Həbsindən 19 gün sonra Hacı Məmmədovun verdiyi ifadəsi: "Planımıza əsasən Zamirə oğurlandıqdan 6 saat sonra biz ondan..."

08 Avqust 2019, 18:05
08 Avqust
2019
18:05
1568
Загрузка...
Adil İsmayılov yazır: "Zakir Nəsirova ömürlük həbs cəzası veriləndən sonra mən "AZADLIQ” qəzetinə müsahibə verdim. Orda istintaqın və məhkəmənin yol verdiyi qanun pozuntularına işarə edərək dedim ki, hətta hüquq fakültəsinin tələbəsi bunları görməyə bilməzdi. Günorta məhkəmədə sədrlik edən hakim Əli Seyfəliyev mobil telefonuma zəng etdi.

Əli Seyfəliyev
Xahiş etdi ki, vaxtım varsa məhkəməyə gəlim, mənimlə danışmaq istəyir. Dedim ki, nə ehtiyac var, onsuz da hökm çıxartmısınız. İsrar etdi və mən məhkəməyə getdim. Aramızda təxminən aşağıdakı məzmunda söhbət oldu. Siz elə bilirsiniz ki, mən yazdıqlarınızı bilmirəm, bunu Əli müəllim dedi. Dedim ki, əlbəttə bilirsiniz, savadınıza heç bir şübhəm yoxdur. Dedi: necə fikirləşirsiniz, mən baş prokurorun imzası ilə təsdiq olunmuş ittiham aktı ilə məhkəməyə daxil olan işi geri qaytarmalı idim. Cavab verdim ki, əgər işə qanuni baxsa idiniz, başqa yol yox idi. Əli müəllim fikrini belə yekunlaşdırdı. Özünüz ağıllı adamsınız, bunun nəticəsinin nə olacağını məndən də yaxşı bilirsiniz. Sonralar bu söhbəti savadlarına şübhə etmədiyim ayrı-ayrı hakimlərdən çox eşitdim.
Qayıdaq Zamirə Hacıyevanın oğurlanmasına. Əvvəlki yazıda başlığa çıxardığım suala istintaq materiallarında cavab var idi".

Hacı Məmmədov
Hacı Məmmədov 29 mart 2005-ci il tarixli ifadəsində göstərirdi(O, martın 10-da ''Qara Kəmər' əməliyyatı ilə tutulmuşdu-red): "Bizim planımıza əsasən Zamirə oğurlandıqdan 6 saat sonra biz ondan( Cahangir Hacıyevdən-A.İ.) 1-2 milyon evro pul alacaqdıq. 6 saat ona görə nəzərdə tutulurdu ki, Cahangir Hacıyev milliyyətcə çeçen olan Marayev qardaşları, Fətulla Hüseynovun oğlu Adiklə birlikdə qanunsuz olaraq Beynəlxalq bankdan 13 milyon dollar pul çıxarmış və Tacikistanla müştərək iş görmüşdülər. Bu pula onlar alüminium alveri etmişlər. Lakin bir müddət sonra Tacikistandakı alüminium zavodunun direktoru 200 milyon dollar götürüb aradan çıxdı. Cahangir Hacıyevin də pulu onun içərisində olub. Biz fikirləşdik ki, Cahangir Hacıyevə bunu desək, o qorxub dərhal bizə istədiyimiz məbləği verəcəkdir. Eyni zamanda, Fətulla Hüseynovun əvvəllər müxalifətdə olması və məhz bu səbəbdən oğlu Adikin işdən çıxarılması, lakin buna baxmayaraq Cahangir Hacıyevin onun adına icazəsiz 13 milyon pul verməsi faktorundan da pulun alınmasında istifadə ediləcəkdi. Lakin sizə məlum olan hallara görə planımız baş tutmadı".
Vəkil daha sonra qeyd edir: "Maraqlıdır ki, bu ifadəni alan istintaq orqanı onun yoxlanılması üçün heç nə etməmişdi, etmişdisə də cinayət işinin materiallarında bu barədə heç nə yox idi. Mən bu ifadəni oxuduqdan sonra indi sizin də edəcəyiniz kimi internetdə onun nə dərəcədə həqiqət olmasını araşdırmağa başladım. Məlum oldu ki, doğrudan da 2004-cü ilin dekabr ayında Tacikistan alüminium zavodunun sabiq direktoru Abdukodır Ermatovun barəsində cinayət işi başlanmış və o, istintaqdan yayınaraq Londona qaçmışdı. Sonrasını araşdırmaçı jurnalistlərə buraxıram.

