Hakimiyyətlə müxalifəti bir-birinə vurduran "porno ulduz" niyə istintaqa cəlb edilmir? Hakimiyyətlə müxalifəti bir-birinə vurduran Hakimiyyətlə müxalifəti bir-birinə vurduran

Hakimiyyətlə müxalifəti bir-birinə vurduran
Bir neçə gün öncə Demokratik Qüvvələrin Milli Şurasının sədri Cəmil Həsənlinin qızının olduğu iddia edilən intim görüntülər yayılıb. Cəmil Həsənli Facebook hesabında qızının görüntüsünün yayılmasını özünün siyasi fəaliyyəti ilə əlaqələndirərək bunda ölkənin siyasi hakimiyyətini ittiham edib. Vurğulayıb ki, qızı yetkin insandır və öz şəxsi həyatını "necə yaşamaq istəməsi onun şəxsi işidir".
"Mənim qızım Günel Həsənlinin 38 yaşı var və 10 ildən çoxdur ki, həyat yoldaşından ayrılıb. Onun öz şəxsi həyatı ola bilər və yenidən ailə də qura bilər. Bunu ona heç kim, o cümlədən mən də qadağan edə bilmərəm. Burada qeyri-adi bir şey yoxdur,"- cənab Həsənli yazıb.
O bildirib ki, "əxlaqsızlıq başqasının intim həyaätına burun soxmaq, dövlətin təhlükəsizlik orqanlarını buna səfərbər etmək və bundan siyasi şantaj vasitəsi kimi istifadə etməkdir". "Mənim qızımın şəxsi həyatını necə qurması, necə yaşaması onun öz şəxsi işidir, bunun dövlətə heç bir aidiyyəti yoxdur," - Cəmil Həsənli vurğulayıb. 

Mahir Nizami oğlu 
Maraqlısı odur ki, intim videoda görüntülənən G.Həsənli, o cümlədən Cəmil Həsənli baş verənlərdə hakimiyyəti ittiham etsə də, hüquq-mühafizə orqanları susqunluq göstərir. Hətta videoda görüntülənən, qarşı tərəfin ittiham etdiyi Mahir adlı şəxs də videonun yayılmasında özünü günahsız hesab edir. O Criminal.az-a açıqlama verərək həmin görüntülərin kim tərəfindən yayılmasının üzə çıxacağını deyib. 
Əgər hər iki tərəf baş verənlərdə özünü günahsız hesab edirsə, o zaman intim video necə və kim tərəfindən çəkilib? Həmin görüntülərin çəkilməsi və yayılması kimə xidmət edir? Hakimiyyət bu yolla müxalifəti ifşa edir, yoxsa hansısa qüvvələr müxalifət düşərgəsini hakimiyyətin üzərinə yönləndirir?
Günel Həsənlinin vəkili Criminal.az saytına bildirdi ki, məsələ ilə bağlı Baş Prokurorluğu müraciət edilib. Lakin müdafiə etdiyi şəxs baş verənlərlə bağlı izahat almaq üçün heç bir yerə dəvət edilməyib. 
Baş Prokurorluq: "Zərərçəkmiş şəxsin şikayəti olmalıdır"
Baş Prokurorluğun mətbuat xidmətinin böyük prokuroru Kənan Zeynalov həmin məsələ ilə bağlı araşdırma aparılıb-aparılmamasından xəbərsiz olduğunu bildirdi. Qurum rəsmisinin sözlərinə görə, araşdırma zərərçəkmiş şəxsin şikayəti əsasında aparılmalıdır. Tərəflərdən soruşmaq lazımdır ki, hüquq-mühafizə orqanlarına şikayətləri olub ya yox. 

