Hal şahidləri, yoxsa ‘peşəkar’ üzəduranlar?

24 Yanvar 2019, 11:33
24 Yanvar
2019
11:33
97
Загрузка...
Azərbaycanda öyrədilmiş adamların ictimai fəalların üzünə durması, həbs məqsədilə onların cibinə narkotik maddələrin qoyulmasına dair cəmiyyətdə və sosial mediada geniş yayılmış iddialar var.
Bu barədə bir çox beynəlxalq təşkilatların Azərbaycana aid hesabatlarında da bəhs olunur. Bir çox vəkillər, jurnalistlər, müxalifətçilər belə bir təcrübənin Azərbaycanda geniş yayıldığına inanırlar.
Xalq Cəbhəsi Partiyasının fəalı Elvin Abdullayevin ailəsi də belə hesab edir. Onu 2015-ci ildə külli miqdarda qanunsuz narkotik saxlamaqda ittiham edib tutmuşdular. O iki il həbs yatdıqdan sonra azadlığa çıxmışdı.

Zülfiyyə Abdullayeva deyir ki, oğlunu şərləmişdilər
Anası Zülfiyyə Abdullayeva deyir ki, oğlunu şərləmişdilər:
"Elvinin üzünə durmuş şəxs başqa neçə nəfərin də üzünə durmuşdu. Əsasən də ictimai fəal və ya müxalifətçi şəxslərin… Eyni adam dəfələrlə ayrı-ayrı adamların üzünə durmuşdu”.
Üzəduranlar həmişə olub
Bu mövzu həm də ona görə aktuallaşdı ki, dünən, yanvarın 22-də həbsdəki bloger Mehman Hüseynov barədə açılmış növbəti cinayət işinə xitam veriləndən sonra, onun, ədliyyə leytnantı Əli Abdalovla barışmasını əks etdirən video yayıldı.
Mehman Hüseynovu cəza çəkdiyi müəssisədə Əli Abdalova zor tətbiq etməkdə ittiham edirdilər. Bloger və tərəfdarları ittihamı qurama sayırdılar.
Vəkil Fariz Namazlı deyir ki, Mehman Hüseynovun Abdalova doğrudan da zor tətbiq edib-etməməsini bilmək üçün sübut yoxdur. Bununla belə, Fariz Namazlı deyir ki, hüquq-mühafizə orqanlarının təşkil etdiyi üzəduranlar, yalançı şahidlər indiyə qədər həmişə olub.
Eyni adam müxtəlif işlərdə hal şahidi olur
Hüquq müdafiəçisi Oqtay Gülalıyev deyir ki, ictimai fəallara qarşı daha çox hal şahidlərindən istifadə olunur:
"Elə hal şahidi var ki, bir çox proseslərdə iştirak edib. Məndə olan məlumata görə, hətta bu hal şahidləri ilə bağlı problem o səviyyəyə çatıb ki, bəzi məhkəmələr iddianı qəbul etmir, çünki Daxili İşlər Nazirliyi aşkar edib ki, bu hal şahidləri eyni vaxtlarda başqa işlərdə də çıxıblar. Bu gün də hal şahidləri vasitəsilə günahsız insanların şərlənməsi var və davam edir”.
Yeni Azərbaycan Partiyasının üzvü Elman Nəsirov isə yalançı şahidlərin təşkil olunması iddiasını tamamilə əsassız sayır. Onun sözlərinə görə, Azərbaycanda ümumiyyətlə siyasi məhbus yoxdur, polis və hüquq-mühafizə orqanları öz işini şərəflə yerinə yetirirlər:
"Siyasi manipulyasiya etməyə ehtiyac yoxdur. Azərbaycan polisi heç bir zaman heç kimi şərləyə bilməz. Polisin vəzifəsi qanun-qaydanı təmin etməkdir. Bundan savayı polisin kiməsə təzyiq etməsi qeyri-mümkündür. Bunlar hamısı ayrı-ayrı dairələrin, ünsürlərin uydurduğu məsələlərdir”.
Vəkil Fariz Namazlı deyir ki, üzədurma hadisələri yalnız siyasi məzmunlu işlərdə yox, sadə adamların işlərində də baş verir:
"Əvvəllər qanunsuz narkotik saxlama ittihamı ilə saxlanan şəxslər statistika naminə həbs olunurlar və hüquq-mühafizə orqanları ilə əməkdaşlıq edən hal şahidləri iddia edirlər ki, həmin şəxslərin narkotik istifadə etdiklərini görüblər”.
Ümumilikdə beynəlxalq hesabatlarda Azərbaycan qeyri-azad ölkə kimi qeyd olunur. Tənqidçilər siyasi hakimiyyətin hüquq-mühafizə orqanlarından öz xeyrinə istifadə etdiyini deyirlər.
Загрузка...
