Həkim ailəsindəki dəhşətli qətlin sifarişçisi kimdir? - "Nərmin cinayəti" ilə oxşar SENSASİON PARALELLƏR

27 Yanvar 2020, 12:41
27 Yanvar
2020
12:41
4263
Təxminən iki il əvvəl Tovuz rayonunda həkim ailəsində dəhşətli cinayət hadisəsi baş verib. Tovuz rayon Mərkəzi Xəstəxanasının həkimi Pakizə Məmmədova onun həyat yoldaşı Fərman Məmmədov yaşadıqları evdə qətlə yetiriliblər. P.Məmmədova AFFA-nın keçmiş prezidenti Ramiz Mirzəyevin bacısıdır. Hazırda cinayət işinin istintaqını Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində aparsa da, iş hələ də bağlı qalıb.
Ailənin oğlu Qoca Məmmədov Criminal.az-a müraciət edərək bildirib ki, 2018-ci il fevralın 23-dən 24-nə keçən gecə anası ilə atasının yatdığı yerdə xüsusi amansızlıqla öldürülməsindən 2 ilə yaxın vaxt keçsə də, istintaq səmərəsiz aparılır, hələ də cinayəti törədən ya da bu işdə şübhəli bilinən kimsə tapılmayıb:

AFFA-nın sabiq prezidenti Ramiz Mirzəyev
"Buna görə 3 dəfə Baş prokuror Zakir Qaralovun, bir dəfə daxili işlər naziri Vilayət Eyvazovun, bir dəfə də Prezident Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərovun qəbulunda olmuşam. Bu işlə bağlı rayonda dindirilməyən adam qalmayıb. Hətta bir nəfər bu işlə bağlı dindiriləndə özünü Tovuz polis şöbəsinin binasının üçüncü mərtəbəsindən atmışdı.
Valideynlərim öldürüləndə anamın yatdığı və öldürüldüyü yerdə, başının altında 3800 manat pul olub, sırğaları güzgünün qarşısında olub, seyf də açıq olub, ona da dəyməyiblər, ikinci mərtəbəyə ümumiyyətlə çıxmayıblar. Evə girən şəxslər heç nə götürməyiblər. Amma istintaq valideynlərimin tamah niyyəti ilə öldürüldükləri maddəsi ilə cinayət işi başladıb. Bu qətli törədən və törədənlər bunu əvvəlcədən planlayıblar və məqsəd məhz atamla anamı öldürmək olub”.

Q.Məmmədov bildirib ki, onlar yaxın qohumlarından şübhələndiklərini bildirsələr də, bu istiqamətdə iş aparılmayıb:
"Bizim şübhələndiyimiz adamlar var, mən hesab edirəm ki, bu qətl ailələr arası münaqişə zəminində baş verib. Şübhələndiyimiz adamlar bizim yaxın qohumlarımızdır, onlarla çoxdan ədavətli olmuşuq. Onların adını istintaqa dəfələrlə versək də, həmin adamlar dindirilmir. Valideynlərim ölmədən əvvəl bir dayımın oğlu Orxan qəzada öldü, ondan bir neçə ay sonra digər dayım Ramiz Mirzəyevin oğlu Anar qəzaya düşüb öldü.
Anarın yeddisi çıxan günün səhəri anamla atam öldürüldü. Ramiz Mirzəyevin ailəsi dayım oğlanlarının ölümündə həmişə anamı günahlandırırdı, deyirdilər ki, guya anam həmişə onlara qarğış edib və anamın onları qarğımasına görə bu hadisələr olub. İstintaqın düzgün aparılmaması, rayon camaaatını çaşdıran informasiyaların yayılması, qətlə aidiyyatı olmayan insanların istintaqa cəlb edilməsi göstərir ki, cinayətin sifarişçisi güclü adamdır və bun işin açılmasına mane olurlar.Belə olmasaydı, peşəkar prokurorluq işçiləri cinayətin üstünü çoxdan açmışdı. Ölkə başçısından xahiş edirəm, ailəmizdə baş vermiş dəhşətli cinayətin açılmasında bizə köməklik etsin”.

