Həbsdəki hüquqşünas aclığa başlayıb

29 İyul 2019, 14:48
29 İyul
2019
14:48
233
Загрузка...
Avqustun 7-də Əliabbas Rüstəmovun şikayətinə Ali Məhkəmədə baxılacaq
Yerli və beynəlxalq hüquq müdafiəçilərinin siyasi məhbus kimi tanıdığı hüquqşünas Əliabbas Rüstəmov saxlanıldığı cəzaçəkmə müəssisəsində iyulun 25-dən aclığa başlayıb.
Bu haqda məlumatı Əliabbas Rüstəmov özü telefonla jurnalistlər Şahvələd Çobanoğlu və Vidadi Məmmədova bildirib. Vəkillərinin yanına gələ bilməməsinə görə Əliabbas Rüstəmov aclıq aksiyasını yalnız indi ictimailəşdirə bilib.
Əliabbas Rüstəmov qanunsuz həbs edildiyini və girov saxlanıldığını söyləyib. Həbs olunanadək Vəkillər Kollegiyasının üzvü olan Ə.Rüstəmov ona qarşı açılan cinayət işinin saxta olmasını sübut edən sənədlərin olduğunu deyir.
Bu ilin mart ayında cəzasının 2/3-dən çox hissəsinin keçməsi ilə əlaqədar olaraq azad edilməsi ilə bağlı şikayəti təmin edilməyib.
Əliabbas Rüstəmov saxlanıldığı cəzaçəkmə müəssisəsinin keçmiş rəhbərliyinin onun barəsində saxta sənəd tərtib etdiyini deyib. Həmin sənədə görə Ədliyyə Nazirliyi yanında ictimai komissiya onun vaxtından əvvəl azad olunmaması barədə rəy verib.
Ə.Rüstəmovun vəkili Cavad Cavadlı məhkəməyə bildirib ki, komissiya məhbusun özü ilə görüşmədən belə rəy verə bilməz. Məhkəmədən sonra komissiyanın üzvü Səadət Bənanyarlı Meydan TV-yə bildirib ki, həqiqətən də, onlar heç vaxt Əliabbas Rüstəmovun məsələsinə baxmayıblar və deyilən rəyi verməyiblər.
Avqustun 7-də eyni şikayətə Ali Məhkəmədə baxılacaq. Əliabbas Rüstəmov saxtakarlığa son qoyulmasını və azadlığa buraxılmasını tələb edir. Ə.Rüstəmov yerli və beynəlxalq hüquq müdafiəçilərini, Azərbaycan ictimaiyyətini onun məsələsini diqqətdə saxlamağa çağırıb.
Ə.Rüstəmovun digər vəkili Elçin Sadıqov iyulun 30-da onunla görüşə gedəcəyinə bildirib. Vəkil Ə.Rüstəmovun aclıq aksiyası keçirməsindən xəbərsiz olduğunu bildirib.
Ə.Rüstəmov 2014-cü il iyunun 28-də həbs olunub. Ona qarşı Cinayət Məcəlləsinin 312.2 (rüşvət vermə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə tanınmış hüquqşünas irəli sürülən maddələrlə təqsirli bilinərək 7 il azadlıqdan məhrum edilib.
2017-ci ilin iyulunda Ali Məhkəmə Əliabbas Rüstəmovun cəzasını azaldaraq 7 ildən 6 ilə endirib.
İttiham aktına görə, "Yasavul” MMC-nin direktoru Əliabbas Rüstəmovun qanunsuz hərəkətləri barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə daxil olmuş müraciət əsasında istintaq-əməliyyat tədbirləri həyata keçirilib.Əliabbas Rüstəmov Vergilər Nazirliyinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin İstintaq idarəsində Beyləqan rayon sakini barəsində Cinayət Məcəlləsinin 213.2.2-ci (vergi ödəməkdən yayınma) maddəsi ilə başlanmış cinayət işi üzrə cinayət təqibinə xitam verilməsi və sonuncunun cinayət məsuliyyətindən azad olunması barədə vəd verib. O, guya işin ibtidai istintaqını aparan şəxsə 90 min manat məbləğində rüşvət verilməsi üçün rayon sakinindən cəmiyyətin ofisində 95 min manat məbləğində pulu alarkən cinayət başında saxlanılıb.Vəkil bütün bunların qurama olduğunu bildirir və ittihamları rədd edir. Yerli və xarici hüquq müdafiəçiləri onu siyasi məhbus hesab edirlər.
Əliabbas Rüstəmov əvvəllər Vəkillər Kollegiyasının üzvü olub.
Загрузка...
