Hakimiyyət Heydər Əliyevin vəfatının 16-cı ildönümünü qeyd edir

Hakimiyyət Heydər Əliyevin vəfatının 16-cı ildönümünü qeyd edir
Загрузка...
Dekabrın 12-i səhərdən Fəxri Xiyabana gedən küçələr bağlanıb. Vətəndaşların eks-prezident Heydər Əliyevin məzarını ziyarət etməsi ilə əlaqədar nəqliyyatın hərəkəti dayandırılıb. Bu gün H.Əliyevin vəfatının 16-cı ildönümüdür.
Öncə dövlət başçısı İlham Əliyev və ailə üzvləri məzarı ziyarət ediblər. Sonra hökumət üzvləri, parlamentin deputatları, dövlət qurumlarının rəhbərləri və ictimaiyyət nümayəndələri məzarın önünə çiçək və çələnglər qoyublar.
Bunun ardınca Fəxri Xiyaban gün ərzində məzaza çiçək gətirəcək digər vətəndaşlar üçün açılıb. Ənənəvi olaraq, həmin gün səhər saat 8:00-dan paytaxtın Xiyabana gedən yollarında nəqliyyatın hərəkəti məhdudlaşdırılıb. İlk növbədə bunlar Parlament prospekti və ona bitişik küçələrdir.

Xəbər lenti