"Hacı Məmmədova həmin işə görə orden, Ramil Usubova polkovnik rütbəsi verildi"

31 İyul 2019, 15:24
31 İyul
2019
15:24
1243
Загрузка...
Tanınmış vəkil Adil İsmayılov Daxili İşlər Nazirliyinin (DİN) keçmiş polkovniki, çoxsaylı sifarişli qətllər, adam oğurluqları, quldurluq kimi cinayətlər törətmiş dəstənin başçısı, "Qara kəmər" əməliyyatı zamanı həbs olunmuş və iki il əvvəl intihar edən Hacı Məmmədovla tanışlığından yazıb. Criminal.az xəbər verir ki, pivə zavodunun direktorunun ölüm işi xatirəsini bölüşən vəkil elə Hacı Məmmədovla da həmin hadisə səbəbindən birlikdə işlədiklərini vurğulayıb:
"Söz vaxtına çəkər deyirlər. 1989-cu ilin sentyabr ayının 6-sı idi. Mən altı il idi ki, Azərbaycan Respublikasının Prokuroru yanında xüsusilə mühüm işlər üzrə müstəntiq vəzifəsində işləyirdim (o vaxt vəzifə belə adlanırdı və cəmi 16 nəfər idik, bəzən bizə sadəcə vajnyak deyirdilər).
Respublika Prokuroru İlyas İsmayılov məni kabinetinə çağırdı, dedi ki, Xırdalan pivə zavodunun direktoru Fazil Şirəliyev 5 sentyabrda Fatmayı yolunda odlu silahdan açılmış atəşlə qətlə yetirilib. Göstəriş verdi ki, Abşeron rayon prokurorluğuna gedib işi icraata götür və istintaqı davam etdir”.
Vəkilin sözlərinə görə, qətl işinin ona həvalə olunmasının əsas səbəbi bu hadisəyə qədər bir neçə ölüm işi üzrə uğurlu istintaq apardığı üçün olub. Həmin dövr üçün bu sahədə ən yaxşı müstəntiqlərdən biri hesab edilirdi:
"Xırdalana gəldim, işi prokurorluqdan götürüb tanış oldum. Məlum oldu ki, 5 sentyabr 1989-cu ildə axşam 20:00 radələrində Bakı-Fatmayı yolunun 15-ci kilometrliyində naməlum şəxslər "Xırdalan” pivə zavodunun direktoru Fazil Şirəliyevi işdən çıxıb evinə gedərkən təqib edib və "Naqan” tipli tapançadan dörd dəfə atəş açmaqla onu qətlə yetiriblər. Hadisənin yeganə şahidi Şirəliyevin sürücüsü olub. Hadisədən sonra onu 15 sutkalıq həbs edib polis şöbəsində saxlayırlar. Mən Xırdalana gələndə Daxili işlər Nazirliyinin və prokurorluğun rəhbər işçiləri orda idilər. İş xüsusi nəzarətə götürülmüşdü.
Mərhum vaxtı ilə Mərkəzi Komitədə şöbə müdiri, Salyan rayon partiya komitəsinin 1-ci katibi vəzifələrində işləmişdi. Ölkə rəhbərliyi işin tez bir zamanda açılmasını tələb edirdi. Mən ilk növbədə sürücü ilə söhbət etdim, o bütün gördüklərini təfsilatı ilə danışdı. Maşını saxlayarkən arxadan "Jiquli” markalı maşının yaxınlaşdığını, Fazil müəllim düşəndə, həmin maşından 3 nəfərin düşüb onun arxasınca getdiklərini, bir neçə atəş səsi eşitdiyini, qorxusundan maşını sürüb hadisə yerindən qaçdığını, Jiquli gedən kimi geri qayıtdığını və direktoru maşına qoyub xəstəxanaya apardığını göstərdi. Sürücü and-aman edirdi ki, atəş açan şəxsləri tanımır və onları təsvir edə bilməz, maşının nömrəsini də görməyib, daha doğrusu deyirdi ki, nömrənin üstü nə iləsə bağlı idi(sonradan onun dedikləri təsdiqini tapdı)”.
Buna da bax: "Mən dərhal MTN-ə gedib İsa Qəmbərə məlumat verdim”
Adil İsmayılov davamında yazır ki, həmin gün respublika prokurorunun və Daxili işlər nazirinin birgə əmri ilə istintaq - əməliyyat qrupu yaradılıb və o, qrupun rəhbəri təyin edilib. Elə Hacı Məmmədov ilə tanışlığı da oradan başlayıb:

Hacı Məmmədov
"Qrupa prokurorluğun və DİN-in mərkəzi aparatının təcrübəli işçiləri, kriminalistlər, habelə Abşeron rayon prokurorluğu və polisinin bir neçə əməkdaşı daxil idi. Bu işin istintaqında kriminalist kimi Rövşən Əliyev yaxından iştirak edirdi. Qrupun üzvlərindən biri də Abşeron rayon polis idarəsinin yenicə təyin edilmiş əməliyyat üzrə müavini Hacı Məmmədov idi. Qərara alındı ki, istintaq-əməliyyat qrupunun üzvləri rayon polisinin təzəlikcə istifadəyə verilmiş binasında oturacaqlar. Şəxsən mənə isə Hacı Məmmədovun kabineti verildi. Beləliklə, təxminən bir il Hacı Məmmədovun kabinetində oturdum.
