Həbsxanada məhkum özünü mismarladı - "Fuad Ələsgərov dayımdır" deyən rəis danışdı Həbsxanada məhkum özünü mismarladı -

Həbsxanada məhkum özünü mismarladı -
Загрузка...
Ötən gün Gəncə həbsxanasında dəhşətli hadisə baş verib. Ədliyyə Nazirliyi Penitensiar xidmətinin Gəncə şəhərində yerləşən 2 saylı İstintaq təcridxanasında məhbus,  1993-cü il təvəllüdlü Əliyev Ceyhun özünü mismarlayıb. 
Criminal.az saytına verilən məlumatda iddia olunur ki, təqsirləndirilən şəxsin özünü mismarlamasında təcridxananın rəisi Ruslan Rəsulovun qoyduğu rejim qaydalarıdır. Belə ki, R.Rəsulov özü şər-böhtanlarla məşğuldu və bu taktika ilə vəzifəsindən sui istifadə edir:

"Hər kəsin şəxsi həyatına belə böhtanlar uydurmaqla əməkdaşları qeyri-qanuni işləri ilə təsir altında saxlayır. Ruslan Rəsulovun rəhbərliyi dövründə görüşə gələnlər tərəfindən bildirilir ki, bu təcridxanada bütün işlər bazar qaydalarına uyğun icra edilir. Onları dinlədikcə təcridxanada baş verən qanunsuzluqlar adamı dəhşətə gətirir. Deyirlər ki, soyğunçuluq ilk olaraq sovqat qəbulu və görüş otağından başlayır. Valideyin həbs edilən övladı ilə görüşmək üçün ən azından 100-150 manat arasında pul verməlidir. Bu sövdələşmə baş tutmursa təcridxana rəisi Ruslan Rəsulov və onun əməliyyat üzrə müavini həbs edilən şəxsi hər hansı bir əsasla cərimə otağına kecirirlər.
 
Ruslan Rəsulov 
Bundan başqa gələn valideyin bir yemək çantasını kecirmək üçün ən azından 10-20 manat verməlidir. Ruslan Rəsulov hər hansı bir nəzarətcini gündəlik pullu xidmətə cıxartmaq üçün ən azından 3 min manat pul alır. Daha bir biabırçı məsələ isə təcridxananın daxilində həbs edilmiş şəxslə normal kamera alveridir. Yəni, şəraiti nisbətən yaxşı olan kamera üçün həbs edilən şəxs ən azından 2 min manat pul verməlidir. 

Ruslan Rəsulov və onun müavini Emil Ağayev 
Bütün bunlar yetməzmiş kimi hər kameradan rəis müavini Emil Ağayev və rejim rəisi Şahin Əhmədov dövlətin işiqını həbs edilən şəxslərə satır və işiq pulu yığırlar. Əgər kamerada qızdırıcı istifadə edirlərsə hər kamera ayda 200 manat da əlavə pul verməlidir. Ümumilikdə təcridxanada 75 kamera var. Təcridxanada qalıb cəza cəkmək üçün yəni təsərrüfat xidmətində saxlanılmaları üçün hər məhkum edilən şəxs bir ilinə 2 min manat verməlidir . Əgər məhkum edilən ən azından 3 il cəza alıbsa bu 6 min manat edir. Bu biznesi isə Ruslan Rəsulovun müavini tutduğu vəzifəyə görə savadı belə olmayan Emil Ağayev reallaşdırır. 2 saylı təcridxanada hüquq təhsili sahəsində hec bir savada malik olmayan, hüquq anlayışından xəbəri olmayan rəis müavini Emil Ağayevə məhkum edilən şəxslərin şəxsi işlərini məhkəməyə hazırlaması da qanunsuzluğun bir başqa təzhürüdür. Emil Ağayevin bu işi savadsız olmasına görə, işini bilməməsi ucbatından həmin məsələ ilə səlahiyyəti, daha doğrusu bu işə aidiyyatı olmayan təsərrüfat rəisi Elşad Abbasov məşğul olur. Beləcə bina komendantı rəis və müavini Emil Ağayevin qanunu pozması və ya bacarıqsızlığı ucbatından səlahiyyət sahibi olur və çox sayda məhkumun həyatı ilə oynayır.

Şöbə rəisi Rəşad Rəhimov 
Bir nəfərin təcridxanadan vaxtından əvvəl şərti buraxılması üçün Ruslan Rəsulov və onun müavini ən azından 3-5 min pul alır. Həmçinin məhkumlara təyin edilən aylıq maaşı saxta etibarnamə iıə hər ay ən azından 9 min manat Emil Ağayev poçt vasitəsi ilə mənimsəyir. Həbs edilmiş şəxslər yaxınları və valideyinləri iə danışmaları üçün dəqiqəsi 1 manatdan pul ödədikdə danışırlar. Bu işlərə də rəhbərliyi rəis müavini Emil Ağayev edir". 

Rəşad Rəhimov 
R.Rəsululov Criminal.az saytına açıqlamasında bildirdi ki, təqsirləndirilən Ceyhun Əliyev barəsindəki cinayət işinin istintaqına etiraz olaraq özünə mismarla xəsarət yetirib. Təcridaxana rəisinin sözlərinə görə, C.Əliyevə qarşı heç bir təzyiq edilməyib. 

R.Rəsulov təcridxanadakı qeyri-qanuni əməllər etməsi ilə bağlı ittihamlara qısa cavab verməklə kifayətləndi: "Kim nə istəyir şikayət etsin. Deyilənlər böhtandır...".
Criminal.az-a daxil olan digər bir məlumatda iddia olunur ki, R.Rəsulov prezident İlham Əliyevin köməkçisi Fuad Ələsgərovun sürücüsü olan Niyazi adlı şəxsin bacısının həyat yoldaşıdır və hər yerdə "Fuad Ələsgərov mənim dayımdır" deyir. 
Загрузка...
Загрузка...

Xəbər lenti