"Həkim deyir, mən sənin xəstənə cibimdən dərman alası deyiləm"

21 İyul 2019, 12:02
21 İyul
2019
12:02
322
Загрузка...
''Səhərədək dəhlizdə stulların üstündə qovrula-qovrula qaldım''
"10 günə yaxındır ki, gəlinim xəstəxanalardadır. Bətnindəki körpəsini qeysəriyyə yolu ilə götürməlidilər. Pulumuz yoxdur deyə, xəstəxanalar bir-birinə ötürə-ötürə qalıb”.
Saatlının Azadkənd kənd sakini Qismət Səmədov Meydan TV-yə danışır ki, gəlini Esmira Səmədovanın bətnindəki körpə qeysəriyyə yolu ilə götürülməlidir. Ancaq ailə imkansız olduğundan xəstəxanalar əməliyyatı həyata keçirmir.
Qismət Səmədovun sözlərinə görə, bir neçə gün əvvəl Esmira Səmədovanın halı pisləşib. Onu Saatlı rayonundakı doğum evinə götürüblər. Ancaq xəstəxanada ailəyə bildirilib ki, hamilə qadının durumu ağırdır, onun müalicəsi bu xəstəxanalıq deyil. Məsləhət görülüb ki, ailə üzvləri Esmira Səmədovanı Sabirabad rayonundakı doğum evinə götürsünlər. Ailə üzvləri belə də ediblər. Esmira Səmədova bu doğum evində təxminən 5 gün qaldıqdan sonra durumu daha da ağırlaşdığından onu təcili yardım maşını ilə Bakıya – Respublika Kliniki Xəstəxanasına göndəriblər.
"Dedim, öldürmək istəyirsizsə, öldürün”
Qismət Səmədov sözünə davam edir:
"İyulun 16-dan ordadır. Doğum şöbəsindən Sevinc həkimlə əlaqə saxlamışam, bildirmişəm ki, çox imkansızıq, gəlinin əri də ağır xəstədir, bu aralar sizə "hörmət” edə bilməyəcəyik, siz xəstəmizi sağ-salamat əməliyyatdan çıxarın, körpəsini sağ-salamat bizə verin, sizə söz verirəm ki, əlimizə imkan düşən kimi gəlib sizi görəcəyik. Həkim dedi, heç olmasa bunun iynə-dərmanını alın, verin. Dedim, vallah, billah, imkanımız yoxdur. Həkim üstümə acıqlandı ki, mən bunun iynə-dərmanını öz cibimdən alası deyiləm, nə vaxt alıb verərsiz, müalicəyə başlayarıq. Mən də dedim, a qızım, pulumuz yoxdur deyə, uşaq ananın qarnında qalmalıdı? Öldürmək istəyirsizsə, öldürün, dincəlin”.
"Deyirlər, ailən gəlməyincə, əməliyyat olmayacaq”
Qismət Səmədovun sözlərinə görə, gəlini Esmira Səmədova da bir neçə dəfə ailə ilə telefon əlaqəsi saxlayıb:

hamilə qadın
"Gəlinim də hər gün zəng vurub deyir ki, məni əməliyyatdan əvvəl 3-4 gün müəlicə etməlidilər, ancaq müalicəmə başlamırlar, deyirlər, zəng vur, ailənə de, gəlsinlər, reseptləri götürüb dərmanları alsınlar. Əməliyyat da etmirlər ki, ailən gəlsin, danışaq, sonra əməliyyata götürək”.
Meydan TV müxbiri məsələyə aydınlıq gətirmək üçün Respublika Klinik Xəstəxanası ilə əlaqə saxlayıb. Xəstəxanadan bildirilib ki, Esmira Səmədova iyunun 16-dan 17-nə keçən gecə xəstəxanaya qəbul olunub, əməliyyatqabağı tədbirlər görülüb və əməliyyata götürüləcək. Xəstəxana Esmira Səmədovanın ailə üzvlərinin Meydan TV-yə dediklərini təkzib edib və bildirilib ki, bütün tədbirlər xəstəxana hesabına görülür.
