinə görə, Gülalıyevin baş beyin damarları zədələnib, bu da qansızmaya səbəb olub. Yığılan qan hematoma əmələ gəlməsinə səbəb olub. Əməliyyat zamanı baş beyindən qan boşaldılıb. "Bundan sonra ən əsası reanimasiya, daha sonra isə reabilitasiya tədbirləridir. Ola bilər ki, beyin sıxılmasına görə bir tərəfdən iz qalsın. Ən əsası odur ki, reabilitasiya olunsun, xəstə kritik vəziyyətdən çıxmalıdır”, deyə həkim bildirib.

Загрузка...
Загрузка...

Xəbər lenti