Bilirsiniz ki, Cahangir Hacıyev həbsdədir və indi həyatının ən çətin dönəmini yaşayır. Buna görə də ona münasibətdə mümkün olan qədər mülayim yazmağa çalışacam. Amma bir məqamı yazmasam olmayacaq. Məhkəmə prosesinə nə Cahangir Hacıyev, nə də onun iş üzrə zərərçəkən şəxs kimi tanınmış həyat yoldaşı Zamirə Haçıyevə gəldilər. Mən dəfələrlə onların məhkəmədə iştirakının təmin edilməsi barədə vəsatətlər verdim, Avropa Konvensiyasının tələblərinə istinad etdim bunun da faydası olmadı. Bu adamlar istintaqda Zakir Nəsirovun əleyhinə ifadə vermişdilər, həm yerli qanunvericiliyə, həm Avropa konvensiyasına görə təqsirləndirilən şəxsin onun əleyhinə ifadə vermiş şəxsləri dindirmə hüququ nəzərdə tutulur. Məhkəmə Cahangir Hacıyevin teleqramını oxuyub ifadəsini elan etməklə kifayətləndi.
Cahangir Hacıyevin adından məhkəməyə daxil olmuş teleqramda yazılmışdı: «XIDMƏTI VƏZIFƏLƏRIMIN ICRASI ILƏ ƏLAQƏDAR SON DƏRƏCƏ MƏŞĞUL OLDUĞUMDAN MƏHKƏMƏYƏ GƏLƏ BILMIRƏM».
Əslində bu məhkəməyə qarşı hörmətsizlik idi və məhkəmə onun gəlişini təmin etməli idi. Lakin o vaxt Hacıyevin statusu başqa idi. Bunu ona görə xatırlatdım ki, öz məhkəməsində Hacıyev vəzifəcə ondan böyük olan bir neçə şəxsin şahid qismində çağırılmasını istədi. Və o şəxslər məhkəməyə gəlmədilər. İş belə gətirdi ki, mən sonradan Cahangir Hacıyevin işində mənim fikrimcə əsassız və qanunsuz həbs edilmiş bir nəfəri müdafiə etməli oldum. (Bu iş barəsində də nə vaxtsa yazacağımı fikirləşirəm)".
Davamı olacaq...
Davamı olacaq...
Əvvəlki yazıları oxu:
• Hacı Məmmədovla üçüncü görüş: "Kimə demişdin, get ondan soruş..."
Загрузка...
Xəbər lenti
-
19:45Vasif Talıbov Ali Məclisə seçkilərlə bağlı sərəncam imzalayıb
-
14:18"Lombard Məlahət" jurnalisti həbs etdirmək üçün üçüncü dəfə məhkəməyə verdi
-
14:10İlkinin bacısının intiharı ilə bağlı - Açıqlama
-
14:08Bakıda ögey ana azyaşlı uşaqlara işgəncə verib
-
14:05Baş Prokurorluq Nemət Kərimlidən şikayət edib
-
14:04Bakıda intihar edən qız millimizin futbolçusunun bacısı imiş
-
14:31İcra başçısını tənqid edən keçmiş məmur intihar edib
-
05:00Ziya Bünyadovun oğlu vəfat etd
-
10:52“Relax”dakı davada nazirliyin bu əməkdaşları döyülüb
-
10:46Moskvada minik avtomobili metro stansiyasının vestibülünə çırpıldı
-
10:41Beynəlxalq təşkilatlar Azərbaycan Vəkillər Kollegiyasına məktub göndərib
-
10:40Elmar Vəliyev istintaqa ifadə verməkdən imtina edib
-
01:12Yevda Abramov vəfat etdi
-
12:56Paşinyanın xanımı Mehriban Əliyevanı Qarabağa dəvət etdi və hədələdi
-
12:35Радио имени Чингиза Мустафаева выставлено на продажу
-
12:24Londonda maşınla vurulub ölən milyarderlə bağlı müəmma - QƏSD ŞÜBHƏSİ VAR, POLİS ŞAHİDLƏRİ AXTARIR...
