Gürcüstanda Maya və onun dostları ələ keçdi

Gürcüstanda Maya və onun dostları ələ keçdi
Ötən həftə 20 yaşlı Bakı sakini Muxtar Məmmədova hücum etmiş cinayətkar qruplaşmanın üzvləri Gürcüstanda saxlanılıb. Oxu.Az xəbər verir ki, saxlanılan şəxslər Hüseynov Orxan Emil oğlu, Osmanov Elçin Ədalət oğlu, Saatlı rayon sakini Qasımova Maya Şahin qızı və Zəngilan rayon sakini Kərimov İsrafil İzzət oğludur.
İlk olaraq yanvarın 27-də Hüseynov saxlanılıb. Digər dəstə üzvləri Gürcüstan ərazisinə qaça bilsə də, yanvarın 28-də yerli hüquq-mühafizə orqanı əməkdaşları tərəfindən saxlanılıb. Xatırladaq ki, yanvarın 25-də üzlərində qara maska olan üç cinayətkar Məcidov küçəsində kirayə götürülmüş mənzilə basqın edib. Həmin mənzilə onlarla əlbir olan Maya Qasımova sosial şəbəkədə tanış olduğu gənc oğlanı gətirmişdi.
Axşam görüşdən sonra onlar mənzilə gəlib, lakin zərərçəkənin giriş qapısını açıq qoyması gəncin gözündən yayınıb. Təxminən 30 dəqiqədən sonra içəri üç maskalı şəxs daxil olub. Cinayətkarlar gənci stula əyləşdirərək əl-ayağını bağlayıb. Sonra ona fiziki xəsarətlər yetirərək, üzərində olan 150 manata və mobil telefona sahib çıxıblar. Hazırda Gürcüstan hüquq-mühafizə orqanları saxlanılan dəstə üzvlərinin Azərbaycana ekstradisiyası istiqamətində hazırlıq işləri aparır.

Xəbər lenti