Həbsxanada musavatçı aclığa başladı

Həbsxanada musavatçı aclığa başladı
Загрузка...

Bu gün, yanvarın 9-da Bakı Apellyasiya Məhkəməsi Müsavat Partiyasının həbsdə olan üzvü Azad Həsənov barəsində həbsin ev dustaqlığı ilə əvəz edilməsi ilə bağlı şikayətə baxıb.

Bu barədə vəkil Osman Kazımov məlumat yayıb. Vəkilin dediyinə görə, məhkəmə şikayəti təmin etməyib. Osman Kazımov vurğulayıb ki, bununla da Azad Həsənov barəsində həbsin ev dustaqlığı ilə əvəz edilməsi ilə bağlı vəsatətin təmin olunmamasına dair Xətai rayon Məhkəməsinin bundan əvvəl verdiyi qərar qüvvədə saxlanıb.

Vәkil hәmçinin bildirib ki, Azad Həsənov aclıq aksiyasına başlayıb: "Azad Həsənov məhkəmədə Mehman Hüseynova dəstək və özünün yaxın qohumları ilə görüşməsinə, telefon əlaqəsinə imkan verilməməsi ilə bağlı aclıq aksiyasına başladığını elan etdi".

Bu deyilənlərə, hələlik, Penitensiar Xidmətdən münasibət almaq mümkün olmayıb.

Xatırlatma

Azad Həsənov 2014-cü ildən Litvada mühacirət həyatı yaşayıb. Ağır xəstə olan atasını görmək məqsədi ilə ötən 2018-ci ilin oktyabrında onun Bakıya gəldiyi açıqlanıb. Müdafiə tərəfinin bildirdiyinəgörə, o, oktyabrın 11-də saxlanıb. Ona qarşı Cinayət Məcəlləsinin 234.4-cü (külli miqdarda qanunsuz narkotik vasitələrin dövriyyəsi) maddəsi ilə cinayət işi qaldırılıb. Barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilib.

Azad Həsənov 2003-cü ildən Müsavat Partiyasının üzvüdür. İndiki partiya başqanı Arif Hacılı 2010-ci ildə Suraxanı rayonundan deputatlığa namizədliyini irəli sürəndə Azad Həsənov onun seçki qərargahının üzvü olub.

Müsavat Partiyası bəyanat verərək onun həbsinin qurma işə söykəndiyini, siyasi motivli olduğunu bəyan edib. Ancaq Azərbaycan rəsmiləri ölkədə insanların siyasi baxışlarına görə həbs edilməsinə dair iddiaları qəbul etmirlər. Rəsmilərin dediyinə görə, ölkədə siyasi məhbus sayılan şəxslər məhz törətdikləri əmələ görə məsuliyyətə cəlb ediliblər.

Загрузка...
Загрузка...

Xəbər lenti