Xəbər lenti
-
14:49DİN-dən həbs edilən polkovniklə bağlı açıqlama
-
13:39Azərbaycanlı tələbə Türkiyədə binadan yıxılıb öldü
-
13:37Bələdiyyə sədrinin oğulları kənd sakinini bıçaqladılar
-
13:35Bakıda 12 minlik saat oğurlandı
-
23:26Özünü polis kimi təqdim edən şəxs saxlanıldı
-
23:23Ali Baş komandanın təltif etdiyi polkovnik Vəlişov həbs edildi - Lələtəpəyə bayraq sancıb
-
19:09Yanğına görə yollar bağlandı
-
17:52Bakıda məşhur bazar yanır
-
17:31"Yeni 102.1 tezliyi Çingiz Mustafayev adına radiostansiyanın fəaliyyətini faktiki olaraq bloklayacaq"
-
17:24"EuroHome" direktoru: "Yanğını söndürmək üçün suyumuz var idi"
-
17:20Elvin İsayev Azərbaycana deportasiya edildi
-
12:06Bakıda məmurun mənzilində törədilən qətlin gizlinləri üzə çıxır
-
11:49Bakıda polisə silahlı müqavimət göstərənlərə cinayət işi açıldı
-
11:45Atambayev qətldə ittiham edilir
-
11:44“AST Telman”ın qohumu 230 min dollarlıq “Ferrari” məsələsinə görə həbs olunub
-
11:41Zamirə Hacıyeva Britaniyanın qanunlarını dəyişdirmək istəyir - ONU TARİXƏ SALAN QƏRARIN LƏĞVİNƏ ÇALIŞIR
-
11:35Səkkiz ailə üzvü ilə namizəd olan bələdiyyə sədrindən imtina qərarı
-
11:25Məhərrəm Əliyev yeni vəzifəsində ilk dəfə...
-
23:28"Mənə desəydi, oğluma xəbərdarlıq edərdim” - İlyas İsmayılov məhkəmədə
-
23:08Bakıda məmurun mənzilində iki qadın qətlə yetirildi
-
13:35Nazir Novruz Məmmədovun oğluna yeni vəzifə verdi
-
13:18Zahir Əzəmət imzatoplama kampaniyasına başladı
-
13:07“İslam Partiyasının liderinin hüquqları pozulub”
-
13:06Gülnarə Kərimovanın isveçrəli vəkili ölkəyə buraxılmayıb
-
13:05Qabil Əsədov özbək qadını ələ keçirmək üçün onun ərinin qətlini sifariş verdi - ZİLOLA ƏRİNİ BASDIRIB QAYITDI, ƏSƏDOVLA YAŞAMAĞA BAŞLADI...
-
13:00"Bunu məndən başqa heç kim etməyib" - "Şərurlu İsfəndiyar" türkiyəli iş adamının məhkəməsində dindirildi
-
11:20Bakının mərkəzində əlibıçaqlı şəxslər xuliqanlıq etdi
-
11:15Millimizin sabiq futbolçusu həbs edildi
-
11:13Oqtay Gülalıyevin vəziyyətində yaxşılığa doğru irəliləyiş var
-
11:11Bakıda evdə ər-arvadın meyiti tapıldı
-
13:46"Oğluma elə ağır işgəncə verilib ki, bağırsaqları yırtılıb və ağlı qaçıb"
-
13:30Hakimiyyət Heydər Əliyevin vəfatının 16-cı ildönümünü qeyd edir
-
12:22Jurnalistləri Müdafiə Komitəsi Azərbaycanda həbs edilmiş jurnalistləri azad etməyə çağırıb
-
12:15Liftlərlə bağlı rəsmi ittiham: pullar mənimsənilib, materiallar satılıb...
-
12:11Əmircanda bələdiyyə sədrinin özü və bütün ailə üzvləri seçkilərdə namizəddir - OĞLU, QIZI, 2 QARDAŞI, 2 BACISI, 2 QOHUMU...
-
22:35Azyaşlı övladlarını döyməkdə günahlandırılan ata həbs olunub
-
14:26Qarabağ əlili etiraz olaraq maşınını yandırıb
-
13:3342 beynəlxalq təşkilat vəkillərə təzyiqlə bağlı bəyanat yaydı
-
13:30Dələduzluğa görə həbs olunan şəxsin Elmira Axundovaya günaşırı 5 min manat aparmasının pərdəarxası...
-
13:23“Əli Həsənov Hüseynin hesabına vəzifəyə gəlmişdi”
15 Dekabr 2019
14 Dekabr 2019
13 Dekabr 2019
12 Dekabr 2019
11 Dekabr 2019
Digər xəbərlər
-
Cəmiyyət
"Yeni 102.1 tezliyi Çingiz Mustafayev adına radiostansiyanın fəaliyyətini faktiki olaraq bloklayacaq"
-
Video, Cəmiyyət
"EuroHome" direktoru: "Yanğını söndürmək üçün suyumuz var idi"
-
Cəmiyyət
Səkkiz ailə üzvü ilə namizəd olan bələdiyyə sədrindən imtina qərarı
-
Foto, Cəmiyyət
Məhərrəm Əliyev yeni vəzifəsində ilk dəfə...
-
Cəmiyyət
Nazir Novruz Məmmədovun oğluna yeni vəzifə verdi
-
Cəmiyyət
Zahir Əzəmət imzatoplama kampaniyasına başladı
-
Cəmiyyət
Oqtay Gülalıyevin vəziyyətində yaxşılığa doğru irəliləyiş var
-
Cəmiyyət
Hakimiyyət Heydər Əliyevin vəfatının 16-cı ildönümünü qeyd edir
-
Cəmiyyət
Jurnalistləri Müdafiə Komitəsi Azərbaycanda həbs edilmiş jurnalistləri azad etməyə çağırıb