Həbs olunan Cəlilabadın icra başçısı şəhidin yaxınlarından 2700 manat rüşvət alıbmış

09 Dekabr 2020, 22:22
09 Dekabr
2020
22:22
750
Hüquq-mühafizə orqanlarının əməkdaşları Cəlilabad rayon İcra Hakimiyyətinin başçısı Namiq Zeynalovu həbs edib. 2018-ci ilin fevralın 6-da bu posta təyinat alan Namiq Zeynalov rüşvət alarkən tutulub. Qeyd edək ki, o, Azərbaycan Respublikası Prezident Administrasiyasının Dövlət nəzarəti məsələləri şöbəsinin müdiri Kərəm Həsənova yaxınlığı ilə tanınır.
Namiq Zeynalovun həbsi başçıların rüşvət və korrupsiya cinayətlərinə görə 2018-ci ildən başlanan həbslərin yeni dalğası hesab edilir. Vəzifəyə ilyarım əvvəl təyinat alan Cəlilabadın icra başçısı niyə tutulan başçıların taleyindən nəticə çıxarmayıb? Ən çox şəhid verən rayonlardan biri olan Cəlilabadda nə baş verib?
İddia var ki, icra hakimiyyəti rəhbərlərinin başları şəhid dəfnlərinə yox, pul yığmağa qarışıb, hədsiz şikayətlər olub. N.Zeynalov bu təyinata qədər Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin rəis müavini vəzifəsində çalışıb və yenə rüşvəti "peşə seçib”.

Yeni icra başçılarının təyinatı ilə bağlı dövlət başçısı çıxışlarında bildirib ki, Azərbaycanda korrupsiyaya, rüşvətxorluğa qarşı mübarizə amansız aparılmalıdır:
"Bu məsələ ilə bağlı mən öz fikirlərimi bildirmişdim, bir daha demək istəyirəm ki, Azərbaycanın uğurlu inkişafı, ölkəmizin dayanıqlı inkişafı üçün xoşagəlməz hallara son qoyulmalıdır. Siz də rəhbərlik edəcəyiniz rayonlarda bütün xoşagəlməz hallara qarşı öz işinizlə ciddi mübarizə aparmalısınız. Korrupsiyanın, rüşvətxorluğun, talançılığın kökü kəsilməlidir. Bu sahədə sizin dövlət tərəfindən böyük dəstəyiniz olacaqdır, eyni zamanda, geniş ictimaiyyəti də bu işlərə cəlb edin. Çünki ictimai nəzarət xoşagəlməz hallara qarşı mübarizədə çox önəmli amildir. Mən şadam ki, son müddət ərzində ictimai nəzarət mexanizmləri təkmilləşir. Birinci növbədə siz vəziyyəti təhlil etməlisiniz və insanları narahat edən problemləri həll etməlisiniz. Sizin həll etməyə gücünüz çatmayan məsələlər barədə müvafiq mərkəzi icra orqanlarına məlumat verin ki, bu məsələlər operativ şəkildə öz həllini tapsın”.

Əvəz Zeynallı: Baş Prokurorluğun xəbərdarlığı ilə qəti razı deyiləm
Xural qəzeti
"Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı deyir ki, Namiq Zeynalov ümumiyyətlə icra başçısı təyin olunmamalı idi:
"Çünki Əmlak Komitəsində onun fəaliyyətinə bələd olanlar onun əlindən dad edirdilər. Ümumiyyətlə Azərbaycan icra hakimiyyəti strukturundan imtina etməli, yeni idarəetmə strukturuna keçməlidir. O struktur elədir ki, əli təmiz adamlar da gedib oradakı mühitə uyğunlaşır. Bu gün Ağstafanın başçısı Teymur Orucov, Gədəbəyin icra başçısı İbrahim Mustafayev öz sələflərindən fərqlənmirlər. Halbuki onlar da Cəlilabadın icra başçısı kimi yeni təyin olunublar. Namiq Zeynalov 2018-ci ilin fevralında vəzifəyə təyinat alandan sonra rayonda ilk işi rüşvət yığmaq olub. Təsəvvür edin ki, bu adam bir şəhidin yas çadırının qurulmasına icazə vermək üçün 2 min 700 manat alıb. Bu adam şəhidin yaxınlarından pul alırsa, oradakı iş adamlarının, idarə rəislərinin, zavod direktorlarının durumunu təsəvvür edin. Cəlilabad 44 günlük Vətən müharibəsi günlərində 300-ə qədər şəhid qəbul edib. Bu adam, oranın deputatının birini görən olmadı şəhidlərin məclisində”.
