Həbsdəki iş adamına aid əmtəə nişanı AZAL prezidentinin xanımına necə verilib?

13 Fevral 2022, 22:50
13 Fevral
2022
22:50
895
İlqar İsmayılovun şikayətinə baxılıb
"İdeal” mağazalar şəbəkəsinin keçmiş sahibi, hazırda həbsdə olan iş adamı İlqar İsmayılov "İdeal Parfumeri” və "İdeal” əmtəə nişanı üzərindəki hüquqlarının pozulduğunu deyir.
Müəllif Hüquqları və Əqli Mülkiyyət Agentliyinin Ekspertiza Mərkəzinin Apelyasiya Şurasında onun bu məsələ ilə bağlı şikayətinə baxılıb.
İş adamının sözlərinə görə, uzun illərdir ona məxsus olan əmtəə nişanı birdən-birə qanunsuz olaraq, AZAL prezidentinin həyat yoldaşı Zərifə Həmzəyevaya məxsus "Adore Company” MMC-yə verilib. İlqar İsmayılov deyir ki, əmtəə nişanı hələ ona məxsus olduğu dövrdə də ondan qanunsuz olaraq istifadə edilib.
İlqar İsmayılovun "İdeal” əmtəə nişanına hüquqları 2005-ci ildən 3 sinif üzrə – parfümeriya və kosmetik vasitələrinin istehsalı, satışı, reklamı, xidmətlərin göstərilməsi üzrə qeydə alınıb.
"Həmin əmtəə nişanı üzərində hüquqlar şəxsən İlqar İsmayılovun özünə məxsusdur. "İdeal” 2005-ci ildən son dövrlərə qədər – hətta 2017-ci ildə İlqar İsmayılov şirkətdən uzaqlaşdırılandan sonra da qanunsuz olaraq, həmin əmtəə nişanından, yəni İlqar İsmayılova məxsus olan hüquqlardan heç bir qanuni əsas olmadan istifadə edib”, – iş adamı şikayətində göstərib.
Əmtəə nişanlarının müddəti 2019-cu ildə bitdiyinə görə İlqar İsmayılov yenidən nişanların onun adına qeydə alınması üçün müraciət edib. Əvvəlcə ona cavab verilməsə də, sonradan bildirilib ki, eyni əmtəə nişanlarından ötrü "Adore Company” də hüquqlarının qeydə alınması üçün müraciət edib.
İlqar İsmayılovun vəkilləri deyir ki, hüquqda ilkinlik məsələsi var. Məhz buna görə əmtəə nişanlarına hüquq da İlqar İsmayılova verilməliydi:
"Ötən dəfə İlqar İsmayılovun nümayəndələrinə deyilmişdi ki, "Adore Company”nin müraciəti araşdırma mərhələsindədir.
Fevralın 9-da isə bildirildi ki, guya, hələ 2021-ci ilin mayında "Adore Company”ə həmin əmtəə nişanının hüququ verilib. Həmin ekspertizanın qərarı təqdim edildi. Halbuki, bu ekspertizanın qərarı dünənə qədər heç yox idi”.
İlqar İsmayılov qurumun bu qərarından məhkəməyə müraciət etmək niyyətindədir. O hesab edir ki, hüquqları sözügedən qurum tərəfindən kobud şəkildə pozulub. "Hesab edir ki, açıq-aşkar saxtakarlıq edilib, növbəti dəfə qanunsuzluğa gediblər”,- vəkil bildirib.
İş adamı İlqar İsmayılov 2021-ci ilin aprelindən həbsdədir. O, AZAL prezidenti Cahangir Hacıyevin sifarişi ilə həbs olunduğunu deyir.
