Həbs olunan icra başçısının oğlu şəhərdə nömrəsiz "Ferrari" idarə edirmiş Həbs olunan icra başçısının oğlu şəhərdə nömrəsiz

Həbs olunan icra başçısının oğlu şəhərdə nömrəsiz
Загрузка...
Dövlət Təhlükəsizliyi Xidməti tərəfində həbs edilən Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyevin kiçik oğlu Ramal Quliyevin adı vaxtilə "Kapital Bank"ın Mingəçevir filialında baş vermiş yarım milyonluq yeyintidə hallanıb. Jurnalist Cavanşir Həsənlinin yaydığı məlumata görə, o zaman Ramal Quliyev filialın rəhbəri idi və bankda 500 min manat "yoxa çıxandan" sonra ordakı işini tərk etmişdi. 

İcra başçısının Goranboydakı villası olması da üzə çıxıb. Onun kiçik oğlu isə bir müddət əvvəl şəhərdə şütüyən nömrəsiz "Ferrari"si ilə gündəmə gəlmişdi. 
RƏsmi məlumata görə, Nizaməddin Quliyevin müntəzəm olaraq vəzifə səlahiyyətlərindən sui-istifadə etməsinə dair əsaslı şübhələr yaranıb. Nizaməddin Quliyevin rayon icra hakimiyyəti başçısının müavini Ramiz Tatarovun vasitəsilə 2019-cu ilin may ayından etibarən yerli icra hakimiyyəti və digər yerli dövlət orqanlarının vəzifəli şəxslərindən müxtəlif adlar altında pul vəsaitləri tələb edərək almasına dair əsaslı şübhələr müəyyən edilib. Nizaməddin Quliyevin, müavini Ramiz Tatarov vasitəsilə fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərdən müxtəlif əsaslarla rüşvət tələb edərək almasına dair əsaslı şübhələr müəyyən edilib. 

Bununla yanaşı, Nizaməddin Quliyevin səhiyyə, təhsil və digər yerli dövlət təsisatları rəhbərlərindən büdcə vəsaitləri hesabına yerli dövlət orqanlarının saxlanılması xərclərinə ayrılan vəsaitlərin müəyyən hissəsinin nağdlaşdırılaraq ona təqdim olunmasını tələb etməsi və alması, ictimai işlərə cəlb olunan aztəminatlı şəxslərə ayrılan əmək haqqı kartlarını ələ keçirib mənimsəməsinə əsaslı şübhələr müəyyən edilib. Nizaməddin Quliyev və müavini Ramiz Tatarovun xidməti otaqlarında keçirilən baxış zamanı müxtəlif vəzifəli şəxslərdən, sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərdən alınmış vəsaitlərin öz əlyazmaları ilə tərtib olunmuş siyahıları, pul vəsaitləri, sənədlər, iş üzrə əhəmiyyət kəsb edən digər dəlillər götürülüb. Nizaməddin Quliyev və başqaları vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, külli miqdarda təkrar rüşvət alma, mənimsəmə və digər faktlara görə Dövlət Təhlükəsizliyi Xidmətində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanılmış cinayət işləri üzrə şübhəli şəxs qismində saxlanılıblar. Hazırda iş üzrə cinayətin digər iştirakçılarının müəyyənləşdirilərək istintaqa cəlb olunması istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir. 

Xəbər lenti