"Səhərədək dəhlizdə stulların üstündə ağrı çəkə-çəkə qaldım”
Meydan TV müxbirinin xəstəxanayla yaratdığı əlaqədən sonra Esmira Səmədovanın ailə üzvləri zəng vuraraq bildiriblər ki, onu əməliyyata götürüblər. Meydan TV müxbiri əməliyyatdan sonra Esmira Səmədovayla da danışıb.

Qadın bildirib ki, xəstəxanaya daxil olan gecəni ağrıları çox olub və o, bu vəziyyətdə qəbul şöbəsində stulların üstündə yatıb: "Əvvəl dedilər, hələ 8 aylıqdır, niyə gəlmisən? Dedim, özüm gəlməmişəm, xəstəxananın təcili tibbi yardım maşını gətirib. Bu uşaq 3 gün də bətnimdə qalsa, boğulacaq, təcili götürmək lazımdır. Məni palataya götürmədilər, dedilər ki, yer yoxdur, səhərə kimi dəhlizdə otur, görək, neynirik. Ancaq yaxşı anlayırdım ki, pul vermədiyimiz üçün məni də, bətnimdəki balamı da incidirlər. Səhərədək dəhlizdə stulların üstündə qovrula-qovrula qaldım. Səhər gəlib palataya çıxardılar, dedilər, adamların gəlsin, həkimi görsün, dərmanları alsın, əməliyyatı danışsın. Mən ailəmlə bir neçə dəfə danışdım, yoldaşım da ağır xəstədir, çox kasıb ailədənəm. Heç gözləmədiyim halda bu gün məni əməliyyata götürdülər. Düşünürdüm ki, yəqin məni əməliyyat etməyəcəklər, bir bəhanəylə burdan da yola salacaqlar”.
Esmira Səmədova bundan əvvəl də iki dəfə qeysəriyyə əməliyyatı olunub. Birinci dəfə körpəsi bətnindən ölü vəziyyətdə götürülüb. İkinci əməliyyatdan isə bir qızı var və 7 yaşındadır.
Загрузка...
Xəbər lenti
-
14:49DİN-dən həbs edilən polkovniklə bağlı açıqlama
-
13:39Azərbaycanlı tələbə Türkiyədə binadan yıxılıb öldü
-
13:37Bələdiyyə sədrinin oğulları kənd sakinini bıçaqladılar
-
13:35Bakıda 12 minlik saat oğurlandı
-
23:26Özünü polis kimi təqdim edən şəxs saxlanıldı
-
23:23Ali Baş komandanın təltif etdiyi polkovnik Vəlişov həbs edildi - Lələtəpəyə bayraq sancıb
-
19:09Yanğına görə yollar bağlandı
-
17:52Bakıda məşhur bazar yanır
-
17:31"Yeni 102.1 tezliyi Çingiz Mustafayev adına radiostansiyanın fəaliyyətini faktiki olaraq bloklayacaq"
-
17:24"EuroHome" direktoru: "Yanğını söndürmək üçün suyumuz var idi"
-
17:20Elvin İsayev Azərbaycana deportasiya edildi
-
12:06Bakıda məmurun mənzilində törədilən qətlin gizlinləri üzə çıxır
-
11:49Bakıda polisə silahlı müqavimət göstərənlərə cinayət işi açıldı
-
11:45Atambayev qətldə ittiham edilir
-
11:44“AST Telman”ın qohumu 230 min dollarlıq “Ferrari” məsələsinə görə həbs olunub
-
11:41Zamirə Hacıyeva Britaniyanın qanunlarını dəyişdirmək istəyir - ONU TARİXƏ SALAN QƏRARIN LƏĞVİNƏ ÇALIŞIR
-
11:35Səkkiz ailə üzvü ilə namizəd olan bələdiyyə sədrindən imtina qərarı
-
11:25Məhərrəm Əliyev yeni vəzifəsində ilk dəfə...
