"Hacı Məmmədovun Rövşən Əliyevi öldürməsini prokurorluğun rəhbərliyi 2003-cü ildə bilirdi"

Загрузка...
Tanınmış vəkil Adil İsmayılov Daxili İşlər Nazirliyinin sabiq baş əməliiya müvəkkili, bir sıra qətllər və adam oğurluğuna görə məhkum edilmiş Hacı Məmmədovun Baş prokurorluğun kriminalsti Rövşən Əliyevi qətlə yetirməsi ilə bağlı daha bir post paylaşıb. Vəkil "Hacı Məmmədovun Rövşən Əliyevi  öldürməsini prokurorluğun rəhbərliyi 2003-cü ildə bilirdi" adlı "facebook" postunda səs-küylü cinayət işinin qaranlıq məqamlarına aydınlıq gətirib.   
"İş belə gətirdi ki, mən 2005-ci ildə Hacı Məmmədovun işi ilə əlaqədar həbs edilmiş DİN-in Baş cinayət Axtarış idarəsinin rəisi general Zakir Nəsirovun vəkili oldum. Yəqin bu barədə ətraflı növbəti yazılarımda oxuya biləcəksiniz. Hacını işi üzrə istintaq başa çatdıqdan sonra cinayət işinin materialları ilə tanış olarkən ilginc mənzərə ilə rastlaşdım. Məlum oldu ki, prokuror-kriminalist Rövşən Əliyevin Hacı Məmmədovun başçılıq etdiyi dəstə tərəfindən qətlə yetirilməsini respublika prokurorluğunun rəhbərliyi 2003-cü ildən bilirmiş". Criminal.az xəbər verir ki, vəkil Adil İsmayılov qanqster Hacı Məmmədovun prokuror-kriminalisti öldürməsi ilə bağlı qarnlıq məqamlarla bağlı yazısını davam etdirib.

A.İsmayılov yazır ki, 2003-cü ilin avqust ayının 11-də Nəsibova Rəna Yusif qızı adlı bir qadın əvvəllər prokurorluqda işləmiş tanışı ilə Azərbaycan Respublikası Baş prokurorluğuna gələrək həmin tanışının vasitəsi ilə Rövşən Əliyevin ölüm işini aparan Rüstəm Usubovun və baş prokuror Zakir Qaralovun qəbuluna düşür. Rəna Nəsirova baş prokurora danışır ki, o,milliyyətcə çeçen olan Abdulvahabov Ruslan adlı bir şəxslə görüşür. Abdulvahabovun sözlərindən ona məlum olub ki, sonuncu daxil olduğu cinayətkar dəstənin tərkibində bir sıra ağır cinayətlər, o cümlədən, adam oğurluqları və qətllər törətmişdir. Nəsibova bu dəstənin başında Daxili İşlər Nazirliyinin polkovnik rütbəli əməkdaşı Hacı adlı şəxsin durmasını, prokuror-kriminalist Rövşən Əliyevi də həmin dəstənin üzvlərinin qətlə yetirməsini və hazırda bir nəfər milliyyətcə yəhudi olan şəxsi oğurlamağı və yaxınlarından külli miqdarda pul almağı planlaşdırdıqlarını da prokurorluqda danışır. Dediklərinin həqiqət olmasına inandırmaq üçün prokurorluğun əməkdaşlarına Hacının Malakan bağı deyilən ərazidə yerləşən evini də göstərir". 

Vəkil daha sonra qeyd edib: "Normal məntiqlə mərhum əməkdaşlarını qətlə yetirənlər barəsində bu cür ətraflı məlumat alan Baş prokuror dərhal bu qiymətli şahidi dindirməli, onun təhlükəsizliyini təmin etməli, danışdıqlarını rəsmiləşdirməli və istintaq yolu ilə yoxlamalı idi. Baş Prokuror nəinki bu ifadə ətrafında istintaq aparmamış, qanunları kobud şəkildə pozaraq Nəsibovanın baş vermiş və hazırlanan cinayətlər barəsində verdiyi məlumatları rəsmiləşdirməyə belə ehtiyac görməmişdi. Rəna Nəsibova prokurorluğa məlumat verdikdən bir müddət sonra 2004-cü ilin iyun ayının 17-də işlədiyi «Knauf» firmasının ofisində qətlə yetirilmişdi. Nəsibovanın ümumiyyətlə narkotik vasitələrdən istifadə etməməsi məlum olsa da, onun ölümünün guya yüksək dozada narkotik vasitələr qəbul etməsi səbəbindən baş verməsi barədə ekspertiza rəyi alınmış, onun ölümü faktı üzrə heç bir istintaq aparılmamış, bir aydan sonra 17 iyul 2004-cü il tarixdə cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərar qəbul edilmişdi.
2005-ci ilin mart ayında Hacı Məmmədov həbs edildikdən sonra həmin qərar ləğv edilmiş, istintaq Rəna Nəsibovanın qəsdən öldürülməsini sübuta yetirərək bu iş üzrə Novruz Nuriyevi məsuliyyətə cəlb edib məhkəməyə vermişdi. Bakı Ağır cinayətlər məhkəməsi Novruz Nuriyevə 12 il azadlıqdan məhrumetmə cəzası verdi, Bakı Apellyasiya məhkəməsi isə məhkum olunmuş şəxslərdən yalnız onun cəzasını azaltdı. Yeri gəlmişkən, Ruslan Abdulvahabovun harada olması, sağ olub-olmaması bu günə kimi də məlum deyil...".

Загрузка...
Загрузка...

Xəbər lenti