Həbsxanada infakt keçirən gənc məhkəməyə gətirildi

Həbsxanada infakt keçirən gənc məhkəməyə gətirildi
Загрузка...
Həbsxanada iflic olan gənc məhkəməyə iki nəfərin qolları arasında gətirilib. Bu haqda Criminal.az saytına həmin məhkəmədə iştirak etmiş hüquq müdafiəçisi Oqtay Güləliyev məlumat verib.
Hüquq müdafiəçisinin sözlərinə görə, dəhşətli olay sonda məhkəmədə insidentə səbəb olub: "Bu gün 2018-ci ilin iyul ayında Gəncə hadisələrinə görə həbs edilmiş şəxslərin Sabunçu rayon Məhkəməsində cinayət işinə baxılıb. Təqsirləndirilən şəxs Şahin Verdiyevin infarkt keçirib Müalicə Müəssisəsində ağır vəziyyətdə olmasına baxmayaraq məhkəməyə gətirilib. İki nəfərin qolları arasında məhkəməyə gətirilən Şahini gözlərimizlə gördük ki, o iflic olub. Ağzı əyilib, hissiyatı yox kimidir və bədənini bir tərəfi işləmir, rəngi göyərmişdi. Şahinin səhhətinin ağır olmasına baxmayaraq hakim Dadaş İmanovun prosesi davam etdirmək cəhdi onunla valideynlər arasında mübahisənin yaranmasına səbəb oldu. İnsidentə məhbuslar da müdaxilə etdi. Bu zaman məhbuslardan biri - Asif Cavadov ani olaraq yerə yıxıldı və huşu özündən getdi. Bir neçə dəqiqə içində o, koma vəziyyətinə düşdü. Məhkəmə prosesi dayandırıldı və məhkəmə binasına Təcili Tibbi yardım çağırıldı. Bu zaman başqa bir məhbus- Həbib Qurbanov onlara qarşı baş verən haqsızlığa etiraz əlaməti olaraq özünə qəsd edəcəyini bildirdi". 

O.Güləliyev bildirdi ki, həkimlər Şahin Verdiyevlə Asim Cavadovun vəziyyətinin kritik olduğunu bildirərək onları təcili şəkildə Müalicə Müəssisəsinə aparıblar: "Hazırda onlar hansı vəziyyətdə olmasından xəbərimiz yoxdur. Məhkəmə təxirə salındı... Anasının dediyinə görə Şahin aprelin 21-də infakt keçirib". 
Загрузка...
Загрузка...

Xəbər lenti