Hacı İbrahim Nehrəmlinin qardaşının məhkəməsində şahid ifadə verib

Hacı İbrahim Nehrəmlinin qardaşının məhkəməsində şahid ifadə verib
Загрузка...
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Diasporla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri Nazim İbrahimov və iş adamı Hacı İbrahim Nehrəmlinin qardaşı Sahib İbrahimovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib. "Report"un xəbərinə görə, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə şahid qismində Emin Ağayev ifadə verib.
O, dindirilən zaman S.İbrahimovun şirkətindən mənzil aldığını bildirib: "Mən 186 min manata ev aldım. Mehbarə xanımla Tapdıq müəllimin də mənə borcu var idi. Onlar dedilər ki, aldığım 3 otaqlı mənzili 4 otaqlı evlə dəyişək. Sonra onlar Sahib müəllimlə danışıb razılaşdılar. Mənə Sahib müəllim binasından 4 otaqlı mənzil verməli idilər. Lakin bu baş tutmadı. Neçə dəfə Sahib İbrahimovun yanında olmuşam, məsələnin yoluna qoyulacağını söylədi. Əslində mən zərərçəkmiş qismində tanınmalı olsam da, istintaqda şahid kimi dindirilmişəm".
S.İbrahimov qeyd edib ki, onun şirkətində E.Ağayevin adına mənzil olmayıb: "Hazırda Emin müəllim mənim bu vəziyyətimdən istifadə edir". Məhkəmənin növbəti iclası aprelin 24-nə təyin edilib. Qeyd edək ki, S.İbrahimov Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq; külli miqdarda törədildikdə) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham olunub. Məhkəmənin qərarı ilə S.İbrahimov barəsində həbs qətimkan tədbiri seçilmişdi. Daha sonra onun barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib və azadlığa buraxılıb.
Xatırladaq ki, mətbuatda daha əvvəllər də S.İbrahimovun tikinti şirkətinin vətəndaşları aldatması ilə bağlı şikayət məktubları yer alıb. Belə ki, şikayətçilər müqavilə əsasında şirkətə pul ödəsələr də, mənzillərin onlara verilmədiyini bildiriblər. Cinayət işində 52 zərərçəkmiş var. Ümumilikdə, onlara 2 milyon manat ziyan dəyib. Məlumata görə, S.İbrahimov zərərçəkmişlərə dəymiş zərərin bir qismini ödəyib.
Загрузка...
Загрузка...

Xəbər lenti