Hacı çox ünsiyyətcil insan idi, onunla xoş münasibətlərim yarandı. Bu bir il ərzində Hacı ev sahibi kimi mənim və qrupun üzvlərinin qulluğunda durdu, hər sabah işə gələndə stolumun üstündə hər cürə meyvə, çərəz, bahalı konfetlər olurdu, arada zarafatla bizə görə pul qazana bilmədiyini, heç olmasa kabinetə görə ona icarə haqqı verməli olduğumu deyirdi.
İşin açılmasına bir neçə gün vaxtımız getdi, sonrakı mərhələdə müqəssirlərin çoxlu sayda başqa cinayətlər törətdiyi müəyyən olunduğundan biz bir il müddətində işin istintaqını yekunlaşdırıb məhkəməyə göndərə bildik. Həmin işə görə ümumilikdə 30 nəfərə yaxın, əsas iş üzrə isə 13 nəfər məhkum olundu, onlardan 5 nəfərinə ölüm cəzası verildi.
SSRİ dağıldıqdan sonra həmin hökmlər icra olunmadı, müstəqillik dövründə isə əvvəlcə ölüm cəzasının icrasına moratorium qoyuldu, daha sonra isə ömürlük həbslə əvəz olundu. 1989-1990-cı illərdə həbs edilən həmin şəxslərdən üçü həbsdə dünyasını dəyişib, bildiyimə görə ikisi hələ də Qobustan türməsində cəza çəkir.
Dəstə üzvlərinin 1976-1989-cu illərdə 13 il ərzində Azərbaycan, Gürcüstan və Rusiyanın ərazisində 7 qətl, 40-a yaxın quldurluq cinayəti törətdiyi sübuta yetirildi. Yəqin nə vaxtsa bu iş barəsində də xatirələrimi yazacam. İndi isə təkcə onu deyim ki, bu SSRİ məkanında üstü açılmış ilk sifarişli ölüm işi idi.
SSRİ Xalq deputatlarının 1989-cu ilin dekabrında keçirilmiş 2-ci qurultayında SSRİ-nin Baş Prokuroru Aleksandr Suxarev və SSRİ-nin Daxili İşlər Naziri Vadim Bakatin öz çıxışlarında bu iş barəsində xüsusi qeyd etmişdilər.

Prokuror-kriminalist Rövşən Əliyev
1990-cı ilin yanvarında bu iş üzrə əməliyyat qrupunun bütün üzvləri mükafatlandırıldı. Hacı Məmmədov bu işə görə "Za liçnoye mujestvo” ordeni ilə təltif edildi. Bu orden cəmi 529 nəfər SSRİ vətəndaşına verilib ki, onlardan biri Hacı Məmmədov olub. Yeri gəlmişkən, bu işə görə mükafatlandırılanlardan biri o vaxt DİN-in Cinayət Axtarış İdarəsinin rəisi vəzifəsində işləyən Ramil Usubov olub. Ramil müəllimə bu işə görə polkovnik rütbəsi verildi.
Həmin işə görə istintaq qrupunun üzvlərini mükafatlandırmaq üçün məhkəmənin başa çatmasını gözləyirdilər. Məhkəmə 12 noyabr 1991-ci ildə başa çatdı, onda mən artıq prokurorluqda işləmirdim. Hacı Məmmədovla yollarımız bu işdən sonra ayrıldı, onunla ikinci görüşümüz dostum, prokuror-kriminalist Rövşən Əliyevin hüzür mərasimlərində oldu. Səhv etmirəmsə, Hacı ilə Rövşən də bir-birini məhz pivə zavodunun direktorunun ölüm işindən tanımışdılar...”
Ardı var...
Загрузка...
Xəbər lenti
-
13:46"Oğluma elə ağır işgəncə verilib ki, bağırsaqları yırtılıb və ağlı qaçıb"
-
13:30Hakimiyyət Heydər Əliyevin vəfatının 16-cı ildönümünü qeyd edir
-
12:22Jurnalistləri Müdafiə Komitəsi Azərbaycanda həbs edilmiş jurnalistləri azad etməyə çağırıb
-
12:15Liftlərlə bağlı rəsmi ittiham: pullar mənimsənilib, materiallar satılıb...
-
12:11Əmircanda bələdiyyə sədrinin özü və bütün ailə üzvləri seçkilərdə namizəddir - OĞLU, QIZI, 2 QARDAŞI, 2 BACISI, 2 QOHUMU...
-
22:35Azyaşlı övladlarını döyməkdə günahlandırılan ata həbs olunub
-
14:26Qarabağ əlili etiraz olaraq maşınını yandırıb
-
13:3342 beynəlxalq təşkilat vəkillərə təzyiqlə bağlı bəyanat yaydı
-
13:30Dələduzluğa görə həbs olunan şəxsin Elmira Axundovaya günaşırı 5 min manat aparmasının pərdəarxası...
