"Heç ölkəmizi sevən vətəndaşlar belə işlər törədər?" - Professorun İlham Əliyevə məktubundan

Загрузка...
Azərbaycan Memarlar İttifaqının sədr müavini, professor Elçin Əliyev prezident İlham Əliyevə məktub ünvanlayıb. Criminal.az həmin məktubu təqdim edir: 
Hörmətli cənab Prezident!
Son illər ərzində mən dəfələrlə ölkə rəhbərliyinin milli memarlıq abidələrinin xilas edilməsində iştarakının şahidi olmuşam: həm Sizin tarixi binaların sökülməsinin yolverilməzliyi barədə qəti tapşırıqlar verdiyiniz çıxışlarınızda, həm də yalnız Sizin vaxtlı vaxtında müdaxiləniz hesabına bir sıra dəyərli tarixi binaların sökülməsinin qarşısını almış hərəkətlərinizdə.
Məmnuniyyətlə qeyd edirəm ki, Azərbaycanın müstəqilliyinin bərpasında sonra ilk dəfədir ki, böyük müştərək səylər nəticəsində ölkə paytaxtında son illərdə heç bir memarlıq abidəsinin sökülməməsinə nail olunmuşdur. Lakin Sizin mədəniyyət nazirinin işdən çıxarılması, Mədəni irsin qorunması, inkişafı və bərpası üzrə Dövlət xidmətinin rəhbərinin cinayət məsuliyyətinə cəlb edilməsi, Memarlar İttifaqının birinci vitse-prezidentinin saxlanılması kimi qətiyyətli hərəkətlərinizə baxmayaraq hələ də öz tamahkar maraqları naminə həm ölkə rəhbərliyinin, həm də ictimaiyyətin misli-bərabəri olmayan memarlıq irsinin qorunması üzrə səylərini bacarıqla boykot edən onlarla məmur yerlərində qalır. Təəssüf ki, bu gün Bakı memarlığının mirvarilərindən biri təhlükə altındadır: söhbət 1926-cı ildə memar Nikolay Qeorqiyeviç Bayevin layihəsi üzrə tikilmiş dəmir yol vağzalı binaları kompleksindən gedir.
Şəhərin mərkəzində baş verənlərə nəyə görə isə inadla məhəl qoymayan rayon İcra Hakimiyyətinin nümayəndələrinin, Reklam üzrə Dövlət Agentliyinin, Mədəniyyət Nazirliyinin, Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin, Memarlar İttifaqının tam fəaliyyətsizliyi və etinasız münasibəti hesabına məişət malları mağazasının sahibləri Azərbaycan dövləti tərəfindən qorunan memarlıq irsi siyahısına daxil edilmiş tarixi abidəni masqaraya qoyurlar.
Hörmətli cənab Prezident!
Bu gün yenə də Sizdən başqa müdaxilə etməyə və Bakının rəmzlərindən biri olan tarixi binanın həm fasadında, həm də daxilində cəzasız və nəzarətsiz dəyişkiliklər edən talançılardan qorumağa qadir kimsə yoxdur. Heç ölkəmizi, şəhərimizi, çoxəsrli mədəniyyətimizi sevən vətəndaşlar belə işlər törədər?
Buna görə Sizdən səlahiyyətli orqanlara həm mağaza sahiblərini, həm də 1930-cu illərin milli memarlıq abidəsinin qorunmasına görə məsuliyyət daşıyan məmurların hüquqi məsuliyyətə cəlb edilməsinə dair göstəriş verməyinizi artıq dərəcədə xahiş edirəm. 






























Xəbər lenti