Hamilə sevgilisini elçilikdən sonra öldürən gənc: "Başqaları ilə də münasibətdə olmuşdu"

Hamilə sevgilisini elçilikdən sonra öldürən gənc:
Загрузка...
Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə və adam öldürməyə cəhddə ittiham edilən Sabir Qədimovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib. Virtualaz.org-un xəbərinə görə, prosesdə şahid qismində S.Qədimovun bibisi Nəzakət Məmmədova ifadə verib. O, ifadəsində hadisə baş verən gün mərhumun evinə elçiliyə getdiklərini deyib: "Axşam zəng elədilər ki, elçi gedirik. Elçilikdə dedilər ki, iki günə üzük taxılmalıdır. Onlara dedik ki, indi həm Ramazan ayıdır, həm də hüzrümüz var. Amma dedilər ki, təcili etmək lazımdır. Razılıq olmayandan sonra evə qayıtdıq. Bir neçə saat sonra isə bu hadisə baş verdi”.
Məlum olub ki, Sabirə elçilikdə baş verən xoşagəlməz söhbəti Nəzakət Məmmədova çatdırıb. Şahid isə bildirib ki, Sabirə sadəcə üzük istədiklərini, ancaq iki gün vaxt qoyduqları üçün razılaşmadıqlarını deyib. N.Məmmədova deyib ki, onlar getdikləri evdə qarşılarına şirin çay qoyulmasını istəyiblər. Amma qızın ailəsi razılıq verməyib. Buna səbəb isə qızın və oğlanın atasının elçilikdə iştirak etməməsi olub. Buna görə də, qızın anası ilə qohumları narazılıq ediblər. Daha sonra Sabir Qədimov ifadə verib.
O, ifadəsində hərbi xidmətdə olduğu vaxtda Aytənlə "feysbuk”da tanış olduqlarını, əsgərlikdən sonra görüşdüklərini, aralarında ciddi münasibət yarandığını deyib: "Evlənməyi düşünürdüm. Amma onunla intim əlaqədə olmağım bir səhv idi. Hər iki hadisəyə görə peşmanam. Bibim dedi, üzük istəyirlər, mən də Aytənə zəng elədim. O, məni söydü, mən də onu. Sonra da bu hadisə baş verdi".
Hakimin "Siz Aytəni sevdiyiniz üçün elçi göndərdiniz, yoxsa söz-söhbəti sakitləşdirmək üçün?" sualına S.Qədimov "sevdiyim üçün” cavabını versə də, sonradan söylədikləri ziddiyyətli olub. Belə ki, o, mərhumun bakirə olmadığını, başqa şəxslərlə də münasibətinin olduğunu deyib. Bu sözlərə mərhumun anası və yaxınları etiraz edib. Dövlət ittihamçısının suallarını cavablandıran Sabir silahı tapdığını və evdə gizlətdiyini deyib. Hadisəni isə mərhumu və anasını vurmaq üçün yox, qorxutmaq niyyəti ilə törətdiyini deyib. Məhkəmə iclası aprelin 19-da davam etdiriləcək.
Qeyd edək ki, qətl hadisəsi ötən il may ayının 31-də Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Qılman Salahov, 15 ünvanında baş verib. Belə ki, qəsəbə sakini, 1999-cu il təvəllüdlü S.Qədimovun ailəsi Cəfərovlar ailəsinin 2001-ci il təvəllüdlü qızı Aytən Cəfərovaya elçi gəlib. Elçilik məclisindən sonra S.Qədimov A.Cəfərovanın yaşadığı evə gələrək onunla mübahisə edib. Mübahisədən sonra o, babasına məxsus ov tüfəngini götürərək yenidən A.Cəfərovanın yaşadığı evə gəlib. Tüfənglə A.Cəfərovanın başına və bədəninə atəş açıb. S.Qədimovun qarşısını almaq istəyən A.Cəfərovanın anası, 1962-ci il təvəllüdlü Esmira Cəfərova əlindən və çiynindən güllə yarası alıb.
Hadisə vaxtı A.Cəfərovanın bacısı da evdə olub. O, dərhal bu barədə polisə məlumat verib. S.Qədimov hadisə yerindən qaçaraq gizlənib. Yaralılar 3 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıblar. E.Cəfərovanın həyatını xilas etmək mümkün olub. E.Cəfərovanın sağ əlinin üç barmağı travmatik amputasiya edilib. A.Cəfərova isə kəllə və döş qəfəsinin arxa səthindən aldığı güllə yaralarından dünyasını dəyişib.
Загрузка...
Загрузка...

Xəbər lenti