İttihama əsasən, iş adamı 2013-2016-cı illərdə "İdeal” şirkətində vəzifəsindən sui-istifadə edərək, 680 min manata yaxın vəsaiti mənimsəməkdə təqsirləndirilir. Ona qarşı Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda məınimsəmə) və 308.2 (vəzifədən sui-istifadə etmə) maddələri ilə ittiham irəli sürülüb. Lakin o, ittihamları qəbul etmir.
İş adamı bildirib ki, "İdeal”dakı payını və əmtəə nişanını vermək istəmədiyinə görə ilk dəfə 2017-ci ildə şərlənib həbs olunub, o zaman 3 ay 10 gün həbsdə saxlanıb. Şirkətdəki payından və əmtəə nişanı hüququndan imtina etməsi haqda sənədləri imzalayandan sonra həbsdən buraxılıb.
3 il dözsə də, sonra hüququnu tələb etməyə başlayıb. Ardınca yenidən həbs olunacağı barədə xəbərdarlıq edilib.
O, həbsindən bir neçə gün əvvəl "Facebook” hesabından paylaşımında da yazmışdı ki, 2017-ci ildə AZAL rəhbərinin kabinetində Cahangir Əsgərovun özü və həyat yoldaşı Zərifə Həmzəyevanın hədə və tələbilə Samir Əliyev adlı şəxsi "İdeal Company”nin direktoru təyin etmək məcburiyyətində qalıb.
Zərifə Həmzəyevanın hüquqşünası İlqar İsmayılovu böhtana görə xüsusi ittiham qaydasında məhkəməyə versə də, məhkəmə sonda iş adamını haqlı sayıb və onun haqqında bəraət hökmü çıxarıb.
"İdeal”ın idarəçiləri 2020-ci ildə "Sabina” mağazalar şəbəkəsini də alıb. Bu iki şirkət "Adore Company”ə daxil edilib. "Adore Company”nin rəhbərliyində ötən il dəyişiklik olub. Ötən ilin yanvarında şirkətin direktoru Samir Əliyevi Nərmin İsmayılova əvəzləyib.
AZAL rəhbərinin xanımı Zərifə Həmzəyeva "Premium Bank”ın da əsas səhmdarıdır. O, həm də kosmetik məhsullar istehsal edən "Gazelli Group”un rəhbəridir.
Xəbər lenti
-
00:16"Bir neçə nəfər də töküldü üstümə, məni yıxdılar, qolumu burdular, sürüdülər..." - VİLAYƏT EYVAZOVA MÜRACİƏT
-
23:58Yavər Camalovun oğlu xaricdə 8 milyon dollara mənzillər alıb
-
23:51Bakıda polkovnik-leytenant iş başında öldü
-
23:49MTN-in ən qeyrətli müstəntiqi danışdı - Zakir Qaralovla Rüstəm Usubovun tapşırığı əsasında həbs etmişik
-
13:58Bakıya yeni prokuror təyin edildi
-
13:56Prezident XTQ-nin hərbi hissəsində
-
13:52MTN pul bölgüsündə Baş Prokurorluğa “atıb”
-
00:35Hərbçilərə işgəncə verdiyi üçün axtarılan Polad Əzizov kimdir?
-
00:30“Əməliyyat müvəkkili məni axşama kimi fasilələrlə döydü”
-
00:27“Qazprombank”ın sabiq vitse-prezidenti və ailəsi ölü tapılıb
-
00:25Tərtər hadisələri zamanı öldürülən Elçin Quliyev bəraət aldı
-
00:22“Tərtər işi”: 7 nəfər həbs olunub, 280 şəxs zərərçəkmiş kimi tanınıb
-
00:19Arvadını öldürüb özünü asdı - Daha bir dəhşətli qətl
-
00:18''Biz Mövlam Şıxəliyevin ailə üzvlərinin də həbsini tələb etmişik...''