-
13:23“Əli Həsənov Hüseynin hesabına vəzifəyə gəlmişdi”
-
13:15Polis 39 yaşlı kişini bıçaqladı
-
19:12Çingiz Qənizadə və onun şərikinin adı hallanan sifarişli ölüm işi məhkəmədə
-
19:07“Rüstəm Usubov vəkillərin ifadə azadlığına ən çox qanunsuz müdaxilə edən şəxsdir”
-
19:01Kəmaləddin Heydərov generalı vəzifəsindən çıxardı
-
13:14Ramiz Zeynalov yanğın yerində
-
12:58Polis zabiti jurnalisti məhkəməyə verdi - Rəisi Əli Həsənovun qaynıdır
-
12:35Rusiyada azərbaycanlı reperlərin maşını atəşə tutuldu
-
12:22Kəmaləddin Heydərov öz bacanağını qalib elan etdi
-
12:12FHN “EuroHome”un üzərinə təyyarə qaldırdı
-
12:08Uşaqları döyən ata və ögey anasına cinayət işi açıldı
-
11:46“Kəmaləddin Heydərov prosesə şəxsən rəhbərlik edir”
-
11:45“Qonşum Prezident Administrasiyasındakı qohumuna güvənib evimi əlimdən almaq istəyir”
-
11:42FHN helikopterdən çəkilən görüntüləri yaydı
-
11:12“EuroHome”un sahibi bu şəxsdir
-
11:09“Eurohome”da güclü yanğın
-
10:28“ANS”in vitse-prezidenti yeni şirkət yaratdı - “ANS ÇM” üçün
-
10:20Azərbayan ictimaiyyəti Çingiz Mustafayevin adını daşıyan radiotezliyə görə İlham Əliyev və Mehriban Əliyevaya müraciət etdi
-
10:16Vəfa Zeynalovanın qardaşı vəfat etdi
-
19:45Vasif Talıbov Ali Məclisə seçkilərlə bağlı sərəncam imzalayıb
-
14:18"Lombard Məlahət" jurnalisti həbs etdirmək üçün üçüncü dəfə məhkəməyə verdi
-
14:10İlkinin bacısının intiharı ilə bağlı - Açıqlama
-
14:08Bakıda ögey ana azyaşlı uşaqlara işgəncə verib
-
14:05Baş Prokurorluq Nemət Kərimlidən şikayət edib
-
14:04Bakıda intihar edən qız millimizin futbolçusunun bacısı imiş
-
14:31İcra başçısını tənqid edən keçmiş məmur intihar edib
-
05:00Ziya Bünyadovun oğlu vəfat etd
-
10:52“Relax”dakı davada nazirliyin bu əməkdaşları döyülüb
-
10:46Moskvada minik avtomobili metro stansiyasının vestibülünə çırpıldı
-
10:41Beynəlxalq təşkilatlar Azərbaycan Vəkillər Kollegiyasına məktub göndərib
-
10:40Elmar Vəliyev istintaqa ifadə verməkdən imtina edib
12 Dekabr 2019
11 Dekabr 2019
10 Dekabr 2019
09 Dekabr 2019
08 Dekabr 2019
07 Dekabr 2019
Digər xəbərlər
-
Manşet, Dosye
Azərbaycan Ordusuna qarşı törədilmiş cinayətin arxasında kim durur? - SABİQ TƏHLÜKƏSİZLİK ZABİTİNDƏN SENSASİON YAZI
-
Manşet, Dosye
Əsrin cinayətini tördənlər niyə cəzasız qalmaqdadır - Sabiq təhlükəsizlik zabitinin III SENSASİON YAZISI
-
Manşet, Dosye
Azərbaycandakı sovetdən qalma agent şəbəkəsi haqda müdhiş faktlar...
-
Manşet, Dosye
İsgəndər Həmidovun ona ittiham verən müstəntiqə cavabı: "Sənin kimi bir .... məhkəmədə olacaq və ..."
-
Manşet, Dosye
Ramil Səfərov tutulanda həbsxanada ona yardım edən qaçaq OMON-çu kimdir?
-
Manşet, Dosye
"O, məhkəmə zalında Azərbaycan bayrağına bürünüb "Mən səni sevirəm, Ramil”" qışqırdı - Tanınmış vəkilin yeni yazısı
-
Manşet, Dosye
"Ramil Səfərov azərbaycanca "erməni oğlan, çıx bayıra” bağırırdı”
-
Sənəd, Manşet, Dosye
Usubovun MTN-də verdiyi ifadə: "Rövşən Əliyev "Qarabulaq"da Lyudmila ilə mübahisə etmiş, hansısa şəxsi görərkən gizlənmiş..."
-
Manşet, Dosye
"Elmira Süleymanova Azərbaycanda da Ramil Səfərovun işində göstərdiyi prinsipiallığı göstərsəydi..."