Kənan Zeynalov 
K.Zeynalov əlavə etdi ki, Cinayət-prossesual Məcəllədə ictimai xüsusi ittiham anlayışı var və bu kimi məsələdə zərərçəkmiş şəxsin şikayəti olmalıdır.  
"Araşdırma aparılması üçün prokurorluq orqanları üçün əsaslar var" 
 
Cavad Cavadov
Tanınmış vəkil Cavad Cavadov Criminal.az-a bildirib ki, cinayət işi başlanması üçün əsaslardan biri də kütləvi infirmasiya vasitələrində yayılmış məlumatlardır. Həmin görüntülər mediada və sosial şəbəkələrdə kifayət qədər geniş yayılıb. Araşdırma aparılması üçün prokurorluq orqanları üçün əsaslar var. 
Vəkilin sözlərinə görə, hər bir halda bu məsələ araşdırılmalıdır, istintaq aparılmalıdır. 
Criminal.az-ın əldə etdiyi məlumata görə, Mahir Nizami oğlu Allahverdiyev (?) uzun müddət Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin rəisi Bəylər Əyyubovun bacısı oğlu Osman İsayevlə yaxın münasibətləri olub. Əvvəllər cudo idmanı ilə məşğul olmuş Mahir sonradan bir vaxtlar oğlu ”Porchse” markalı avtomobillə 2 uyşaq anasını vurub öldürən 14 yaşlı Ağaəli Fərəcovun atası, ”Bentley” Fizulinin sürücüsü işləyib. F.Fərəcov koronovirusa yoluxub dünyasını dəyişəndən sonra Mahirin hansı işlə məşğul olması barədə məlumat yoxdur. Onu da xatırladaq ki, O.İsayev ”Bentley” Fizulinin kirvəsidir. Osman İsayev "Görüntüləri kim yayıbsa, bu üzə çıxacaq" Criminal.az intim görüntülərin antiqəhrəmanı ilə əlaqə saxlayıb. Telefonu açan Mahir dərhal ''Sənin məni narahat etməyə ixtiyarın var?'' deməklə açıqlama verməkdən boyun qaçırmaq istəyib. Daha sonra qısa şərh verərək telefonu söndürüb: "Get dövlət qurumlarına şikayətini yaz, ondan sonra mənə zəng elə. Videodakı mən deyiləm. Həmin görüntüləri kim yayıbsa, bu üzə çıxacaq".
Baş verənlərlə bağlı xatırladaq ki, Günel Həsənlinin adından ilk olaraq "videolardakı şəxs mən deyiləm” kimi fikirlər yayılmışdı. Amma sonradan təkzib olundu. Martın 31-də isə Günel Həsənli baş verənlərlə bağlı ətraflı izahat verdi. Videoda onunla birlikdə olan şəxsin adını da açıqladı. Günel Həsənli həmin açıqlamasına belə başlayır: "Mən, Həsənli Günel Cəmil qızı, sosial şəbəkələrdə şəxsi həyatıma qanunsuz müdaxilə ilə bağlı yayılan məlumatların, xüsusilə həmin məlumatların ailəmin və atam Cəmil Həsənlinin şəxsiyyətinə ağır zərbə olduğunun dərin məyusluğunu və məsuliyyətini yaşayıram. Heç şübhəsiz ki, öz məsuliyyətsizliyim səbəbindən də yaşadıqlarım və doğmalarıma yaşatdıqlarımı özümə bağışlamıram…” 