-
23:28"Mənə desəydi, oğluma xəbərdarlıq edərdim” - İlyas İsmayılov məhkəmədə
-
23:08Bakıda məmurun mənzilində iki qadın qətlə yetirildi
-
13:35Nazir Novruz Məmmədovun oğluna yeni vəzifə verdi
-
13:18Zahir Əzəmət imzatoplama kampaniyasına başladı
-
13:07“İslam Partiyasının liderinin hüquqları pozulub”
-
13:06Gülnarə Kərimovanın isveçrəli vəkili ölkəyə buraxılmayıb
-
13:05Qabil Əsədov özbək qadını ələ keçirmək üçün onun ərinin qətlini sifariş verdi - ZİLOLA ƏRİNİ BASDIRIB QAYITDI, ƏSƏDOVLA YAŞAMAĞA BAŞLADI...
-
13:00"Bunu məndən başqa heç kim etməyib" - "Şərurlu İsfəndiyar" türkiyəli iş adamının məhkəməsində dindirildi
-
11:20Bakının mərkəzində əlibıçaqlı şəxslər xuliqanlıq etdi
-
11:15Millimizin sabiq futbolçusu həbs edildi
-
11:13Oqtay Gülalıyevin vəziyyətində yaxşılığa doğru irəliləyiş var
-
11:11Bakıda evdə ər-arvadın meyiti tapıldı
-
13:46"Oğluma elə ağır işgəncə verilib ki, bağırsaqları yırtılıb və ağlı qaçıb"
-
13:30Hakimiyyət Heydər Əliyevin vəfatının 16-cı ildönümünü qeyd edir
-
12:22Jurnalistləri Müdafiə Komitəsi Azərbaycanda həbs edilmiş jurnalistləri azad etməyə çağırıb
-
12:15Liftlərlə bağlı rəsmi ittiham: pullar mənimsənilib, materiallar satılıb...
-
12:11Əmircanda bələdiyyə sədrinin özü və bütün ailə üzvləri seçkilərdə namizəddir - OĞLU, QIZI, 2 QARDAŞI, 2 BACISI, 2 QOHUMU...
-
22:35Azyaşlı övladlarını döyməkdə günahlandırılan ata həbs olunub
-
14:26Qarabağ əlili etiraz olaraq maşınını yandırıb
-
13:3342 beynəlxalq təşkilat vəkillərə təzyiqlə bağlı bəyanat yaydı
-
13:30Dələduzluğa görə həbs olunan şəxsin Elmira Axundovaya günaşırı 5 min manat aparmasının pərdəarxası...
-
13:23“Əli Həsənov Hüseynin hesabına vəzifəyə gəlmişdi”
15 Dekabr 2019
14 Dekabr 2019
13 Dekabr 2019
12 Dekabr 2019
11 Dekabr 2019
Digər xəbərlər
-
Foto, Cəmiyyət
Məhərrəm Əliyev yeni vəzifəsində ilk dəfə...
-
Sənəd, Foto, Cəmiyyət
Qarabağ əlili etiraz olaraq maşınını yandırıb
-
Foto, Cəmiyyət
“Qonşum Prezident Administrasiyasındakı qohumuna güvənib evimi əlimdən almaq istəyir”
-
Sənəd, Foto, Cəmiyyət
Gəncə sakini: Elmar Vəliyev torpağımı 6 adama satıb
-
Foto, Cəmiyyət
BDU-nun tələbəsinin yataqxanada faciəli ölümü: səbəb qida deyil, zəhərdir - QOŞQAR TƏHMƏZLİ AÇIQLADI
-
Manşet, Foto, Cəmiyyət
"Qardaşım polislərin verdiyi işgəncədən dünyasını dəyişdi..." - Müəmmalı ölümlə bağlı sensasion iddia
-
Foto, Cəmiyyət
“Göz yaşlarımı saxlaya bilmədim” - Yeni Ombudsmanın atası
-
Foto, Cəmiyyət
Sürüşmədə torpağın altında qalan maşının son halı
-
Foto, Cəmiyyət
Oqtay Gülalıyev palataya köçürülüb