Eldar Həsənovdan kim qisas alır? - Vəkildən sensasion iddia

08 Yanvar 2021, 00:22
08 Yanvar
2021
00:22
182
Sabiq Baş prokuror və səfir Eldar Həsənov vəkili Adəm Məmmədov vasitəsilə mətbuata açıqlama verib. Vəkil qeyd edib ki, hüquqlarını müdafiə etdiyi Eldar Həsənovla görüşündən sonra gəldiyi qənaət odur ki, birmənalı olaraq o, vətəninə, dövlətinə və prezidentinə sadiq adamdır.
Vəkilin sözlərinə görə, o, eyni zamanda prezidentin siyasətini sədaqətlə icra edən bir ziyalıdır:
"Onunla səmimi söhbətdə təqdim etdiyi sənədlərdən, eləcə də dövlətin ali orqanlarına şəxsən müraciətlərdən gəldiyim nəticə odur ki, bu həbsin səbəbi Eldar müəllimin Baş prokuror kimi fəaliyyət göstərdiyi zamanda respublikamızın hazırda nüfuzlu bir şəxs ilə keçmişdə aralarında yaranmış işçi münasibətinin gərginləşməsinin qisasıdır.
Xarici İşlər Nazirliyində əvvəllər vəzifə sahibi olmuş şəxslərin ağır cinayət törətməkdə ittiham edildiyi halda azadlığa buraxılmalarına baxmayaraq, ömrünün çox hissəsini dövlətinə xidmət etmiş sabiq Baş prokuror və səfir Eldar Həsənov hələ də istintaq təcridxanasında saxlanılmasının ona qarşı xüsusilə ayrı-seçkilik olduğunun fərqindədir. Buna baxmayaraq, qeyd edir ki, Allah həmişə hər birinin qapısını açıq etsin.
Eldar müəllim əminliklə bildirdi ki, yaxından tanıdığı Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev səhhətində ciddi problemləri, dözülməsi mümkünsüz ağrıları olan 66 yaşlı bir insanın ədalətsiz şəkildə həbsdə saxlanmasından məlumatlı olsa heç vaxt belə qeyri-humanistliyə imkan verməz.
Nəzərinizə çatdırmaq istəyirəm ki, Eldar müəllim ixtisaslaşdırılmış xəstəxanların birində təcili cərrahiyyə əməliyyat olmasa, səhhətindəki problemlərə görə həyatını itirə bilər".
"O, qəti olaraq özünü təqsirli bilmir. Ümumiyyətlə istintaq dövründə bu ədalətsizlik və qanunsuzluqlara etiraz olaraq ifadə verməkdən imtina edib və gələcəkdə də belə bir niyyəti yoxdur.
Məni təəccübləndirən odur ki, təqsirsiz olduğu halda nə sovet dövründə, nə də müstəqillik vaxtında heç bir sabiq Baş prokuror və fəaliyyətdə olan fövqəladə və səlahiyyətli səfir həbs olunmamışdır.
Mövcud sənədlərlə və Eldar Həsənovun səhhətinin vəziyyəti ilə yaxından tanış olan bir vəkil kimi əminəm ki, ölkə başçısı ədalətin bərqərar olması ilə bağlı göstəriş verəcək".
Xatırladaq ki, E.Həsənov Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həbs edilib. DTX-nın yaydığı məlumatda bildirilirdi ki, Azərbaycan Xarici İşlər Nazirliyinin bəzi vəzifəli şəxslərinin öz səlahiyyətlərindən sui-istifadə edib dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuran əməllərə yol vermələri ilə bağlı Dövlət Təhlükəsizliyi Xidmətində başlanılmış cinayət işi üzrə Xarici İşlər Nazirliyinin İşlər idarəsinin müdiri, Nazirliyin Tender Komissiyasının sədri Fərhad Molla-zadə, Konsulluq idarəsinin rəisi Faiq Bağırov və digərləri vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, mənimsəmə, rüşvət alma faktlarına görə cinayət məsuliyyətinə cəlb edilərək barələrində məhkəmənin qərarları əsasında həbs qətimkan tədbiri seçilib.
Davam edən cinayət işi üzrə həyata keçirilən istintaq-əməliyyat tədbirləri zamanı Xarici İşlər Nazirliyinin fəaliyyət istiqamətləri üzrə ayrılan dövlət büdcə vəsaitlərinin mənimsənilməsi ilə bağlı yeni məlumatlar əldə edilmiş, toplanılmış materiallar əsasında müvafiq qərarla kompleks maliyyə-təsərrüfat fəaliyyəti üzrə yoxlama təyin edilib.
Maliyyə yoxlamaları zamanı Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Hersoqovinadakı səfiri Həsənov Eldar Hümbət oğlu tərəfindən xeyli miqdarda büdcə vəsaitinin təyinatı üzrə istifadə edilməməsi və digər qanun pozuntularının törədilməsinə dair əsaslı şübhələr müəyyən edilib.