Əvəz Zeynallı deyir ki, idarəetmə strukturu dəyişdirilməsə, yeni təyin olunan başçıların da rüşvətə bulaşmaq ehtimalları olduqca böyükdür. Tanınmış hüquqşünas Əkrəm Həsənov da bu fikri dəstəkləyir:
"Bu gün əlinə qandal vurulmayan, iş başında olub rüşvət yığan başçılar var. Bunu müvafiq orqanlar çox gözəl bilir. Bu adamlar düşünürlər ki, ali hakimiyyətin başı müharibəyə, müharibənin yaratdığı çətinliklərin aradan qaldırılmasına qarışıb, bunlar da onlara etibar edilən rayonlarda nə istəyirlər edəcəklər. Bu məsələni köklü həll etmək lazımdır. Kimi təyin edirlər, etsinlər, düzgün işləməsi mümkün olmayacaq. Düzgün işləmək istəsə belə, onların başında dayanan orta səviyyəli dövlət məmurları buna imkan verməz. Qanunsuzluğa sövq edəcəklər onları. Məsələn zəng edib deyəcək ki, filan qohumum rayona gəlir, onu qarşıla, yedirt, içirt, yola sal. Yəni cibinə 5-10 manat qoy. Məmurların gəlir və xərc bəyannamələri olmayınca, dövlət büdcəsindən xərclər elektron şəkildə aparılmayınca və proses şəffaf şəkildə hər kəsə çatımlılığı təmin edilməyincə, bizlər belə həbslərin şahidi olacağıq. Dövlət satınalma sistemi biabırçı vəziyyətdədir. Əksər tələblərə riayət olunmur, illik planları yoxdur, açıq tenderlər keçirilmir. Bütün bunlar dövlət büdcəsinin oğurlanmasına gətirib çıxarır. Bu məsələ həll olunmalıdır. Məhkəmə sistemi nəhayət ki, ədalətli qərarlar, hökmlər çıxarmağa başlamalıdır. Məmur qorxmalıdır ki, vətəndaş sabah onu məhkəməyə verər, məhkəmə də barəsində ədalətli qərar çıxarar. Bunlar olmayınca, vəziyyət dəyişməyəcək”.

Əkrəm Həsənov deyir ki, məmurların əmək haqları artırılmalı, eyni zamanda məsuliyyət məsələləri də artırılmalıdır: "Bu adamların yükü çox, əmək haqları isə gördükləri işə adekvat deyil. Əllərindən də dövlətin milyonlarla vəsaiti keçir. Oğurlayacaqlar. Vəziyyəti dəyişmək üçün əmək haqlarını 20-25 min manata qədər artırmaq lazımdır. Amma dövlətin 1 manatına görə də cavabdehlik daşıdıqları bəyan olunmalı, oğurlanacağı təqdirdə 15 il və daha artıq həbsə məhkum ediləcəklərini də bilməlidirlər. Sinqapur modeli tətbiq edilməlidir. Maaşlar yüksək, qanunlar sərt olmalıdır. Məhkəmələr qanunla, ədalətlə işləməlidir. Dövlət məsələləri, siyasət məsələləri ilə bağlı ayrıca məhkəmə də etmək olar. İnzibati, iqtisadi məsələlər isə ümumi və şəffaf keçirilən məhkəmələrdə qanunla, ədalətlə olmalıdır. Prezident ötən ilin aprelində məhkəmələrdə audioyazının aparılmasını tapşırıb. Amma icra etmirlər. Məmurlara yuxarıdan və aşağıdan təsir var. Yuxarıdan kimsə xahiş edir, başçı etməməyə qorxur. Desə ki, buna görə cəzalanacağam, etmirəm bəlkə də əl çəkərlər. Aşağıdan isə nəzarət edə bilmir. Çünki ictimai nəzarət yoxdur. Başçı istəsə belə işçisinə nəzarət edə bilmir. Ən saf insanı icra başçısı təyin etsələr belə xeyri yoxdur, vəziyyət böyük mənada dəyişməyəcək”.