Ramiz Mirzəyevin oğlu Anar
Qoca Məmmədov hadisədən sonra evə gedərkən gördüklərini də danışıb:
"Mənə zəng edib dedilər ki, evdə yanğın olub. Rayonda bir həftə əvvəl bədbəxt hadisə nəticəsində dünyasını dəyişən Anar Mirzəyevin 7 mərasiminə getmişdim. Mən ora gedəndə polis və FHN hələ gəlməmişdi. İçəri girəndə gördüm atam televizora baxdığı yerdə divanda ölüb, anam da yatağında idi. Ev tam yanmamışdı, anamın yatağında biraz yanğın olmuşdu. Amma onun neft, benzin ya kerosinlə yandırıldığı istintaq hələ də müəyyənləşdirə bilməyib. Bu hadisəni törədənlər evə girən kimi atamı divandaca boğub öldürüblər. Sonra anamın əl-ayağını "skoç”la sarıyıb yandırıblar. Sonra da qazı açıq qoyub gediblər, həmin ev çox köhnə olduğu üçün fikirləşiblər ki, yanıb kül olacaq. Amma yanğın evi böyüməyib. Bu işin açılmasını istəməyən vəzifəli şəxslər var ki, buna mane olurlar. Onlar hüquq-mühafizə sistemində işləyirlər və bizim qohumlarımızdır. Həmin vəzifəlilər şübhələndiyimiz və adlarını istintaqa verdiyimiz şəxslərin yaxınlarıdır. Bu şəxslər əqli problemi olan xalam oğlunu qabağa verib ona dedirtmişdilər ki, guya qətli o törədib. Sonra da mətbuata məlumat ötürmüşdülər ki, qətli törədən tutulub. Amma xalam oğlu psixi müalicəyə göndərildi. Sonra məlum oldu ki, xalam oğlu bunu etiraf etmədən əvvəl həmin qohumlarla telefonla danışıb”.