Xəbər lenti
-
10:38Generalın polis oğluna yüksək vəzifə verildi
-
22:32"Qumarda 130 min uduzduğuna görə nazirlikdən çıxarıldı" - dələduz qadının ilginc əməlləri
-
22:28Məşhur bloqer çeçenlərlə azərbaycanlıların kütləvi davasına görə saxlanıldı
-
22:25Məktəb direktorunu döyən "Drakon"a cinayət işi açıldı
-
20:18“Qəribəsi o idi ki, Əfsanə ağlamırdı...” - Ər-arvad intiharının təfərrüatı
-
20:15Əfqanıstanda 7 polis öldürüldü
-
20:10"Hər gecə dua edirəm ki, Allah canımı tez alsın”
-
14:18Ukraynada “Lotu Quli”nin adamları saxlanıldı - 300 pasport və silahlarla
-
13:24Milli Şura yenə mitinq təyin etdi
-
12:35Məşhur FHN generalının banka külli miqdarda borcu üzə çıxdı
-
01:43Jurnalistlər dövlət əleyhinə çağırış yayıb, yoxsa, xəbər, mülahizə?
-
00:39Biləsuvar sakini: Qardaşıma işgəncə verib şərlədikləri üçün özünü yandırdı
-
20:18В Одессе за разбой задержали банду «вора в законе» Гули. Изъят арсенал оружия
-
19:57Bakıda silahlı şəxs saxlanıldı
-
19:55Maşın oğruları tutuldu
-
19:53“Çeçenlərlə bağlı hadisədə üçüncü qüvvələrin izi görünür”
-
19:08Bakıda “Seyid” ləqəbli narkotacir saxlanılıb
-
15:44Azərbaycanın məşhur məmuru Avropada hamam xalatı satdırır
-
15:08Ombudsman Aparatının əməkdaşları təcridxanada jurnalistlə görüşüb
-
14:00''Taleh Bağırzadə xahişimizi nəzərə alıb aclığı dayandırdı''
-
13:58Bakıda kütləvi maliyyə fırıldağı – “Zərərçəkmişlərin sayı yüzlərlədir”
-
00:38Hacıqabulda: Həyat yoldaşı intihar etdi, xanımı da özünü asdı
-
23:23Məşhur biznesmenin müəmmalı ölümündən 5 ay ötdü
-
21:02"Günah öləndə olur, söyməzdi, vurmazdım"- müdirini öldürənə hökm oxundu
-
20:54Əli Həsənovdan “Neolit” kafesindəki insidentlə bağlı - Açıqlama
-
20:38Bakıda baş vermiş faciəvi yol qəzasının videogörüntüləri yayımlandı
-
20:33Azərbaycanlıları təhqir edən Əlixanı Moskvada bu hala saldılar
-
20:25Mirşahin Ağayevin qardaşı azadlığa çıxdı
-
20:24Moskvadakı atışma azərbaycanlılarla çeçenlər arasında olubmuş
-
20:20Penitensiar Xidmət: Taleh Bağırzadəyə qarşı hüquqazidd hərəkətlərə yol verilməyib
-
18:13Məhbus ailələrinə yardım edən inanclı fəal həbs olunub
-
18:104 il öncə İŞID-a qatılan ingilis: Peşman deyiləm, amma qayıtmaq istəyirəm
-
14:56Putinin kriminal avtoritetlərlə bağlı planları var
-
14:46Nurəddin Xoca: Mənim Elmar Vəliyev, Etibar Pirverdiyevlə nə düşmənçiliyim ola bilər?
-
14:36“Lotu Quli” yeni bazar uğrunda müharibəyə başladı - Avtoriteti güllələtdi
-
14:29Azərbaycanlı biznesmenə silahlı hücum - 100 nəfər əlbəyaxa oldu
-
14:14Dünya çempionu həbs edildi - Arvadını döyüb
-
18:4723 yaşlı gənc: Məni ölməyə qoymayın
-
18:44Azərbaycanda yeni ''ONA'' adlı informasiya agentliyi yaradılır
-
15:31Heydər Əliyev Fondu Bərdədəki kimsəsiz qadını nəzarətə götürdü
17 Fevral 2019
16 Fevral 2019
15 Fevral 2019
14 Fevral 2019
Digər xəbərlər
-
Manşet, Cəmiyyət
Generalın polis oğluna yüksək vəzifə verildi
-
Foto, Cəmiyyət
"Hər gecə dua edirəm ki, Allah canımı tez alsın”
-
Cəmiyyət
Milli Şura yenə mitinq təyin etdi
-
Manşet, Cəmiyyət
Jurnalistlər dövlət əleyhinə çağırış yayıb, yoxsa, xəbər, mülahizə?
-
Manşet, Cəmiyyət
Biləsuvar sakini: Qardaşıma işgəncə verib şərlədikləri üçün özünü yandırdı
-
Cəmiyyət
“Çeçenlərlə bağlı hadisədə üçüncü qüvvələrin izi görünür”
-
Cəmiyyət
Ombudsman Aparatının əməkdaşları təcridxanada jurnalistlə görüşüb
-
Cəmiyyət
''Taleh Bağırzadə xahişimizi nəzərə alıb aclığı dayandırdı''
-
Manşet, Cəmiyyət
Məşhur biznesmenin müəmmalı ölümündən 5 ay ötdü