-
12:22Xanımı: Oktay Gülalıyevin səhhətində yaxşılığa doğru dəyişiklik yoxdur
-
00:23Professor oğlunun cinayəti: yalanı ifşa edən xüsusi aparat, rüşvət... - TƏFƏRRÜAT
-
17:07Türkiyədə azərbaycanlılardan ibarət oğru dəstəsi yaxalandı
-
17:05Vilayət Quliyev keçmiş naziri "oğurluqda, çapovulçuluqda" ittiham etdi "ƏLİ MADDİ ÇAX-ÇUXDAN ÇIXAN KEÇMİŞ HƏMKARIM..."
-
17:03“İl ərzində 46 hərbi qulluqçu ölüb”
-
17:01AİHM Rafiq Tağının işi üzrə qərarı elan edib
-
17:00Bakıda sürücü ambulansa yol vermədi
-
16:58Yeni parlament seçkilərinin vaxtı bilindi
-
16:56Yasamalda şirkətdən 85 minlik domofon apardılar
-
16:54“Bıçağı boynuma dirəyib 4 milyonluq sənəd imzalatdı” - Etimad İsmayılovun qatili
-
16:49Hərbi qulluqçumuz vəfat etdi
-
16:48“Ədalət adlı polis saqqalımı əlləri ilə yolur, alışqanla kürəyimə od vururdu”
-
16:46“Qızımın səhhəti ağır olduğundan 2 ildir məktəbə gedə bilmir”
-
16:35Azərbaycan ziyalılarının həyatı Suryalı qaçqınlarından bu qədərmi dəyərsiz oldu?
-
16:21Deputat oğlunun həbs müddəti uzadıldı
-
11:43Mədət Quliyev generalı özünə müşavir təyin etdi
-
15:30Prezident deputatı icra başçısı təyin etdi
-
15:24Hüseyn Abdullayev məhkəməsində şer dedi: "Yalançının metal girsin gözünə..."
-
14:49Gəncə sakini: Elmar Vəliyev torpağımı 6 adama satıb
-
14:45Saatlıda qatarla minik avtomobili toqquşub - ÖLƏNLƏR VAR
-
14:29Milli Məclisin buraxılmasına razılıq verildi
-
14:2717 yaşlı oğlan tanışına 11 bıçaq zərbəsi vurdu
-
13:55BDU-nun tələbəsinin yataqxanada faciəli ölümü: səbəb qida deyil, zəhərdir - QOŞQAR TƏHMƏZLİ AÇIQLADI
-
12:16Milli Məclisin taleyini həll edən iclas başladı
09 Dekabr 2019
08 Dekabr 2019
07 Dekabr 2019
06 Dekabr 2019
05 Dekabr 2019
04 Dekabr 2019
Digər xəbərlər
-
Manşet, Dosye
Azərbaycan Ordusuna qarşı törədilmiş cinayətin arxasında kim durur? - SABİQ TƏHLÜKƏSİZLİK ZABİTİNDƏN SENSASİON YAZI
-
Manşet, Dosye
Əsrin cinayətini tördənlər niyə cəzasız qalmaqdadır - Sabiq təhlükəsizlik zabitinin III SENSASİON YAZISI
-
Manşet, Dosye
Azərbaycandakı sovetdən qalma agent şəbəkəsi haqda müdhiş faktlar...
-
Manşet, Dosye
İsgəndər Həmidovun ona ittiham verən müstəntiqə cavabı: "Sənin kimi bir .... məhkəmədə olacaq və ..."
-
Manşet, Dosye
Ramil Səfərov tutulanda həbsxanada ona yardım edən qaçaq OMON-çu kimdir?
-
Manşet, Dosye
"O, məhkəmə zalında Azərbaycan bayrağına bürünüb "Mən səni sevirəm, Ramil”" qışqırdı - Tanınmış vəkilin yeni yazısı
-
Manşet, Dosye
"Ramil Səfərov azərbaycanca "erməni oğlan, çıx bayıra” bağırırdı”
-
Sənəd, Manşet, Dosye
Usubovun MTN-də verdiyi ifadə: "Rövşən Əliyev "Qarabulaq"da Lyudmila ilə mübahisə etmiş, hansısa şəxsi görərkən gizlənmiş..."
-
Manşet, Dosye
"Elmira Süleymanova Azərbaycanda da Ramil Səfərovun işində göstərdiyi prinsipiallığı göstərsəydi..."