Xəbər lenti
-
14:38Şəmkirdə qaz idarəsinin rəisi Azərbaycan məhkəməsinə meydan oxuyur
-
14:34"Neft məhsullarının qaçaqmalçılığına görə" həbs olunan Azərbaycan vətəndaşları ölkəyə qayıdıblar
-
14:33DİN: "Özünü polis əməkdaşı kimi təqdim edən şəxslərin sayı artır"
-
14:31Əli Kərimlinin mühafizəçisinə daha iki ittiham irəli sürülüb
-
14:30Gəncənin yol polisi rəisi vəzifəsindən çıxarıldı
-
17:21DTX rəisini 200 min dollar rüşvətdə ittiham edən sabiq bələdiyyə sədri ''Bandotdel''ə çağırılıb
-
10:58Rusiya Müdafiə Nazirliyi 50 min erməni qaçqının Qarabağa qayıtdığını açıqlayıb
-
10:56Daha bir tərxis olunan əsgər faciəvi şəkildə öldü
-
18:39Ağdamın Xıdırlı kəndindən görüntülər
-
18:38"Dağlıq Qarabağın statusu məsələsi gələcəyə saxlanılıb"
-
18:35Bakıda süpürgəçi qadını avtomobil vurub
-
18:33Müdafiə Nazirliyi həlak olan və itkin düşənlərin yeni siyahısını yaydı
-
18:29Oqtay Gülalıyevin xanımı həkimlərlə bağlı Baş prokurora müraciət etdi
-
18:27Navalnıya 30 sutka həbs cəzası verildi
-
17:29"Məni heç bir iş üzrə, heç bir yerdə də sorğulamayıblar" - Əli Həsənov həbs xəbəri haqda
-
15:36''Prezident deyir şəhidlərin qarşısında baş əyirəm. Bəs Xəzər Aslanov kimdir?'' - Plakatı sökülən şəhidin atası
-
15:02Azərbaycan tezliklə JF-17 qırıcılarını alacaq, Hərbi Hava Qüvvələrini xeyli gücləndirəcək - 21 BELƏ QIRICI-BOMBARDMANÇI ALMAQ PLANLAŞDIRILIR...
-
13:48Oqtay Şirəliyev, Ramin Bayramlı və Zaur Əliyev peyvənd olundular
-
11:44Övladı xərçəng olan jurnalist Mehriban Əliyevadan kömək istədi - ''Nuray ölümlə üz-üzədir...''
-
11:20Rusiyaya qayıdan Aleksey Navalnı hava limanında saxlanılıb
-
11:192 gün əvvəl tərxis olunan könüllü əsgər vəfat etdi
-
11:18Cəlilabadda “Niva” aşdı - 2 ölü, 1 yaralı
-
11:17İcra başçısı müavinini vəzifədən azad etdi
-
11:15Sumqayıtda ər arvadını oteldə boğaraq öldürdü
-
01:27Həbsdəki jurnalist nazirin öz anasına qanunsuz pensiya təyin etdirməsini yazdı
-
22:51"Biz ora gedib, onlarla birlikdə yaşaya bilərikmi?
-
22:42İlham Əliyev: Açıq deməliyəm ki, ermənilər büstləri Heydər Əliyevə pulla satdılar
-
22:37“Doğma, sevimli, əvəzolunmaz Şuşa...” - Mehriban Əliyeva
-
22:35Prezident “Şuşi” adını görüb əsəbiləşdi
-
22:20Prezidentlə ailəsinin səfərdən görüntülər
-
12:17Prezident Şuşaya getdi
-
16:16Vüqar Səfərli ilə birgə həbs edilən kimdir?
-
15:32Vüqar Səfərli həbs edildi
-
15:0613 -cü ”zon”da müəammalı məhbus ölümü - İŞGƏNCƏ İDDİALARINI PENİTENSİAR XİDMƏT TƏKZİB EDİR
-
14:59Şuşada yol qəzası - 1 hərbçi öldü, 2-si yaralandı
-
14:57Dünən şəhid olan hərbçimiz dəfn edildi
-
14:56Xocalı yol idarəsinin əməkdaşı minaya düşdü
-
14:53Həbs edilən daha bir icra başçısının oğluna yeni vəzifə verildi
-
14:35Əli Kərimli: Azərbaycan xalqı mənim biznesimin olmadığını bilir
-
14:31Mübariz Mənsimov: Mənə heç kəs FETÖ damğası vura bilməz
21 Yanvar 2021
19 Yanvar 2021
18 Yanvar 2021
16 Yanvar 2021
15 Yanvar 2021
14 Yanvar 2021
Digər xəbərlər
-
Manşet, Cinayət
Eldar Həsənovdan kim qisas alır? - Vəkildən sensasion iddia
-
Manşet, Cinayət
Hərbçilərin görüntüləri ilə bağlı cinayət işi açıldı
-
Manşet, Cinayət
DTX: Döyüş zonasından video yayanlarla bağlı cinayət işi başlanılıb
-
Manşet, Cinayət
Ermənilərin “Su-25”i vuruldu
-
Manşet, Cinayət
“Cəzasını almasının vaxtı uzaqda deyil”
-
Manşet, Cinayət
Gəncədə ölənlərin sayı 12-yə çatdı, 40-dan çox yaralı
-
Manşet, Cinayət
DTX: Azərbaycanın böyük şəhərlərində terror aktı keçirmək niyyətindədirlər
-
Manşet, Cinayət
Kamil Zeynallı həbs edildi
-
Manşet, Cinayət
Türkandakı böyük cinayətə Zeynəb Xanlarovanın bacısı oğlunun adı qarışıb - sensasion gəlişmə