-
01:58Bayden Putini “qanlı diktator” və “quldur” adlandırdı
-
01:56FHN Hospitalının baş həkiminə hökm oxundu
-
12:42DTX düşmənlə məxfi əməkdaşlıq edən şəxsi ifşa etdi
-
17:34“Qanuni oğru” Namiq Səlifov Rufo Gənciniskinin adamını cəzalandırdı
-
13:45MTN-də 8 milyon dolları alınan iş adamı Neftçalada vaqonda yaşayır - gerçək hekayət
-
13:37Ukraynada daha bir Rusiya generalı məhv edildi
-
13:34Dünən Bakıda öldürülən dünya çempionunun son SƏS YAZISI - Yeni detallar
-
13:29Rusiya 10 gün sonra dayana bilər - Amerikalı generaldan proqnoz
-
13:24Dünya çempionu Zaur Yusifov marketdə güllələnibmiş...
-
13:21Zaur Yusifovun qətlinə görə “Emin 444”ün xalası oğlu tutuldu
-
01:26Məşhur prokuror Tariyel Qurbanov işdən çıxarıldı
-
01:23Canlı efirə “Müharibəyə yox!” plakatı ilə çıxan kanal əməkdaşı saxlanıldı
-
01:14İcra başçısının köməkçisi saxlanılıb
-
01:10Rusiyada: Canlı yayımda redaktor studiyaya girib müharibəyə qarşı çıxdı
-
01:07“Dedilər qızılları götürüb qaçıb. Hamı yığışmışdı lombardın qabağına...” - MAQSUD MAHMUDOVDAN QƏDİMİ QIZIL SAATI DA SORUŞDULAR
-
01:04“Emin 444”ü Zakir Həsənovun evinin qarşısında öldürən dünya çempionu qətlə yetirildi
-
23:49Bəxtiyar Hacıyev: “Polis idarəsində məni saatlarla dizlərimin üstündə saxladılar, təhqir etdilər”
-
23:45“Cahangir Əsgərov və xanımından 16 milyonumu tələb etdiyimə görə həbsdəyəm”
-
23:41Maqsud Mahmudov: “Uşaqlarımın şəklini yayıb, “vətən xaininin övladları” yazmışdı”
-
23:35Mariupol doğum evinə hava zərbəsi: 17 yaralı
-
23:32Tələt Əliyev axtarışa verildi
-
23:29Çernobıl AES-də işıq tamamilə kəsildi - “48 saat sonra sızma qaçılmaz olacaq”
-
23:28Rusiya Ukraynadakı əməliyyatlarda çağırışçıların olmasını etiraf etdi
-
15:54Rusiyanın 15 milyon dollarlıq “Pantsir” kompleksi və daha bir neçə texnikası qənimət götürüldü
-
15:51Ukrayna MN: "Rusiya qoşunları əsas səyləri Kiyevin mühasirəyə alınmasına yönəldib"
-
15:47“İcra Hakimiyyətinə bina tikməyə 3 milyon manat ayrılmışdı, 3 aya yoxa çıxdı...”
16 May 2022
15 May 2022
30 Aprel 2022
20 Aprel 2022
18 Mart 2022
16 Mart 2022
15 Mart 2022
09 Mart 2022
04 Mart 2022
Digər xəbərlər
-
Manşet, Korrupsiya, Məhkəmə
Həbsdəki iş adamına aid əmtəə nişanı AZAL prezidentinin xanımına necə verilib?
-
Manşet, Korrupsiya, Məhkəmə
'Tağı Əhmədova 234 min manat faiz vermişəm'
-
Manşet, Korrupsiya, Məhkəmə
Yevlaxın keçmiş icra başçısının müsadirə olunmuş əmlakları
-
Manşet, Korrupsiya, Məhkəmə
Vüqar Səfərlinin üzərinə həbs qoyulan əmlaklarının - Siyahısı
-
Manşet, Korrupsiya, Məhkəmə
Vüqar Səfərlinin məhkəməsi başlayır
-
Manşet, Korrupsiya, Məhkəmə
Vilyam Hacıyev həbs edildi