“Hacı adamam, deyirdim, Rafael, faizə pul alma, haramdı...” - QARDAŞI BÜTÜN GÜNAHLARI MƏRHUM KEÇMİŞ DEPUTATIN ÜSTÜNƏ ATDI

27 Yanvar 2022, 18:26
27 Yanvar
2022
18:26
882
Külli miqdarda dələduzluqda ittiham olunaraq həbs edilən, həbsdə olarkən koronavirusa yoluxub vəfat edən keçmiş deputat Rafael Cəbrayılovun işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsində növbəti məhkəmə prosesi keçirilib. virtualaz.org-un xəbərinə görə, prosesdə "Dərhal" MMC şirkətinin təsisçilərindən biri, mərhum deputatın qardaşı Rauf Cəbrayılov dindirilib.
O, ifadəsində bütün məsuliyyəti mərhum qardaşının üstünə atıb, şirkətə faktiki rəhbərliyi qardaşının etdiyini, özünün bu işlərdə rolunun olmadığını deyib. Hansı ki, bundan əvvəl mərhum deputatın dul arvadı Aida Cəbrayılova onun hüquqi varisi qismində məhkəmədə ifadə verərkən zərərçəkənlərdən pulları əslində R.Cəbrayılovun qardaşının aldığını və mənimsədiyini göstərmişdi. Eləcə də keçmiş deputat özü həbs edilərkən pulları qardaşının mənimsədiyini deyib, onu "şərəfsiz" adlandırıb.

"Rafael deputat idi deyə, şirkətə faktiki rəhbərlik edirdi. Şirkətin hüquqi təsisçisi isə digər qardaşım Elşən və mən idim. Pul üstündə mübahisəmiz düşürdü. Mən hacı adamam, dəfələrlə deyirdim ki, faizə pul almayın, haramçılıqdı. Deyirdik ki, "Rafael, bu pulları neynirsən, kimə verirsən?" Bizim davamız daha çox onun faizə pul alması üstündə düşürdü. Dörd il idi bir-birimizi danışdırmırdıq. Satılan evlərdən mənə faiz düşmürdü. Təsis payı məndə 20 faiz, Elşəndə isə 70 faiz göstərilirdi. Şirkətin fəaliyyəti ilə Elşən məşğul olurdu. Ancaq digər məsələlərlə Rafael şəxsən özü məşğul olurdu. Açığı desəm, Rafael Milli Məclisdə olmurdu, çox vaxt şirkətdə olurdu", - Rauf Cəbrayılov deyib.
O bildirib ki, Binəqədi rayonu ərazisində 2 hektar torpağını mərhum qardaşının tanışı Fikrət vasitəsilə satıb. Və satdığı torpağa görə Fikrətin ona 50 min manat borcu qalıb.
Qeyd: ittihama əsasən R.Cəbrayılov qardaşı Rauf tərəfindən Bakı şəhər sakininə satılan, Binəqədi rayonu, M.Ə.Rəsulzadə küçəsində yerləşən 2 hektar torpaq sahəsinə dair mülkiyyət sənədinin ("çıxarış”) əldə edilməsinə kömək edəcəyi barədə torpağı alan həmin şəxsə yalandan vəd verib. Ondan 240 min manat alaraq mənimsəyib, yaxud "şəxsi ehtiyaclarına sərf edib”. Ümumən mərhum keçmiş deputat müxtəlif adamlardan milyonlarla manat pul alaraq geri qaytarmayıb. Onun pul alıb qaytarmadıqları arasında tikinti maqnatı "Şərurlu İsfəndiyar” da var.
R.Cəbrayılov həm də deputat mandatını sələmçiyə girov qoyaraq pul götürməsi qalmaqalı ilə tanınmışdı.
