Hakimiyyətin dəstəkçisi Xocalı yürüşündə Əli Kərimlinin qarşısında peyda oldu Hakimiyyətin dəstəkçisi Xocalı yürüşündə Əli Kərimlinin qarşısında peyda oldu

Hakimiyyətin dəstəkçisi Xocalı yürüşündə Əli Kərimlinin qarşısında peyda oldu
Загрузка...
Bu gün AXCP lideri Əli Kərimlinin və tərəfdarlarının Bakıda gəzintisi zamanı gözlənilməz hadisə baş verib. Criminal.az xəbər verir ki, müxalifətin Bakı şəhərində keçirdiyi mitinqlərdə qadınlara, yaşlılaraq qarşı xüsusi aqressiv hərəkətləri ilə ölkə mediasında görüntülənən Ata Abdullayev uzun aradan sonra Əli Kərimliyə yaxınlaşaraq, ondan oğlunun Londonda hansı pulla dəbdəbəli həyat sürdüyünü soruşub.
"Prezident İlham Əliyevin oğlu orduda xidmət etdiyi bir vaxtda sizin oğlunuz Londonun barlarında alkoqol içir”, - Bakı sakini bildirib. Əli Kərimli həmin şəxsi təxribatçı adlandırıb. Mühafizəçilərinin köməyi ilə partiya lideri hadisə yerini tərk edib. 
A.Abdullayev bir neçə ay öndə isə Hollandiyada peyda olmuşdu. O, prezident İlham Əliyevin plakatlarını faytonun arxasına yapışdıraraq Hollandiya küçələrində təbliğat aparan vəziyyətdə görüntülənmişdi. 

Ata Abdullayev əvvəllər isə bir neçə dəfə müxalifətin aksiyalarında etirazçıları saxlayarkən görüntülənib. Elə həmin vaxt o, özü də ''Azadlıq radiosu''na müsahibəsində polis yanında İctimai Şuranın (İŞ) üzvü olduğunu demişdi. Onun İŞ üzvü olmasını Daxili İşlər Nazirliyi mətbuat xidmətinin rəsmisi Orxan Mansurzadə də təsdiqləyib və həmin şəxsin Nəsimi rayonunda öz inzibati ərazisində Şura üzvü olduğunu demişdi. 

"Bizim Yol” isə üzə çıxarmışdı ki, "Ataş” ləqəbi ilə çağrılan Ata Abdullayevin Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə ittiham olunub və Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə cəzalandırılıb.
Загрузка...
Загрузка...

Xəbər lenti