Cəmil Həsənli və qızı Günel Həsənli
Cəmil Həsənlinin qızı bunların arxasında ustalıqla qurulmuş geniş bir əməliyyat olduğunu, özünü isə bu əməliyyatın hədəfi kimi təqdim edir. Mahir adlı şəxsin onunla evlənmək niyyətində olduğunu, hətta ona qızıl üzük də aldığını, etimadını qazandığını və sonda aldadıldığını deyib. Günel Həsənli son görüşdə ona meyvə şirəsi verildiyini və sonra olanları xatırlamadığını bildirib. Baxanlara bəlli olduğu kimi, məlum iyrənc kadrlarda üzü gizlədilən kişi portnyoru Günel Həsənliyə pul verir. Cəmil Həsənlinin qızı həmin pul məsələsini belə izah edir: "Pul məsələsinə gəlincə, Mahir mənə yalnız bir dəfə 400 manat pul verib. 8 mart hədiyyəsi ala bilmədiyi üçün üzrxahlıq etdi, təkidlə bu pulu mənə verdi və ”özün nə istəyirsən, al” dedi. Tanış olduğumuz dörd ay ərzində bundan başqa ondan heç vaxt pul almamışam”. Azərbaycan Konstitusiyasının 32-ci bəndinə görə, ölkə qanunvericiliyi şəxsin özəl görüntülərinin özünün icazəsi olmadan, qeydə alınmasını, saxlanmasını və yayılmasını qadağan edir, bunu şəxsi həyata müdaxilə kimi qiymətləndirir və hər kəsin şəxsi həyatının toxunulmazlığının dövlət təminatı altında olduğunu bildirir.
Günel Həsənli və atası Cəmil Həsənli kimdir?
Hər hansı ictimai-siyasi fəaliyyəti olmayan Günel Həsənlinin adının ictimaiyyət arasında hallanması ilk dəfə deyil. 2014-cü ildə o, idarə etdiyi avtomobillə qəza törətməkdə ittiham olunaraq 1 il 6 ay məntəqə tipli həbsxanada cəza çəkməyə məhkum edilmişdi. Vəkilləri müvəkkillərinə bəraət tələb etmiş, ittihamın sübuta yetirilmədiyini bildirmişdilər. Hazırda onların şikayəti Avropa Məhkəməsindədir. O zaman Cəmil Həsənli bəyan etmişdi ki, qızı ilə bağlı yaranmış bu məsələ onun siyasi fəaliyyəti ilə bağlıdır.
2013-ci ildə ölkənin əsas müxalifət qüvvələrinin yaratdığı Milli Şuranın prezident seçkisində vahid namizədi tarixçi Cəmil Həsənli olmuşdu. Mərkəzi Seçki Komissiyasının seçkilərin nəticəsi ilə bağlı yekun rəyinə görə, o, 6 faizə yaxın səslə ikinci yerdə gəlirdi. Seçkinin qalibi 85 faizə yaxın səslə indiki prezident İlham Əliyev idi və Cəmil Həsənli təbliğat-təşviqat prosesi zamanı onu və hakimiyyəti sərt tənqidi ilə ictimaiyyət arasında tanınmışdı. Cəmil Həsənli sonralar da hakimiyyətin sərt tənqidi xəttini yumşaltmadı.
Son 15 ildə Təxminən 15 ildir ki, müəyyən fasilələrlə Azərbaycanda hakimiyyət tənqidçisi olan ictimai-siyasi şəxslərin şəxsi görüntülərinin yayılması halları baş verir. 2005-ci ildə Azadlıq qəzetinin baş redaktoru Qənimət Zahidov və qəzetin həmin vaxt məsul şəxslərindən birinin ictimai-iaşə müəssisələrinin birində iki qadınla çılpaq fotosu yayılmışdı. 2012-ci ildə araşdırmaçı-jurnalist Xədicə İsmayılovanın evinə yerləşdirilmiş video kamera ilə onun şəxsi görüntüləri lentə alınmış və sonradan İnternet portallarında yayılmışdı. Azərbaycanda "Qadın qətlləri siyasidir" devizi altında fəaliyyət aparan feminist qruplardan birinin fəalı Nərmin Şahmarzadənin isə Facebook səhifəsi ələ keçirilib və şəxsi yazışmaları sosial şəbəkələrdə yayılıb.
Onların arasında Nərmin Şahmarzadənin ictimai fəal Bəxtiyar Hacıyevlə yazışdığı iddia olunan və şəxsi söhbəti ehtiva edən ekran görüntüləri də yer alıb. Sonradan həm Bəxtiyar Hacıyev, həm də Nərmin Şahmarzadə bu yazışmanın saxta olduğunu bəyan ediblər. Bu halların hər birində zərərçəkənlər Azərbaycan hakimiyyətini günahlandırıb və bildiriblər ki, şəxsi həyatlarına müdaxilənin səbəbi hakimiyyətə qarşı sərt tənqidi mövqe tutmamaları olub.

Xəbər lenti