"Hakimlərə pul verib öz xeyrimə qərar çıxartdırmışam" - Sabiq nazirin nəvəsindən Qaralova gözlənilməz məktub

Загрузка...
Ədliyyə Nazirliyinin İcra Baş İdarəsinin keçmiş baş icra məmuru, keçmiş vəkil Vüqar Poladova qarşı başlanmış cinayət işinin təfərrüatları məlum olub. Cinayət Məcəlləsinin 312.2-ci (vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə ona rüşvət vermə və ya təkrar rüşvət vermə) maddəsi ilə ittiham olunan V.Poladovun ittiham olunmasına səbəb özüdür. Daha dəqiqi Baş prokuror Zakir Qaralova yazdığı məktubdur. 
Criminal.az saytına daxil olan məlumata görə, V.Poladov baş prokurora, o cümlədən Baş prokuror yanında Korrpupsiyaya Qarşı Mübarizə İdarəsinin rəisinə məhkəmə hakimlərinə rüşvət verərək özü xeyrinə qərar çıxartdığı haqda məktub yazıb. O, məktubunda rüşvət verdiyinə görə baş prokurordan həbs edilməsini istəyib. Gözlənilməz məktubdan sonra V.Poladov Vəkillər Kollegiyasından xaric edilib və barəsində cinayət işi başlayaraq istintaqa verilib.
Onunla birlikdə Misir Əmirov da təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunub. Onlar barəsində cinayət işinin istintaqı başa çatdırılaraq baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Samir Əliyevin icraatına verilib.
V.Poladov uzun müddət İctimai Televiziyada "İcra məmuru" rublikasının daimi müsahibi olub və ölkədə məhkəmə qərarlarının icrası ilə bağlı hesabatlar verib. Sonradan həmin sistemdən uzaqlaşıb və vəkil kimi fəaliyyətə başlayıb. 12 saylı vəkil bürosunun vəkili olub. Sonradan vəkillik fəaliyyətini də qeyri-müəyyən səbəbdən dayandırıb.
V.Poladov Vəkillər Kollegiyasının mərhum sədri Azər Tağıyevin qızı ilə nişanlı olub. Sonradan evlilik baş tutmayıb.
Xatırladaq ki, V.Poladov dövlət xadimi, uzun illər Azərbaycan SSR kənd təsərrüfatı naziri olmuş Möhsün Poladovun nəvəsidir. 

V.Poladov Criminal.az saytına bildirib ki, Z.Qaralova heç bir məktub yazmayıb. Onun sözlərinə görə, Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2, 178.2.3, 178.2.4, 29,178.2.2, 29,178.2.3, 29,178.2.4 (Dələduzluq maddəsinin müxtəlif bəndləri) və 32.4,312-ci (rüşvət verməyə təhrik etmə) maddələri ilə bir müddət əvvəl Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində qaldırılmış cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
O iddia edir ki, barəsində qaldırılmış cinayət işi müxalifət düşərgəsində əsl toy bayram və böyük sevinclə qarşılanıb: "Fanatik Heydər Əliyevçi olmaqla Bakıda hələ AXC-Musavat dövründə yaradılan Yeni Azərbaycan Partiyasının ilk Nərimanov təşkilatının təsisçilərindən biri, YAP-da rəhbər vəzifələrdə təmsil olmuşam. Müxalifət xüsusi ilə AXCP, Musavat və AMİP partiyalarına və funksionerlərinə qarşı mətbuatda və televiziyada olduqca amansız və sərt çıxışlarla yadda qalmışam. AMİP-ın, AXCP-in və Musavat partiyalarının parçalanmasında aktiv iştirak edərək bu prosesə rəhbərlik etmişəm. Öz adamımı həmin partiyalara yeridərək onu maliyyələşdirib müəyyən partiyada yüksək vəzifəyə qədər gətirərək sonra həmin lobbiçilik etdiyi şəxs böyük sayda həmin partiyanın üzvlərini bəyənatla YAP-a keçməyini təmin etmişəm. Bu səbəbdən bəzi dairələrdə barəmdə cinayət işinin qaldırılması dolayısı yolla müxalif düşərgənin hakimiyyətdən bu yolla qisas alması və güc nümayiş etdirilməsi və hətta mötəbər mənbələr məhz müxalifətin sifarişi kimi qiymətləndirir. 1998-ci ilin Prezident seçkilərində Heydər Əliyevin vəkili olmuş və televiziyada çıxış etmişəm. Vəkil kimi işlədiyi müddət ərzində 2 şikayətçi Emin Elman oğlu Ələkbərov və İlqar Şərifov mənim ölkədə olmamağımdan istifadə edərək Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə müraciət etmiş və barəmdə 178-ci maddənin (Dələduzluq) müxtəlif bəndləri ilə cinayət işi qaldırılmışdır. Srağagün saat 19.30-21.00 radələrində "İstirahət” restoranında 12 nəfərdən ibarət aparıcı müxalifət fəalları yığışaraq mənim barəmdə cinayət işinin məhz Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilməsini qeyd ediblər. Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin müstəntiqi Kazım Həmzət oğlu Kazımov isə Azərbaycan xalqının milli qəhrəmanı statusunu alaraq onun şərəfinə badələr qaldırıblar. Ziyafəti bir çox kənar şəxslər müşahidə edib. Hazırda Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin müstəntiqi Kazım Həmzət oğlu Kazımov "müxalifətin ən sadiq dostu” qeyri-rəsmi fəxri adını alaraq hakimiyyətin dəyişildiyi təqdirdə ona ən yüksək dövlət postlarında yer alacağı barədə sözlər deyilib".
Загрузка...
Загрузка...

Xəbər lenti