Həbsdə olan sayt rəhbəri hakimlərin qərarına etiraz olaraq aclığa başladı

Həbsdə olan sayt rəhbəri hakimlərin qərarına etiraz olaraq aclığa başladı
Загрузка...
Bakı Apellyasiya Məhkəməsində hakim Rizvan Səfərovun sədrliyi ilə "Realliq.info” saytının həbsdə olan təsisçisi və baş redaktoru İkram Rəhimovun apellyasiya şikayətinə ilkin baxış iclası keçirilib. Criminal.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmüylə 5 il 6 ay azadlıqdan məhrum edilən İ.Rəhimovun vəkili Elçin Sadıqov vəsatət qaldıraraq birinci instansiya məhkəməsinin protokollarının saxtalaşdırıldığını bildirib: "Bakı Ağır Cinayətlər Məhkəməsində məhkəmə iclas katibi Elman Məlikov olub. Həmin şəxs işdən çıxarılıb və iclas protokollarında heç bir qeyd aparmayıb. Ona görə də, məhkəmə ifadələri ittiham aktında olduğu kimi yazıb. Halbuki məhkəmədə bütün zərərçəkmişlər də bildirmişdi ki, İ.Rəhimov onlardan pul tələb etməyib və hər hansı üsulla olnlara hədə-qorxu gəlməyib".
Vəkil tələb edib ki, bütün şahid və zərərçəkənlər yenidən dindirilsin. Eyni zamanda, Raqub Mirzəyev birinci instansiya məhkəməsində dindirilmədiyindən mütləq dindirilməlidir.
Vəkil daha sonra tələb edib ki, istintaq tərəfindən məhkəməyə təqdim olunan səs yazılarının hamısı montaj edilərək saxtalaşdırılıb, müxtəlif zənglər ətrafında ifadələr düzəldilib. Hətta səs yazılarında bir-birinin ardını təqdiq etməyən ifadələr də var.
''Təkrar ekspertiza keçirilsin və ekpsertiza qarşısına sual qoyulsun ki, həmin səs yazılarında montaj əlaməti var ya yoxdur? Çünki İkram Rəhimov deyir ki, həmin səs yazılarında montaj əlaməti mövcuddur'' - deyə vəkil E.Sadıqov bildirib.
Məhkəmə müdafiə tərəfinin qaldırdığı vəsatəri təmin etməyib. Vəsatətlərin təmin olunmamasına etiraz olaraq İ.Rəhimov aclıq aksiyasına başladığını elan edib.  Apellyasiya şikayətinə baxış iclası avqustun 21-ə təyin olunub.
Məlumat üçün bildirək ki, İ.Rəhimov Bakı Ağır Cinayətlər Məhkəməsində son söz deyərkən həbsinə görə prezidentin köməkçisi Əli Həsənovu günahlandırıb. İ.Rəhimov ötən il oktyabrın 26-da DTX əməkdaşları tərəfindən həbs olunub. İttihama görə, İ.Rəhimov müxtəlif adamlar haqqında rüsvayedici məlumatlar yaymaqla onları hədələyib, həmin materialların silinməsi üçün pul tələb edib. Dövlət Təhlükəsizliyi Xidmətinə onun bu əməllərindən ziyan çəkənlərdən çoxlu şikayətlər daxil olub.
Загрузка...
Загрузка...

Xəbər lenti