Gözəl Bayramlı: Bu maddə ilə girov saxlanılan yeganə şəxs mənəm

Gözəl Bayramlı: Bu maddə ilə girov saxlanılan yeganə şəxs mənəm
Загрузка...

AXCP sədrinin müavini cəzasının cəmi iki ay azaldılması barədə qərarı "rüsvayçılıq” adlandırıb

"Onsuz da hakimiyyətin əsirinə çevrilmiş məhkəmələrdən artığını gözləmirdim. Amma bununla daha bir rüsvayçılığa imza atdılar”, - AXCP sədrinin müavini Gözəl Bayramlı haqqındakı hökmün dəyişdirilib, cəzasının 3 ildən 2 il 10 aya salınmasıyla bağlı fikirlərini bölüşüb.

G.Bayramlı yaxınları vasitəsilə haqqındakı qərara münasibət bildirərkən vurğulayıb ki, o, girov saxlanılır. Həm də Cinayət Məcəlləsinin 206.1 (qaçaqmalçılıq) maddəsilə Azərbaycanda həbsdə olan yeganə şəxsdir. Ali Məhkəmə onun haqqındakı qaçaqmalçılıq ittihamını qaçaqmalçılığa cəhdə tövsif etsə də, cəzanı cəmi 2 ay azaldıb:

"Mənim sifarişli həbsimin birbaşa hakimiyyətin başından gəldiyi kimsəyə sirr deyil. Hər kəs də bilir ki, bu maddə ilə hazırda ölkə həbsxanalarında girov saxlanan yeganə şəxs mənəm. Ölkənin Ali Məhkəməsinə bir qondarma işdə həbs müddətinin iki ay azaldılması sifarişini vermək rəzalətdən başqa bir şey deyil. Biz bu ölkədə qanunun hər kəsdən və hər şeydən üstün olması uğrunda mübarizə aparırıq. Bu yolda hər şeyi gözə almışıq və bilirik ki, bir gün mütləq haqlı tərəf qalib gələcək. Haqlı tərəf bizik. Bu ölkəni öz mülkü kimi idarə edənlər, Azərbaycan insanının haqqını yeyib, ona olmazın zülm edənlər bir gün mütləq ədalət məhkəməsi qarşısında dayanacaq”.

G.Bayramlı həmçinin 17 noyabr - Milli Dirçəliş Günü münasibətilə təbriklərini çatdırıb: "Qarşıdan gələn 17 noyabr bayramınızı təbrik edir, hamınıza Azərbaycanın azad gələcəyi naminə mübarizədə cansağlığı və qətiyyət arzulayıram! Əziz dostlar, yola davam!”

G.Bayramlı 2017-ci il mayın 25-də həbs olunub. Onun Gürcüstandan gələrkən çantasında gömrüyə bəyan edilməmiş 12 min dollar tapıldığı iddia olunur.

G.Bayramlı isə həmin pulun ona məxsus olmadığını, məntəqədən keçərkən gömrükçülər tərəfindən cibinə atıldığını bildirir.

Загрузка...
Загрузка...

Xəbər lenti