''Hamı məni generalın işçisi Xallı Gülü kimi tanıyırdı'' ''Hamı məni generalın işçisi Xallı Gülü kimi tanıyırdı'' ''Hamı məni generalın işçisi Xallı Gülü kimi tanıyırdı''

''Hamı məni generalın işçisi Xallı Gülü kimi tanıyırdı''
Загрузка...
''Rəis məni söydü, qarşısındakı kompyuteri görütüb ona tərəf atdım. Sifəti yaralandı, üzü çapıldı...'' 
''Kriminal qruplaşmalar arasında baş vermiş kütləvi davanın görüntülərini yayandan sonra mənə təzyiqlər edilir. Həyat yoldaşımı polisə çağıraraq üzünə adam qoyurlar. Guya davada yoldaşımın əlində də bıçaq olub. Axı videoda görünür ki, yoldaşım Emil Məmmədov dava edənləri sakitləşdirmək istəyir''.
Bu fikirləri Criminal.az saytına açıqlamasında Gəncə şəhərindəki ''Miraj'' və ''Qızıl ev'' çay evlərinin rəhbəri Gülnar Muradova deyib. Onun sözlərinə görə, 2018-ci ilin fevral ayından ictimaiyyətdən gizli saxlanılan bir hadisənin video görüntülərini yaymağı kimlərinsə xoşuna gəlməyib: 
''Hətta buna görə nazirlik məlumat yayaraq məni keçmiş məhkum kimi qələmə verib. Mənimlə münaqişənin ilk başlanğıcı Gəncə Şəhər Baş Polis İdarəsinin rəisi Faiq Şabanovun qardaşı İlqar Şabanovdan başlayır. Ondan Daxili işlər Nazirliyinə şikayət etmişdim. Həmin vaxt o, baş idarədə cinayət -axtarış şöbəsinin rəis müavini olub. Bütün Gəncə bilir ki, mən 7 il Şəhər Baş Polis İdarəsinin keçmiş rəisi Rasim Musayevin sənədləşmə işlərini etmişəm, əməliyyat üzrə inspektor olmuşam. Rasim Musayev Gəncə polisinin rəisi vəzifəsindən gedəndən sonra Faiq Şabanovu rəis təyin etdilər. Ona görə də iki qardaşı eyni idarədə saxlamadılar. İlqar Şabanovu Şəmkir rayon Polis Şöbəsinə əməliyat üzrə rəis müavini getdi. 2012 ci ildə məni Şəmkirə işə çağırdı, etiraz etdim.
Dörd ay sonra Kəpəz rayon Polis Şöbəsinin keçmiş rəisi Ağahüseyn Məmmədov məni çağırdı ki, Rasim Musayevin işlərini gördüyüm kompyuteri ona verim. Rasim müəllimin bütün işlərini gördüyüm kompyuteri məndə olub, amma onu sındıraraq Gəncə çayının sahilində yandırdım. Ona məndə kompyuter olmadığını deyəndə söyüş söydü. Mən də qarşısındakı kompyuteri görütüb ona tərəf atdım. Sifəti yaralandı, üzü çapıldı.
Həmin hadisədən 6 ay sonra müstəntiq Sabir Rüstəmov mənə dedi ki, barəndə cinayət işi açılıb. Dedi, guya Lamiyə adlı qadından televizor almışam, pulunu ödəməmişəm. Digər şikayətçi isə bacımın keçmiş qaynanası Flora Qarayeva idi. Mən niyə bacımın boşandığı ərinin restorana borcun verməliyəm. Flora Qarayevanın şikayəti ilə məni həbs etdilər. Məhkəmədə işə hakim Mahir Niftəliyev baxdı. Məlum oldu ki, alverçidən malı alan mənim bibim olub, restoranın borcu isə keçmiş qudalarımızın olub. Flora məhkəmədə şikayətini geri götürdü. Məni məhkəmə cərimə etdi. Mənim adıma yapışdırdıqları məhkumluq budur. Bu işin arxasında İlqar Şabanov və Ağahüseyn Məmmədov dururdu. Ağahüseyn isə hazırki rəis Faiq Şabanovla qudadır''. 

''Mənə qarşı cinayət işi başlayanda Rasim müəllim Türkiyədə idi. Heç kimin ağlına gəlməzdi ki, Ramil Usubov qadasın aldığım Rasim Musayevi daha yüksək vəzifəyə təyin edərk. Onlar elə bilirdilər Rasim müəllim yıxıldı. Rasim Musayev nazirlikdə Baş Təhqiqatlar İdarəsinə rəis təyin olunandan sonra Ağahüseyni vəzifəsindən azad etdirdi. Hamı məni Rasim Musayevin işçisi Xallı Gülü kimi tanıyırdı. Əgər cinayətkar olmuşamsa, polisin cinayətkarı olmuşam. Niyə bəs məni polisə götürmüşdülər?''-G.Muradova dedi.  
Ağahüseyn Məmmədov
DİN-nin mətbuat xidmətinin Gəncə şəhərindəki regional qrupunun baş inspektoru, polis leytenantı Eşqin Qasımov Criminal.az saytına açıqlamasında bildirdi ki, hazırda həmin iş üzrə istintaq davam etdirilir. İstintaq hərəkətləri aparıldığından kimsə çağırılıb dindirilə və ifadələri yoxlanıla bilər. İstintaqın sonunda yekun rəy barədə vətəndaşa məlumat veriləcək.  
Xatırladaq ki, G.Muradovanın saytımıza təqdim etdiyi videodakı hadisə bu il fevralın 7-də ''Qızıl ev'' çay evində baş verib. O, iddia edirdi ki, dava Rövşən Lənkəranski və Lotu Quluya yaxın qruplaşmalar arasında baş verib. Lakin Daxili İşlər Nazirliyi davanın kriminal qruplaşmalar arasında baş verməsini təkzib edib. 








Загрузка...
Загрузка...

Xəbər lenti