Bakıda maskalılar evdən xəzinə apardılar

Bakıda maskalılar evdən xəzinə apardılar
Загрузка...

Bakıda evə basqın edib quldurluq törədən şəxslər külli-miqdarda dəyəri olan daş-qaş aparıblar.

Criminal.az xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə Binəqədi rayonu, Rəsulzadə qəsəbəsində baş verib.

Axşam saat 21:30 radələrində iki nəfər naməlum maskalı şəxs Ə.Əlixanov küçəsindəki yaşayış evlərindən birinə daxil olub. Onlar 1964-cü il təvəllüdlü Sevda Cəfərova və qızı, 1990-cı il təvəllüdlü Gülarə Cəfərovanın əl-ayağını və ağzını “skotç”la bağlayaraq evdən 29 000 dollar, 6000 manat, 1 ədəd 25-lik qızıl, 10 ədəd 10-luq qızıl və 10 ədəd 5-lik qızıl sikkələr və 1 komplekt brilyant dəsti aparıblar.

Binəqədi Rayon Polis İdarəsindən sayta bildirilib ki, faktla bağlı istintaq davam etdirilir: “Hələlik saxlanılan yoxdur”.

Criminal.az

Xəbər lenti