Həbsdə olan jurnalistin xanımı: "Əgər Polad Aslanov vəkillərindən və yenidən ifadə verməkdən imtina etsə, deməli..."

Həbsdə olan jurnalistin xanımı:
Загрузка...
Jurnalist Polad Aslanovun yenidən dindirilməsi üçün vəkilin verdiyi vəsatətin təmin olunmasına baxmayaraq, o, hələ də dindirilməyib. Bu barədə P.Aslanovun həyat yoldaşı Gülmirə Aslanova Facebook səhifəsində yazıb. Onun sözlərinə görə, P.Aslanova vəkillərindən imtina etməsi üçün təzyiq göstərilir.
"Həbs edildiyi vaxt təzyiq, təsir və işgəncə altında verdiyi ifadəni dəyişdirməməsi üçün təzyiqlər edirlər", - G.Aslanova qeyd edib.
G.Aslanova diqqəti ona yönəldib ki, jurnalist fiziki cəhətdən çox zəifdir, çəki itirir, qidalana bilmir, ürək-damar xəstəsidir. "Əgər Polad Aslanov vəkillərindən və yenidən ifadə verməkdən imtina etsə, deməli, DTX-də ona təzyiq edilib və o, imtina etməyə məcbur olub. Əslində Polad Aslanov öz vəkillərinin iştirakı ilə yenidən ifadə vermək istəyir. Bu barədə məhkəmədə çıxışında da deyib", - G.Aslanova bildirib.
Xeberman.com saytının redaktoru Polad Aslanov iyunun 12-də saxlanılıb. Növbəti gün məhkəmə onu 4 ay müddətinə həbs edib. Ona qarşı CM-in 274-cü maddəsi (dövlətə xəyanət) ilə ittiham irəli sürülüb. İstintaqı Dövlət Təhlükəsizliyi Xidməti aparır. Yerli və beynəlxalq təşkilatlar Polad Aslanova qarşı cinayət təqibini pisləyiblər və hesab edirlər ki, onun həbsinin əsl səbəbi jurnalist fəaliyyəti ilə bağlıdır.
Загрузка...
Загрузка...

Xəbər lenti