Əkrəm Həsənov sistem xarakterli dəyişikliklərin olmasının vacib olduğunu deyib: "Yeni başçı təyin edəcəklər, o da oğurlayacaq. Qanunlar işləməli, məhkəmələr ədaləti qərar verməlidir ki, vəziyyət dəyişsin, 2022-ci ilin bu günlərində yenidən başçı həbsləri haqda danışılmasın”.
Xəbər lenti
-
19:16Mübariz Mənsimov: "Satqınları və xəyanətkarları Allaha tapşırıram"
-
19:36Bakıda İcra Hakimiyyətində korrupsiya həbsləri – şöbə müdiri qandallandı
-
17:34Həbs edilən qazi azadlığa buraxıldı
-
17:33Prezidentə istefa tələb edən ictimai fəal haqqında hökm çıxarıldı
-
16:39Şəhla Hümbətova Vəkillər Kollegiyasından çıxarıldı
-
16:34Ramiz Mehdiyev qurultaydan danışdı
-
16:29Ramiz Mehdiyevlə Əli Həsənov YAP rəhbərliyindən uzaqlaşdırıldı
-
14:32Mübariz Mənsimov azadlıqda!
-
12:53Cahangir Əsgərovun həyat yoldaşının SƏRVƏTİ
-
12:15Elmar Hüseynovun qətlinin araşdırılmasındakı səriştəsizlik
-
11:55Oğlu şəhid olan xalq artisti: “Nazir balaları Londonda, Avropada, amma torpağı xilas eləmək...”
-
11:51Mübariz Mənsimovun məhkəməsi başladı
-
12:52Azərbaycanın nəzarət etdiyi ərazilərdə erməni döyüşçülərin cəsədlərinin axtarışına icazə verdiyi iddia olunur
-
12:48Fəxrəddin Manafovun xanımı vəfat etdi
-
12:46“Vəhşi Arman” “Qızıl Rövşən”i oteldə döydüklərini təsdiqləyir və onu “qorxaq” adlandırır - DUBAYDAKI NÜFUZLU DAYININ ƏMRİ
-
12:39Bloger və aktyor məhkəmə zalında həbs olundu
-
12:36“Qan içində, şüşəsi güllələnən maşınla karantin postuna gedərdilərmi?” - Polisin güllələdiyi şəxslərin məhkəməsindən
-
22:49Səfir oğlunun Rasim Məmmədovla əlaqələrini gizlətməsinin sirri - Faktlar
-
22:43Elton Məmmədovun oğlunun şikayəti ilə üzə çıxan cinayətlər - “Zaminbank”ın Müşahidə Şurasının sədrinin işi
-
22:39“Laçın təndiri”nin qarşısında heç nəyə görə tökülən qan - “ZARAFATCIL OĞLANLARIN” DAVASINA GÖRƏ 25 YAŞLI RAMİD İNDİ HƏYATDA YOXDUR...