Zərərçəkmiş Sülhiyyə Məmmədovanın vəkili Kamandar Nəsibov şahiddən tikinti işlərində rolunun nədən ibarət olduğunu soruşub. Şahid işlərin hamısını R. Cəbrayılovun apardığını, gəlirin 70 faizinin mərhum qardaşına, 30 faizinin isə digər qardaşı Elşənlə ona çatdığını deyib.

Vəkil K.Nəsibov şahidin "yalan danışdığını” deyib: "Siz deyirsiz ki, şirkətin təsisçisi olmusunuz, amma aparılan işlərə qarışmamısınız. Bu necə ola bilər? Özünüzə hacı deyirsiz, amma yalan danışırsız".
Hakim Əhməd Quliyev isə mərhum deputatın məhkəmədə dediklərini yaxşı xatırladığını şahidin diqqətinə çatdırıb: "Rəfael Cəbrayılov vəfat etdiyinə görə bütün işləri onun üstünə atırsız. Onun məhkəmədə dedikləri mənim yaxşı yadımdadır. Ortada dəymiş ziyan var. Dəymiş ziyanı kim ödəməlidir? Allahı tanıyın".
Daha sonra zərərçəkmiş Bəşir Məmmədovun məhkəməyə göndərdiyi vəsatəti elan olunub. Zərərçəkmiş vəsatətində pulu Elşən Cəbrayılova ödədiyini, lakin onun cinayət məcəlləsinə cəlb olunmadığını bildirib. Bu səbəbdən zərərçəkən cinayət işinin istintaqa qaytarılmasını xahiş edir.
Məhkəmə prosesi fevralın 10-da davam edəcək.
Xəbər lenti
-
00:16"Bir neçə nəfər də töküldü üstümə, məni yıxdılar, qolumu burdular, sürüdülər..." - VİLAYƏT EYVAZOVA MÜRACİƏT
-
23:58Yavər Camalovun oğlu xaricdə 8 milyon dollara mənzillər alıb
-
23:51Bakıda polkovnik-leytenant iş başında öldü
-
23:49MTN-in ən qeyrətli müstəntiqi danışdı - Zakir Qaralovla Rüstəm Usubovun tapşırığı əsasında həbs etmişik
-
13:58Bakıya yeni prokuror təyin edildi
-
13:56Prezident XTQ-nin hərbi hissəsində
-
13:52MTN pul bölgüsündə Baş Prokurorluğa “atıb”
-
00:35Hərbçilərə işgəncə verdiyi üçün axtarılan Polad Əzizov kimdir?
-
00:30“Əməliyyat müvəkkili məni axşama kimi fasilələrlə döydü”
-
00:27“Qazprombank”ın sabiq vitse-prezidenti və ailəsi ölü tapılıb
-
00:25Tərtər hadisələri zamanı öldürülən Elçin Quliyev bəraət aldı
-
00:22“Tərtər işi”: 7 nəfər həbs olunub, 280 şəxs zərərçəkmiş kimi tanınıb
-
00:19Arvadını öldürüb özünü asdı - Daha bir dəhşətli qətl
-
00:18''Biz Mövlam Şıxəliyevin ailə üzvlərinin də həbsini tələb etmişik...''
-
01:58Bayden Putini “qanlı diktator” və “quldur” adlandırdı
-
01:56FHN Hospitalının baş həkiminə hökm oxundu
-
12:42DTX düşmənlə məxfi əməkdaşlıq edən şəxsi ifşa etdi
-
17:34“Qanuni oğru” Namiq Səlifov Rufo Gənciniskinin adamını cəzalandırdı
-
13:45MTN-də 8 milyon dolları alınan iş adamı Neftçalada vaqonda yaşayır - gerçək hekayət
-
13:37Ukraynada daha bir Rusiya generalı məhv edildi
-
13:34Dünən Bakıda öldürülən dünya çempionunun son SƏS YAZISI - Yeni detallar
-
13:29Rusiya 10 gün sonra dayana bilər - Amerikalı generaldan proqnoz
-
13:24Dünya çempionu Zaur Yusifov marketdə güllələnibmiş...
