Həbsdəki daha bir sayt rəhbəri aclığa başladığını bəyan edib

02 Fevral 2021, 02:47
02 Fevral
2021
02:47
117
Gülmirə Aslanova: "Onun 44 kiloqram çəkisi var, həyatı təhlükə altında qalır”
"Xeberman.com” saytının həbsdə olan təsisçisi və baş redaktoru Polad Aslanov fevralın 1-dən aclıq aksiyasına başladığını bildirib. Bu barədə Meydan TV-yə onun həyat yoldaşı Gülmirə Aslanova məlumat verib.
Həyat yoldaşının sözlərinə görə, P.Aslanov fevralın 1-də Bakı Apelyasiya Məhkəməsində onun işinə baxılarkən aclığa başladığını bəyan edib: "Aclıq aksiyasına başlaması barədə ərizəsini işinə baxan hakim Həsən Əhmədova təqdim etdi. Bildirdi ki, saxlandığı Bakı İstintaq Təcridxanasının rəisi Elnur İsmayılova da aclıq etməsi haqda ərizə təqdim edib. Polad Aslanov bildirdi ki, 19 aydır hüquqları pozulur, heç bir fakt olmadan 16 il azadlıqdan məhrum edilib. Ya onun cinayət törətdiyini faktla sübut etsinlər, ya da biabırçılığa son qoysunlar. Polad Aslanov dedi ki, "ölkədə korrupsiyadan, rüşvətdən yazmaq cinayətdirsə, bəli, mən bu cür cinayəti törətmişəm və peşman da deyiləm”.
G.Aslanova əlavə edib ki, həyat yoldaşının hazırda əsas tələbi apelyasiya məhkəməsinin qərarı məlum olana qədər ev dustaqlığına buraxılmasıdır.
G.Aslanova həyat yoldaşının səhhətində ciddi problemlər olduğunu vurğulayır, aclıq nəticəsində onun həyatının təhlükə altında qala biləcəyindən ehtiyat edir: "Hazırda Poladın çəkisi 44 kiloqramdır. Bu vəziyyətdə adamın aclıq etməsi onun həyatının təhlükə altında qalması deməkdir”.
P.Aslanov 2019-cu il iyunun 12-dən həbsdədir. O, ötən il noyabrın 16-da Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmüylə 16 il azadlıqdan məhrum edilib. O, Cinayət Məcəlləsinin 274-cü maddəsilə - dövlətə xəyanətdə təqsirli bilinib.
Həmin hökmdən verilmiş şikayətə Bakı Apelyasiya Məhkəməsində baxılır. Növbəti məhkəmə iclası fevralın 4-nə təyin edilib.
Cinayət işinin materiallarında iddia olunur ki, P.Aslanov İranın xüsusi xidmət orqanlarıyla məxfi əməkdaşlıq edib, ölkədən kənarda onlarla gizli görüşlər keçirib, informasiyalar ötürüb və bunun müqabilində pul alıb.
P.Aslanov isə bu barədə yazılanların yalan olduğunu bildirir, özünü təqsirli bilmir.
O, tənqidçi jurnalist fəaliyyətinə, xüsusən DTX əməkdaşlarının zəvvarları ziyarətə aparan şirkətlərdən rüşvət alması barədə yazılarına görə cəzalandırıldığını deyir: "Məşhəd, Kərbəla ziyarətinə gedənlərin hər birinə görə 10-20 dollar rüşvət alınması heç kimə sirr deyil. Mən də xüsusi xidmət orqanlarının bu korrupsiya əməllərini işıqlandırdığıma, mənə təklif olunan rüşvət qarşılığında yenə də o yazıları silməyə razılaşmadığıma görə bu gün buradayam”.
P.Aslanov səhhətindəki problemlərlə əlaqədar uzun müddət hərbi xidmətə aparılmasa da, 2018-ci ilin aprelində ona qəfil çağırış gəlib. O, hərbi xidmətini 2019-cu ilin aprelində başa vurub. İki ay sonra isə həbs edilib.
"Azel TV” saytının həbsdə olan rəhbəri Əfqan Sadıqov da aclıq aksiyası keçirir. Həyat yoldaşı Sevinc Sadıqovanın verdiyi məlumata görə, o, 90 gündür ki, aclığı davam etdirir.
Xəbər lenti
-
19:16Mübariz Mənsimov: "Satqınları və xəyanətkarları Allaha tapşırıram"
-
19:36Bakıda İcra Hakimiyyətində korrupsiya həbsləri – şöbə müdiri qandallandı
-
17:34Həbs edilən qazi azadlığa buraxıldı
-
17:33Prezidentə istefa tələb edən ictimai fəal haqqında hökm çıxarıldı
-
16:39Şəhla Hümbətova Vəkillər Kollegiyasından çıxarıldı
-
16:34Ramiz Mehdiyev qurultaydan danışdı
-
16:29Ramiz Mehdiyevlə Əli Həsənov YAP rəhbərliyindən uzaqlaşdırıldı
-
14:32Mübariz Mənsimov azadlıqda!
-
12:53Cahangir Əsgərovun həyat yoldaşının SƏRVƏTİ
-
12:15Elmar Hüseynovun qətlinin araşdırılmasındakı səriştəsizlik
-
11:55Oğlu şəhid olan xalq artisti: “Nazir balaları Londonda, Avropada, amma torpağı xilas eləmək...”
