Həbsdə olan redaktorun atası: Oğlum mənimlə görüşdən imtina etdi

Həbsdə olan redaktorun atası: Oğlum mənimlə görüşdən imtina etdi
Загрузка...
 Beynəlxalq Qırmızı Xaç Təşkilatının nümayəndələri İkram Rəhimovdan aclığı dayandırmağı xahiş ediblər
Beynəlxalq Qırmızı Xaç Təşkilatının nümayəndələri avqustun 29-da Bakı İstintaq Təcridxanasında saxlanılan "reallıq.info” saytının baş redaktoru İkram Rəhimovla görüşüblər. Bu barədə İkram Rəhimovun atası Rafiq Rəhimov Meydan TV-yə məlumat verib.
Bildirilib ki, İkram Rəhimov UZİ aparatından keçirilib, böyrəyində ciddi problem yaranıb, qanında laxtalanmalar müşahidə olunub. Ondan aclığı dayandırılmasını xahiş ediblər. Rafiq Rəhimov deyib ki, Bakı İstintaq Təcridxanasından onunla əlaqə saxlayıb İkram Rəhimovun aclığı dayandırılması üçün oğlu ilə görüşməsini istəyiblər: "Ancaq o mənimlə görüşdən imtina etdi və aclığı dayandırmayacağını bildirdi. Məsələ ondadır ki, oğlumun son məhkəməsində səhhətini nəzərə alaraq həbsinin ev dustaqlığı ilə əvəz olunması vəsatəti qaldırılsa da, qəbul olunmadı”.
Rafiq Rəhimov qeyd edib ki, oğluna qarşı qanunsuzluq edirlər: "Əslində, müvafiq hökumət qurumları oğlumun səhhətini nəzərə alıb onun dərhal azad edilməsi üçün məhkəmədə vəsatət qaldırmalıdır”.
İ.Rəhimov 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. O, Cinayət Məcəlləsinin 182.2.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrarən hədə-qorxu ilə tələbetmə) maddəsi ilə təqsirli bilinib. İ.Rəhimov ona qarşı qərəzli ittihamların irəli sürüldüyünü bildirib və aclıq elan edib.
Загрузка...
Загрузка...

Xəbər lenti