Hakimiyyət SMS ilə evdən ikinci çıxışı ləğv edib

Hakimiyyət SMS ilə evdən ikinci çıxışı ləğv edib
Загрузка...
Hakimiyyət vətəndaşlar üçün sutka ərzində evdən ikinci dəfə çıxmaq üçün icazəni ləğv edib. Bu barədə iyunun 29-da axşam elan olunub, lakin məhdudiyyət səhərdən tətbiq edilib. Bu, bir çox adamı potensial pozuculara çevirərək çətin vəziyyətə salıb.
Xatırladaq ki, SMS üzrə ikisaatlıq bir çıxışa məişət məsələləri ilə əlaqədar, ikinciyə isə eyni müddətdə həkimə getmək üçün icazə verilib.
ASAN xidmətin nümayəndəsi Elnur Niftəliyev bildirib ki, məhdudiyyətlər ayrı-ayrı vətəndaşların sui-istifadəsi səbəbindən tətbiq edilib. Bundan əlavə, hakimiyyət əvvəllər e-icaze portalı vasitəsilə iş icazələrinin bir hissəsini ləğv edib. Bu qərar həm də onunla izah olunur ki, işəgötürənlər öz işçilərinə həddindən çox icazə veriblər.

Xəbər lenti