"Hakimin yerimi zəbt edən adamın xeyrinə qərar çıxarmaqda marağı nədir?”

Загрузка...
Şabran rayonu Babək küçəsi, 26-cı məhəllədə yaşayan Qasımov Elmar Qurbanəli oğlu ona məxsus 1 sot torpaq sahəsi qonşusu Məmmədağa Hacıyev tərəfindən zəbt olunduğunu iddia edir. Şikayətçi Criminal.az saytına bildirib ki, ona məxsus ərazinin Məmmədağa Hacıyevdən boşaldılmasını dəfələrlə xahiş etsə də qarşı tərəf buna məhəl qoymayıb, onun haqlı tələbini kobudluqla qarşılayıb:
"Məmmədağa Hacıyev ərazinin mənə məxsus olması ilə razılaşmayıb, ümumiyyətlə bu ərazinin ona məxsus olmasını deyib və bildirib ki,”kimə istəyirsən get şikayət et”. Bundan başqa o və onun həyat yoldaşı dəfələrlə məni özümdən çıxartmağa çalışıb. Məcbur olub məhkəməyə müraciət etmişəm. Lakin torpaq sahəsinin zəbt olunması açıq-aşkar görünsə də və bununla bağlı rəsmi sübut olsa da Şabran Rayon Məhkəməsinin sədri, hakim Çingiz İsgəndərov, qanunu pozanın xeyrinə qətnamə çıxarıb. Bu səbəbdən həm də hakim Çingiz İsgəndərovdan şikayətçiyəm".

E.Qasımovun sözlərinə görə, Şabran bələdiyyəsinin sədri Qəhrəman Quliyev tərəfindən məhkəməyə təqdim olunması üçün arayış da verilib: "2013 –cü il tarixli, 02 saylı iclas protokoluna əsasən mənə 5 sot həyətyanı torpaq sahəsi satılıb, lakin həmin sahənin 1 sotu qonşusu Məmmədağa Hacıyev tərəfindən zəbt olunub. Yəni, mənim sahəm qonşum tərəfindən zəbt olunması rəsmən təsdiq olunub. Amma görünür bu rəsmi sənəd hakim üçün əsas deyil".

Elmar Qasımov daha sonra deyir: "2013-ci ildə qanuni şəkildə 500 manat rüsum köçürüb 5 sot Şabran bələdiyyəsindən torpaq sahəsi aldım. Əvvəllər bu ərazi boş sahə olub. Hamıya bu ərazidə 5 (20×25 metr) sot sahə verilib. Maddi imkanım olmadığından sahəmdə evi yavaş-yavaş, imkan düşdükcə tikirdim, amma ordada yaşamırdım, bir müddət atam da əməliyyat olduğundan başım onun müalicəsinə qarşımışdı. 2017-ci ildə evi hazır etmişdim.  1 otaq yaşayış üçün tam hazır olandan sonra- 2019-cu ildə tikdiyim evə köçdüm. Amma yalnız bu yaxınlarda hasar çəkməyə başlayanda məlum oldu ki qonşum mənim sahəmə girib. Bu da usta tikinti üçün ölçü işləri aparanda məlum oldu. Usta bünovrəni qazanda dedi ki, sənin sahən ölçü ilə düz gəlmir, 1 sotdan az gəlir, heç 4 sot deyil. Mən bələdiyyədən nümayəndə çağırdım onlar da xəritə ilə ölçdülər və dedilər ki,qonşun həqiqətən sənin sahənə girib, tikdiyi tövləsinin bir hissəsi sənin sahəndədir. Bu bələdiyyə sədri, onun müavini İmran da dəfələrlə təsdiq edib. Torpaq sahəsinin planı, miqyası dəqiq göstərilib və asanca bilinir ki kimin sahəsi hara kimidir. Topaq sahəsinin mənə məxsus olması, alqı-satqı ilə Şabran rayon bələdiyyəsindən alınması dair, İcra hakimiyyətinin tikinti və memarlıq şöbəsinin icazəsi və sairə bütün müvafiq sənədlərim var. Şabran rayon məhkəməsində may ayında başlayan məhkəmə prosesindən 4 məhkəmə iclası olub.
 
Məhkəmə iclaslarının hamısında hakim Şabran Rayon Məhkəməsinin sədri Çingiz İsgəndərov olub. Hakim dedi ki sənədlərdən heç nə başa düşməyib. Bələdiyyə sədri xəritədə hər şeyi aydın göstərdi. Lakin hakim qarşı tərəfin xeyrinə qərar çıxardı. Hakim son məhkəmədə dedi ki, ”sənin "kupçan” yoxdur deyə mənim iddiam təmin olunmur və Məmmədağa Hacıyevin tikdirdiyi tövlənin ərazisi qanunidir. Mənim qaldırdığım iddiailəbağlı hakimə etiraz ərizəsi yazan Məmmədağa Hacıyev sübut etməyə çalışıb ki, həmin sahə ona məxsusdur. Amma buna heç bir sübut gətirə bilməyib, lakin bu da hakimin onun xeyrinə qərar çıxarmasına mane olmayıb".
 
Şikayətçi bildirdi ki, qərarı alan kimi apellyasiya şikayəti verəcək. O hesab edir ki, hakimin çıxardığı qərar qərəzlidir: "Əslində qanunla Məmmədağa Hacıyevin tövləsi də qanunsuzdur. Çünki qanunla tövlə yaşayış evinin ərazisində, ona bitişik olmalıdır. Mən bu məsələni belə qoymayacam və axırınacaq öz haqqımı qanuni yolla tələb edəcəm. Hakimin açıq-aşkar mənim yerimi zəbt edən adamın xeyrinə qərar çıxarmaqda görəsən ,məqsədi marağı nədir?”. 



Загрузка...
Загрузка...

Xəbər lenti