Hakimiyyəti sevən və söyən Maqsud! Hakimiyyəti sevən və söyən Maqsud!

Hakimiyyəti sevən və söyən Maqsud!
Bu günlərdə özünü zərərçəkmiş iş adamı kimi təqdim edən Maqsud Mahmudov Ukraynada həbs olunub. Onun Azərbaycana deportasiya olunması gündəmdədir. Criminal.az xəbər verir ki, M.Mahmudov 8 ay əvvəl Bakıda yaxın bir ay əvvəl qədər özünün hazırda etdiklərini xaricdə edən şəxslərə qarşı idi və onları ən ağır formada söyüb təhqir edirdi.
Sonrada isə özü ölkəni tərk edərək həmin şəxslərin mövqeyində dayandı. Bu da çox çəkmədi. Onu Ukraynada gizlənməsi müəyyən olundu və onun tutularaq Azərbaycana deportasiya olunması gözlənilir. Bu videoni da təqdim edirik, oxucular özləri baxıb nəticə çıxarsın.     
Qeyd edək ki, Maqsud Mahmudov qalmaqallı lombard sahibi kimi tanınıb. Bir müddət əvvəl onun qızılları ölkədən götürüb qaçması, zərərçəkənlərin polisə şikayət etməsi ilə bağlı dövrü mətbuatda xəbərlər də dərc olunmuşdu. M.Mahmudov daha əvvəl fırıldaqçılığa görə həbsdə də olub.
Xatırladaq ki, ölkəni tərk edən müddətədək M.Mahmudov prezident İlham Əliyevə olan rəğbəti ilə tanınırdı. Hətta müxalifətin mitinqlərinə çıxaraq ''Yaşadın İlham Əliyev!'' şuarları səsləndirərək aksiyanı pozmağa, iştirakçılarda qəzəb formalaşdırmağa cəhd edirdi. 
M.Mahmudov məsuliyyətdən yayınmaq üçün Ukrayda xəstəxanaya yerləşdirilməsi üçün yalvarır
Daha sonra Criminal.az onun əslində kim olduğunu, nəyə görə məhkum olunduğunu araşdırdı və məlum oldu ki, bir neçə il əvvəl M.Mahmudov qaynından qisas almaq üçün öz xanımının intim görüntülərini məhkəmə binasına yapışdırıb. Bundan başqa onun psixopat olması ilə bağlı ekspert rəyi var. Məhz bu yazılardan sonra M.Mahmudov ölkəni tərk edərək xaricə qaçdı, oradan dövlət başçısına və yüksək vəzifəli məmurlara qarşı təhqirlər yağdırmağa başladı.

Xəbər lenti