-
22:36İtkin düşən polkovnik-leytenantın da şəhid xəbəri gəldi
-
17:22AİHM Azərbaycan hökuməti baş redakora 6 min avro ödəməlidir
-
23:38“Qara Qafur” bacısı oğlu “Qızıl Rövşən”i niyə xüsusi qəddarlıqla döydürdü... - 45 MİLYON DOLLAR, “MAYBACH” , “YUMURTA OYBEK” VƏ DAHA NƏLƏR
-
23:29“Qazanan Cahangir Əsgərov və ətrafıdır”
-
21:31Şəhid anası itkin düşüb
-
21:30Bakıda evdən 5 nəfərin meyiti tapıldı
-
21:29Bakıda məhkəmə zalında 4 dustaq qollarını ülgüclə doğradı
-
21:28Ramiz Mehdiyev 500-dən çox işçinin bağ sahəsini əlindən aldı
-
21:22Naxçıvandakı Ağbulaq Xizək Mərkəzi Vasif Talıbovun şəxsi obyektidir
-
18:45“Həmid” avtosalonu qadını özünü öldürmək həddinə çatdırıb
-
18:39Roza İlhaməyə məhkəmədə uduzdu – ÜZR İSTƏYƏCƏK
-
10:24Ramiz Mehdiyev Elmira Axundovaya Ali Məhkəmədə dəstək verəcək?
-
22:35Əli Həsənova 2 milyardlıq korrupsiya ittihamı – onun istintaqda dindirildiyi deyilir
-
22:28Azərbaycan Türkiyədən SOM qanadlı raketləri alır - 250 KİLOMETRDƏN UZAQ MƏNZİLLİ, YÜKSƏK DƏQİQLİKLİ...
-
22:25Masallıda AXCP fəalı həbs olundu
-
17:00Şuşada məktəbin təməlini Əliyev, Ərdoğan və Baxçalı birlikdə qoyacaq - “DEDİ MƏN QARDAŞIMSIZ GETMƏRƏM...”
-
16:39Prokurorluq əməkdaşının ölümündə adı hallandırılan xanım şirkət rəhbəri qandallandı
-
16:21Piyadanı küçənin ortasında bir neçə yumruq zərbəsi ilə öldürdü... - AZƏRBAYCAN VƏTƏNDAŞI HADİSƏ YERİNDƏN QAÇMAQ İSTƏDİ
-
13:47Bələdiyyə sədri və müavini məhkəmə qarşısında
-
13:44“Yayılan məlumatlar həqiqətə uyğun deyil” - DTX
06 Mart 2021
05 Mart 2021
03 Mart 2021
27 Fevral 2021
25 Fevral 2021
23 Fevral 2021
20 Fevral 2021
Digər xəbərlər
-
Manşet, Foto, Korrupsiya
Bakıda İcra Hakimiyyətində korrupsiya həbsləri – şöbə müdiri qandallandı
-
Manşet, Korrupsiya
Cahangir Əsgərovun həyat yoldaşının SƏRVƏTİ
-
Manşet, Korrupsiya
Səfir oğlunun Rasim Məmmədovla əlaqələrini gizlətməsinin sirri - Faktlar
-
Korrupsiya
“Qazanan Cahangir Əsgərov və ətrafıdır”
-
Manşet, Foto, Korrupsiya
Naxçıvandakı Ağbulaq Xizək Mərkəzi Vasif Talıbovun şəxsi obyektidir
-
Manşet, Korrupsiya
Əli Həsənova 2 milyardlıq korrupsiya ittihamı – onun istintaqda dindirildiyi deyilir
-
Manşet, Korrupsiya
Prokurorluq əməkdaşının ölümündə adı hallandırılan xanım şirkət rəhbəri qandallandı
-
Sənəd, Manşet, Foto, Korrupsiya
Nazir müavini xanım məmurla Çexiyada şirkət işlədir
-
Sənəd, Manşet, Foto, Korrupsiya
23 il baş nazirin müavini olan Abid Şərifov nəvəsinə Şəkidə istirahət kompleksi tikdirib