"Hacı Məmmədov Baş Prokurorluğun idarə rəisinə “tələsirəm, işim var" deyib Zamirə Haçıyevanı oğurlamışdı..."

Загрузка...
Tanınmış vəkil Adil İsmayılov Azərbaycanda yaxın keçmişdə baş vermiş ağır cinayət hadisələri ilə bağlı gördükləri və bildiklərini yazmaqda davam edir. O, növbəti "Baş prokuror və onun müavini ən azı səhlənkarlıq cinayəti törətmişdi" adlı postda mərhum prokuror-kriminalst Rövşən Əliyevin qətli ətrafındakı gizlinləri göstərib.
A.İsmayılov yazır ki, indiyə kimi yazdıqlarının hamısı gördükləri və bildikləridir, yazdıqlarının iştirakçılarının bir qismi həyatda olmasa da, canlı şahidləri və yazılı sübutları var:

Zakir Qaralov 
"Ola bilsin ki, kimsə yazdıqlarımın təsadüf olmasını düşünsün. Amma cinayət işinin materialları tam əksini deməyə əsas verir. Çünki bu materiallarda Rəna Nəsibovanın məlumatına reaksiya verilməməsi, onun qəsdən öldürülməsi faktının gizlədilməsi ilə yanaşı Hacı Məmmədovun prokurorluq tərəfindən himayə olunmasına dəlalət edəcək kifayət qədər digər sübutlar da var. Rövşən Əliyev öldürülən gün Baş Prokuror Zakir Qaralov xidməti telefonundan Rövşənin mobil telefonuna zəng edərək onunla 369 saniyə danışmışdı. İstintaqçılar Əliyevin telefon əlaqəsi olan bütün şəxsləri müəyyən edib şahid qismində dindirsələr də, baş prokuroru dindirmədilər. Dindirə də bilməzdilər, çünki istintaqa prosessual rəhbərliyi o özü "həyata keçirirdi”.
 
Rövşən Əliyev 
Onun dindirilməsi barədə vəsatətlərimizi həm istintaq, həm də məhkəmə təmin etmədi. Məhkəməyə gəlsə idi prokurora çoxlu sayda suallarım olacaqdı və o, şahid kimi bunları çavablandırmağa məcbur olacaqdı. Məhkəmədə iştirak edənlər yəqin ki, xatırlayar, Hacını əvvəlcədən öyrətdikləri üçün, ifadə verdikdən sonra bildirdi ki, mənim suallarıma cavab verməyəcək, başqa kim nə istəyir soruşsun. Onu öyrədənlər bilirdilər ki, suallarıma cavab versə, onu himayə edənləri də ifşa edə bilər. Cavab versəydi özünün və dəstəsinin üzvlərindən bəzilərinin dəfələrlə prokurorluğun apardığı işlər üzrə istintaq cəlb edilib, hətta bir neçə dəfə saxlanılsalar da sonradan dərhal azad edilməsinin səbəblərini izah etməli olacaqdı".

Hacı Məmmədov 
Vəkil daha sonra yazır: "İstintaq materiallarından görünürdü ki, Hacının əmisi oğlu bu işdə onunla birlikdə ömürlük həbs cəzasına məhkum edilmiş F.Məmmədbəyov 2001-ci ildə Azər İsmayılovun ölüm işi ilə əlaqədar tutulub dərhal da buraxılmışdı. Maraqlıdır ki, Hacı Məmmədov Rövşən Əliyevin öldürülməsi faktına görə başlanmış cinayət işi üzrə sonuncu dəfə 9 fevral 2005-ci ildə prokurorluğun müstəntiqi Sərdar Şəmsiyev tərəfindən şahid qismində dindirilmiş, bundan sonra onu respublika prokurorluğunun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin rəisi Eldar Əhmədov qəbul edərək yarım saat təkbətək söhbət etdikdən sonra şəxsən yola salmışdı. Hacı Məmmədov Eldar Əhmədovun kabinetindən çıxdıqdan sonra, dindirmə protokoluna "tələsirəm, işim var "deyib imza etmədən getmiş və Beynəlxalq Bankın o vaxtki sədri Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Haçıyevanı oğurlamışdı.
 
Zamir Hacıyeva 
Bu faktların hamısı məhkəmə prosesində təsdiq olunub. Bu faktlar ən azından baş prokuror Zakir Qaralovun və onun birinci müavini Rüstəm Usubovun əməlində ağır nəticələrə səbəb olmuş vəzifə səhlənkarlığı cinayətinin olmasına dəlalət edirdi. Məhz onların səhlənkarlığı nəticəsində Rəna Nəsibovanın verdiyi məlumatlar vaxtında yoxlanılmamış və Hacı Məmmədovun dəstəsi vaxtında ifşa edilməmişdi. Nəticədə 17 iyun 2004-cü ildə Nəsibova, bundan üç gün əvvəl 14 iyun 2004-cü ildə Fətulla Hüseynov qətlə yetirilmişdi, 2005-ci ilin fevralında isə Zamirə Hacıyeva oğurlanmışdı. Onların cinayət məsuliyyətinə cəlb edilməsi üçün mən müvafiq instansiyalara müraciət etsəm də heç bir cavab almadım. 2007-ci ildə məni MTN-ə dəvət etdilər və mənimlə profilaktik söhbət apardılar. Bu da ayrıca bir yazının mövzusudur. Sonralar mənimlə "söhbət” aparan müstəntiq MTN işində həbs edildi. İndi isə Hacı Məmmədovla MTN-də baş tutmuş 3-cü görüşümə qayıtmaq istərdim. Ümidvram ki, yazının bu hissəsində bəzi suallarınızın cavabını tapacaqsınız...".
davamı olacaq
Загрузка...
Загрузка...

Xəbər lenti