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri ELdar Sultanov Criminal.az saytına bildirdi ki, hazırda qeyd edilən cinayət işi Baş Prokurorluğun Ağır Cinayətlərə dair işlər üzrə istintaq idarəsinin xüsusilə mühüm işlər üzrə böyük müstəntiqi Qurban Səfərovun icraatındadır. Qurum rəsmisinin sözlərinə görə, zərərçəkmişin hüquqi varisi Qoca Məmmədovun şikayət ərizəsində göstərilən xüsusatlar istintaq-əməliyyat qrupu tərəfindən araşdırılıb. Hazırda cinayətin açılması istiqamətində zəriru istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Eldar Sultanov
E.Sultanov qeyd etdi ki, Q.Məmmədov Baş prokurorun birinci müavini Rüstəm Usubov tərəfindən qəbul edilib, eləcə də istintaq-əməliyyat qrupu tərəfindən iş üzrə ətraflı dindirilib.
Criminal.az xatırladır ki, qətlə yetirilən P.Məmmədova Tovuzun Dondar Quşçu kəndindərir. Bir müddət əvvəl qətli ilə böyük səs-küyə səbəb olan 10 yaşlı Nərmin də məhz həmin kənddə yaşayıb. Hər iki qətldə qatillər öldürdükləri şəxsləri yandırmaqla iz itirməyə çalışıblar. Bu cinayətlər arasında sensasion paralellərin olub-olmaması istintaqçıların araşdıracağı məqamdır.
Xəbər lenti
-
12:52Azərbaycanın nəzarət etdiyi ərazilərdə erməni döyüşçülərin cəsədlərinin axtarışına icazə verdiyi iddia olunur
-
12:48Fəxrəddin Manafovun xanımı vəfat etdi
-
12:46“Vəhşi Arman” “Qızıl Rövşən”i oteldə döydüklərini təsdiqləyir və onu “qorxaq” adlandırır - DUBAYDAKI NÜFUZLU DAYININ ƏMRİ
-
12:39Bloger və aktyor məhkəmə zalında həbs olundu
-
12:36“Qan içində, şüşəsi güllələnən maşınla karantin postuna gedərdilərmi?” - Polisin güllələdiyi şəxslərin məhkəməsindən
-
22:49Səfir oğlunun Rasim Məmmədovla əlaqələrini gizlətməsinin sirri - Faktlar
-
22:43Elton Məmmədovun oğlunun şikayəti ilə üzə çıxan cinayətlər - “Zaminbank”ın Müşahidə Şurasının sədrinin işi
-
22:39“Laçın təndiri”nin qarşısında heç nəyə görə tökülən qan - “ZARAFATCIL OĞLANLARIN” DAVASINA GÖRƏ 25 YAŞLI RAMİD İNDİ HƏYATDA YOXDUR...
-
22:36İtkin düşən polkovnik-leytenantın da şəhid xəbəri gəldi
-
17:22AİHM Azərbaycan hökuməti baş redakora 6 min avro ödəməlidir
-
23:38“Qara Qafur” bacısı oğlu “Qızıl Rövşən”i niyə xüsusi qəddarlıqla döydürdü... - 45 MİLYON DOLLAR, “MAYBACH” , “YUMURTA OYBEK” VƏ DAHA NƏLƏR
-
23:29“Qazanan Cahangir Əsgərov və ətrafıdır”
-
21:31Şəhid anası itkin düşüb
-
21:30Bakıda evdən 5 nəfərin meyiti tapıldı
-
21:29Bakıda məhkəmə zalında 4 dustaq qollarını ülgüclə doğradı
-
21:28Ramiz Mehdiyev 500-dən çox işçinin bağ sahəsini əlindən aldı
-
21:22Naxçıvandakı Ağbulaq Xizək Mərkəzi Vasif Talıbovun şəxsi obyektidir
-
18:45“Həmid” avtosalonu qadını özünü öldürmək həddinə çatdırıb
-
18:39Roza İlhaməyə məhkəmədə uduzdu – ÜZR İSTƏYƏCƏK
-
10:24Ramiz Mehdiyev Elmira Axundovaya Ali Məhkəmədə dəstək verəcək?
-
22:35Əli Həsənova 2 milyardlıq korrupsiya ittihamı – onun istintaqda dindirildiyi deyilir
-
22:28Azərbaycan Türkiyədən SOM qanadlı raketləri alır - 250 KİLOMETRDƏN UZAQ MƏNZİLLİ, YÜKSƏK DƏQİQLİKLİ...
-
22:25Masallıda AXCP fəalı həbs olundu
-
17:00Şuşada məktəbin təməlini Əliyev, Ərdoğan və Baxçalı birlikdə qoyacaq - “DEDİ MƏN QARDAŞIMSIZ GETMƏRƏM...”
-
16:39Prokurorluq əməkdaşının ölümündə adı hallandırılan xanım şirkət rəhbəri qandallandı
-
16:21Piyadanı küçənin ortasında bir neçə yumruq zərbəsi ilə öldürdü... - AZƏRBAYCAN VƏTƏNDAŞI HADİSƏ YERİNDƏN QAÇMAQ İSTƏDİ
-
13:47Bələdiyyə sədri və müavini məhkəmə qarşısında
-
13:44“Yayılan məlumatlar həqiqətə uyğun deyil” - DTX
-
13:43XTQ gizirinin də şəhid xəbəri gəldi
-
13:41“Turan”ın məşqçisinin tələbə oğlu intihar etdi
-
12:18Bakıda Lənkəranskinin qardaşının restoranında əməliyyat
-
01:388 yaşlı azərbaycanlı Emili dəfn etmək üçün bir aya yaxındır yer tapmırlar...
-
01:34Ali Məhkəmə "Lider" telekanalının rəhbərliyinə "yox" dedi
-
23:16Tənha ana: Bu haqsızlıq davam etsə, özümü öldürəcəm
-
23:15Azərbaycanda çörəyin qiyməti 20 faiz bahalaşıb
-
23:11Qadın güləşçi: Polislər dedi ki, belə ifadə verməsən, başını qırxacağıq
-
23:09Daha bir şəhidimiz dəfn olundu
-
23:05Azərbaycana qarşı aparılan hibrid müharibə - ƏRƏSTUN ORUCLUNUN YAZISI
-
17:36Bakıda gecəyarısı atışma – daş karxanasında baş verən hadisənin təfərrüatı
-
16:45Hansı məhbuslar əfv olunacaq?– Komissiya üzvü AÇIQLADI
03 Mart 2021
27 Fevral 2021
25 Fevral 2021
23 Fevral 2021
20 Fevral 2021
19 Fevral 2021
18 Fevral 2021
17 Fevral 2021
Digər xəbərlər
-
Manşet, Foto, Video, Dosye
Eks-deputatın oğlunu dəhşət saçan ölüm işinə pərçimləyən ifşaedici suallar – QATI AÇILMAYAN CİNAYƏT
-
Manşet, Foto, Video, Dosye
Həkim ailəsindəki dəhşətli qətlin sifarişçisi kimdir? - "Nərmin cinayəti" ilə oxşar SENSASİON PARALELLƏR
-
Sənəd, Manşet, Foto, Video, Dosye
Deputat oğlu həbsdəki dələduz şərikinə ayda 500 manat göndərməyə boyun olub – 8 milyonluq dələduzluq işinin sirri açılır
-
Sənəd, Manşet, Foto, Video, Dosye
“Meyidini sellofanda basdırdılar, mollanı qorxutdular ki, ona namaz qılmasın, xaindi” – Tankçı Mirzəliyevin dəhşət saçan ölümü
-
Manşet, Foto, Video, Dosye
ANS-in aparıcısı öldürən qardaşının fotolarını yaydı: "Hakim qardaşımı işgəncə ilə öldürən qatilə..."
-
Sənəd, Manşet, Foto, Video, Dosye
“Bir oğlum vardı, öldürdünüz, qisasını alacam...” - İKİ MƏŞHUR GENERALA ÖLÜM İTTİHAMI