-
11:51Mübariz Mənsimovun məhkəməsi başladı
-
12:52Azərbaycanın nəzarət etdiyi ərazilərdə erməni döyüşçülərin cəsədlərinin axtarışına icazə verdiyi iddia olunur
-
12:48Fəxrəddin Manafovun xanımı vəfat etdi
-
12:46“Vəhşi Arman” “Qızıl Rövşən”i oteldə döydüklərini təsdiqləyir və onu “qorxaq” adlandırır - DUBAYDAKI NÜFUZLU DAYININ ƏMRİ
-
12:39Bloger və aktyor məhkəmə zalında həbs olundu
-
12:36“Qan içində, şüşəsi güllələnən maşınla karantin postuna gedərdilərmi?” - Polisin güllələdiyi şəxslərin məhkəməsindən
-
22:49Səfir oğlunun Rasim Məmmədovla əlaqələrini gizlətməsinin sirri - Faktlar
-
22:43Elton Məmmədovun oğlunun şikayəti ilə üzə çıxan cinayətlər - “Zaminbank”ın Müşahidə Şurasının sədrinin işi
-
22:39“Laçın təndiri”nin qarşısında heç nəyə görə tökülən qan - “ZARAFATCIL OĞLANLARIN” DAVASINA GÖRƏ 25 YAŞLI RAMİD İNDİ HƏYATDA YOXDUR...
-
22:36İtkin düşən polkovnik-leytenantın da şəhid xəbəri gəldi
-
17:22AİHM Azərbaycan hökuməti baş redakora 6 min avro ödəməlidir
-
23:38“Qara Qafur” bacısı oğlu “Qızıl Rövşən”i niyə xüsusi qəddarlıqla döydürdü... - 45 MİLYON DOLLAR, “MAYBACH” , “YUMURTA OYBEK” VƏ DAHA NƏLƏR
-
23:29“Qazanan Cahangir Əsgərov və ətrafıdır”
-
21:31Şəhid anası itkin düşüb
-
21:30Bakıda evdən 5 nəfərin meyiti tapıldı
-
21:29Bakıda məhkəmə zalında 4 dustaq qollarını ülgüclə doğradı
-
21:28Ramiz Mehdiyev 500-dən çox işçinin bağ sahəsini əlindən aldı
-
21:22Naxçıvandakı Ağbulaq Xizək Mərkəzi Vasif Talıbovun şəxsi obyektidir
-
18:45“Həmid” avtosalonu qadını özünü öldürmək həddinə çatdırıb
-
18:39Roza İlhaməyə məhkəmədə uduzdu – ÜZR İSTƏYƏCƏK
-
10:24Ramiz Mehdiyev Elmira Axundovaya Ali Məhkəmədə dəstək verəcək?
-
22:35Əli Həsənova 2 milyardlıq korrupsiya ittihamı – onun istintaqda dindirildiyi deyilir
-
22:28Azərbaycan Türkiyədən SOM qanadlı raketləri alır - 250 KİLOMETRDƏN UZAQ MƏNZİLLİ, YÜKSƏK DƏQİQLİKLİ...
-
22:25Masallıda AXCP fəalı həbs olundu
-
17:00Şuşada məktəbin təməlini Əliyev, Ərdoğan və Baxçalı birlikdə qoyacaq - “DEDİ MƏN QARDAŞIMSIZ GETMƏRƏM...”
-
16:39Prokurorluq əməkdaşının ölümündə adı hallandırılan xanım şirkət rəhbəri qandallandı
-
16:21Piyadanı küçənin ortasında bir neçə yumruq zərbəsi ilə öldürdü... - AZƏRBAYCAN VƏTƏNDAŞI HADİSƏ YERİNDƏN QAÇMAQ İSTƏDİ
-
13:47Bələdiyyə sədri və müavini məhkəmə qarşısında
-
13:44“Yayılan məlumatlar həqiqətə uyğun deyil” - DTX
06 Mart 2021
05 Mart 2021
03 Mart 2021
27 Fevral 2021
25 Fevral 2021
23 Fevral 2021
20 Fevral 2021
Digər xəbərlər
-
Manşet, Cəmiyyət
Mübariz Mənsimov: "Satqınları və xəyanətkarları Allaha tapşırıram"
-
Cəmiyyət
Şəhla Hümbətova Vəkillər Kollegiyasından çıxarıldı
-
Video, Cəmiyyət
Ramiz Mehdiyev qurultaydan danışdı
-
Manşet, Cəmiyyət
Ramiz Mehdiyevlə Əli Həsənov YAP rəhbərliyindən uzaqlaşdırıldı
-
Video, Cəmiyyət
Oğlu şəhid olan xalq artisti: “Nazir balaları Londonda, Avropada, amma torpağı xilas eləmək...”
-
Cəmiyyət
Azərbaycanın nəzarət etdiyi ərazilərdə erməni döyüşçülərin cəsədlərinin axtarışına icazə verdiyi iddia olunur
-
Sənəd, Manşet, Cəmiyyət
Ramiz Mehdiyev 500-dən çox işçinin bağ sahəsini əlindən aldı
-
Sənəd, Foto, Cəmiyyət
“Həmid” avtosalonu qadını özünü öldürmək həddinə çatdırıb
-
Foto, Cəmiyyət
Azərbaycan Türkiyədən SOM qanadlı raketləri alır - 250 KİLOMETRDƏN UZAQ MƏNZİLLİ, YÜKSƏK DƏQİQLİKLİ...