-
13:21Zaur Yusifovun qətlinə görə “Emin 444”ün xalası oğlu tutuldu
-
01:26Məşhur prokuror Tariyel Qurbanov işdən çıxarıldı
-
01:23Canlı efirə “Müharibəyə yox!” plakatı ilə çıxan kanal əməkdaşı saxlanıldı
-
01:14İcra başçısının köməkçisi saxlanılıb
-
01:10Rusiyada: Canlı yayımda redaktor studiyaya girib müharibəyə qarşı çıxdı
-
01:07“Dedilər qızılları götürüb qaçıb. Hamı yığışmışdı lombardın qabağına...” - MAQSUD MAHMUDOVDAN QƏDİMİ QIZIL SAATI DA SORUŞDULAR
-
01:04“Emin 444”ü Zakir Həsənovun evinin qarşısında öldürən dünya çempionu qətlə yetirildi
-
23:49Bəxtiyar Hacıyev: “Polis idarəsində məni saatlarla dizlərimin üstündə saxladılar, təhqir etdilər”
-
23:45“Cahangir Əsgərov və xanımından 16 milyonumu tələb etdiyimə görə həbsdəyəm”
-
23:41Maqsud Mahmudov: “Uşaqlarımın şəklini yayıb, “vətən xaininin övladları” yazmışdı”
-
23:35Mariupol doğum evinə hava zərbəsi: 17 yaralı
-
23:32Tələt Əliyev axtarışa verildi
-
23:29Çernobıl AES-də işıq tamamilə kəsildi - “48 saat sonra sızma qaçılmaz olacaq”
-
23:28Rusiya Ukraynadakı əməliyyatlarda çağırışçıların olmasını etiraf etdi
-
15:54Rusiyanın 15 milyon dollarlıq “Pantsir” kompleksi və daha bir neçə texnikası qənimət götürüldü
-
15:51Ukrayna MN: "Rusiya qoşunları əsas səyləri Kiyevin mühasirəyə alınmasına yönəldib"
-
15:47“İcra Hakimiyyətinə bina tikməyə 3 milyon manat ayrılmışdı, 3 aya yoxa çıxdı...”
16 May 2022
15 May 2022
30 Aprel 2022
20 Aprel 2022
18 Mart 2022
16 Mart 2022
15 Mart 2022
09 Mart 2022
04 Mart 2022
Digər xəbərlər
-
Manşet, Məhkəmə
MTN-in ən qeyrətli müstəntiqi danışdı - Zakir Qaralovla Rüstəm Usubovun tapşırığı əsasında həbs etmişik
-
Manşet, Məhkəmə
MTN pul bölgüsündə Baş Prokurorluğa “atıb”
-
Manşet, Məhkəmə
''Biz Mövlam Şıxəliyevin ailə üzvlərinin də həbsini tələb etmişik...''
-
Manşet, Məhkəmə
“Dedilər qızılları götürüb qaçıb. Hamı yığışmışdı lombardın qabağına...” - MAQSUD MAHMUDOVDAN QƏDİMİ QIZIL SAATI DA SORUŞDULAR
-
Manşet, Məhkəmə
“Cahangir Əsgərov və xanımından 16 milyonumu tələb etdiyimə görə həbsdəyəm”
-
Manşet, Məhkəmə
Maqsud Mahmudov: “Uşaqlarımın şəklini yayıb, “vətən xaininin övladları” yazmışdı”
-
Manşet, Məhkəmə
“İcra Hakimiyyətinə bina tikməyə 3 milyon manat ayrılmışdı, 3 aya yoxa çıxdı...”
-
Manşet, Məhkəmə
MTN-də Prezident Adminstarsiyasının məsul işçisindən 10 milyon dollar rüşvət alınıb – işdə Ziyad Səmədzadənin adı hallanır!!!
-
Manşet, Məhkəmə
“Sanki mən Tofiq Yaqublu olduğumu sübut etməliyəm”