Hacı Məmmədovla üçüncü görüş: "Kimə demişdin, get ondan soruş..."

Hacı Məmmədovla üçüncü görüş:
Загрузка...
Adil İsmayılov: "Hacı Məmmədovdan soruşdum ki, ondan şühbələndiyimi hardan bildiyini soruşdum dedi ki, kimə demisən get ondan soruş"
Tanınmış vəkil Adil İsmayılov başına gələnləri, xatirələrini davamlı olaraq ictimaiyyət üçün açıqlamaqda davam edir. Criminal.az xəbər verir ki, A.İsmayılov bu dəfə məşhur qanqster Hacı Məmmədovla üçüncü görüşü barədə qeydlərini yayımlayıb.
"2005-ci ilin iyul ayının 8-də axşam saatlarında mobil telefonuma zəng gəldi. Zəng edən MTN-in müstəntiqi idi, hazırda Bakı ağır cinayətlət məhkəməsinin hakimidir. Dedi ki, bir nəfəri şübhəli şəxs qismində saxlayırıq, sizin vəkillik etməyinizi xahiş edir. Kim olmasını soruşdum, dedi ki, gəlib burda görərsiniz. Dərhal MTN-ə getdim və məni istintaq idarəsinə qaldırdılar. Müstəntiqin kabinetində Zakir Nəsirovu gördüm”.
Bunu yeni yazısında açıqlayan Adil İsmayılov bildirib ki, onunla 1980-ci ilin ortalarından şəxsən tanış imişlər: "Apardığım bir sıra ölüm işlərində əməliyyatçı kimi iştirak etmişdi. İnsan kimi də, peşəkar əməliyyatçı kimi də ona hörmətim vardı. Kabinetdə MTN-in iki müstəntiqinin olmasını gördüm, biri yuxarıda dediyim kimi hazırda hakim, digəri isə vəkildir. Bildirdilər ki, Zakir Nəsirovu Hacı Məmmədovun işi üzrə şübhəli şəxs kimi saxlayırıq. Mən elə müstəntiqlərin yanında Zakir Nəsirovla söhbət etdim. Onun işini götürməyə və vəkillik edəcəyimə bir şərtlə razılıq verdim. Əgər istintaqın gedişində onun Rövşən Əliyevin öldrülməsində iştirak etməsinə inansam, onun vəkilliyindən uzaqlaşmağıma razılıq verəcək. Zakir müəllim şərtimi qəbul etdi və məni əmin etdi ki, Rövşən Əliyevin öldürülməsində və Hacının törətdiyi bildirilən cinayətlərin heç birində iştirak etməyib. Beləcə mən Zakir Nəsirovun vəkili oldum”.
Vəkil bildirib ki, həmin gün onun iştirakıyla Zakir Nəsirovu şübhəli şəxs qismində dindiriblər: "Məlum oldu ki, buna qədər onu iki dəfə 2005-ci ilin aprel ayının 6-da, daha sonra may ayının 30-da MTN-ə dəvət edib şahid qismində dindiriblər. Hacı Məmmədovun həbsindən bir neçə gün sonra Nəsirov 16 mart 2006-cı il tarixdə tutduğu Baş Cinayət Axtarış İdarəsinin rəisi vəzifəsindən istefa verib. Nəsirov ifadəsində Hacı Məmmədovla xidməti münasibətlərinin olmasını, onun törətdiyi cinayətlərdən xəbəri olmadığını, rəhbərlik etdiyi idarənin əməkdaşı tərəfindən cinayətlərin törədilməsini vaxtında aşkar edə bilmədiyi üçün məsuliyyət daşımasını başa düşdüyünə görə istefa verdiyini söylədi. Müstəntiqlər tutma protokolu tərtib edərək onu MTN-in istintaq təcridxanasına göndərdilər. 9 iyulda Nəsirova ittiham elan edildi, 10 yulda isə barəsində Səbayel məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçildi. Həbs edildiyi birinci gündən başlayaraq Nəsirov da, mən də Hacı Məmmədovla üzləşdirmə keçirilməsini xahiş edirdik. Buna baxmayaraq uzun müddət bizim xahişimiz təmin edilmədi. Nəhayət, israrlı tələblərdən sonra 1 avqust 2005-ci il tarixdə həbs edildikdən 24 gün sonra üzləşdirmə keçirildi. İstintaqın sonrakı mərhələsində cinayət işinin materialları ilə tanış olarkən başa düşdüm ki, üzləşdirmənin bu qədər ləngidilməsi səbəbsiz deyilmiş”.
Adil İsmayılov qeyd edir ki, üzləşdirmə başlamamışdan əvvəl xahiş ediblər ki, protokolun yazılması zamanı təhrifə yol verilməməsi üçün üzləşdirmənin gedişində videoçəkiliş aparılsın: "Çünki bundan əvvəl 12 iyulda Nəsirovu Məmməd Məmmədovla üzləşdirmişdilər, üzləşdirmədə Məmmədov istintaqa verdiyi ifadəsini təsdiq etmədi və Nəsirova qarşı heç bir iddiasının olmadığını bildirdi. Müstəntiqlər hətta videoçəkiliş aparılmasından çəkinməyərək şahidə təzyiq etməyə, onu yalan ifadə verdiyinə görə məsuliyyətə alacaqları və həbs edəcəkləri ilə qorxutmağa başladılar. Bu təzyiqlərdən sonra şahidin halı xarab oldu, o özünü pis hiss etdiyindən üzləşdirmə və videoçəkiliş dayandırıldı. Lakin istintaqçılar bu dəfə xahişimizi rədd etdilər və belə izah etdilər ki, guya Hacı Məmmədov onun çəkilişlərinin televiziya ilə nümayiş etdirildiyi üçün narazıdır. Biz bu arqumentlə razılaşmaq məcburiyyətində qaldıq, çünki doğrudan da istintaqın ilk günündən Hacı Məmmədovun istintaqa verdiyi ifadələr respublika televiziyası ilə nümayiş etdirilirdi. Bundan sonra biz xahiş etdik ki, üzləşdirmə prosesində heç olmazsa audio yazıdan istifadə edilsin, müstəntiqlər rəhbərliyə məruzə etdikdən sonra razılaşdılar. Üzləşdirmə zamanı Hacı Məmmədovun Nəsirovun onun törətdiyi bəzi cinayətlərdə iştirak etməsi barədə açıq-aşkar yalan və ziddiyyətli ifadə verməsi məlum oldu”.
Tanınmış hüquqşünas onu da vurğulayıb ki, bu üzləşdirmə barədə nə vaxtsa ayrıca yazacaq: "Müstəntiqlər Hacının ifadə verərkən səhvlər edəcəyindən ehtiyatlandıqları üçün tez-tələsik üzləşdirməni yekunlaşdırdılar və protokol tərtib etməyə başladılar. Yeri gəlmişkən, bu protokolun da, əvvəlki yazılarım da istinad etdiyim digər protokolların da surətləri məndə var. Müstəntiqlər protokol tərtib etməklə məşğul olduqları vaxt Haçı Məmmədovla sərbəst danışmaq imkanım oldu. Soruşdum ki, Hacı, Rövşən Əliyevin ölümündə sənin iştirakından şübhələndiyim barədə prokurorluğa dediyimi kimdən öyrənmişdin. Hacı cavab verdi ki, kimə demişdin, get ondan da soruş. Beləliklə, bunu Hacıya kimin çatdırması barədə məndə heç bir şübhə qalmadı”.
Загрузка...
Загрузка...

Xəbər lenti