MTN evində axtarış apardı, polisin paqonunu cırdı

MTN evində axtarış apardı, polisin paqonunu cırdı
Загрузка...

Qanunsuz dini ədəbiyyat saxladığı üçün bir müddət öncə evində axtarış aparılan şəxs polislə mübahisə edib.

Criminal.az-ın Milli.Az-a istinadən verdiyi xəbərə görə, Bakı Beynəlxalq Avtovağzalının qarşısında müəyyən edilməmiş yerdən keçən piyada həmin ərazidə xidmətdə olan Dövlət Yol Polisi Şöbəsinin əraziyə ezam olunmuş Post Patrul Xidməti Bölüyünün serjantları - 1985-ci il təvəllüdlü Ceyhun Allahverdiyev və 1987-ci il təvəllüdlü Elməddin Həsənov tərəfindən saxlanılıb. Həmin şəxs polis serjantlarının qanuni tələblərinə məhəl qoymaraq tabeçilik göstərməyib və mübahisə zəminində C. Allahverdiyevin paqonunu cırıb.

Sonradan müəyyən edilib ki, həmin şəxs Bakı şəhər sakini, 1982-ci il təvəllüdlü Zəka Mirağayevdir. 2012-ci ilin mart ayında Z.Mirağayevin yaşadığı evdə axtarış aparılıb və nurçuluğu təbliğ edən kitablar müsadirə olunub. Həmin vaxt polisdən əməliyyatı MTN-in apardığı bildirilmişdi.

Criminal.az

Загрузка...
Загрузка...

Xəbər lenti