Gürcüstanda azərbaycanlı ər-arvad xüsusi amansızlıqla qətlə yetirilib

Gürcüstanda azərbaycanlı ər-arvad xüsusi amansızlıqla qətlə yetirilib
Загрузка...
Ötən gecə Gürcüstanda azərbaycanlıların yığcam yaşadıqları Qardabani rayonunda orta yaşlarında olan azərbaycanlı ər-arvad qətlə yetirilib. "Report”un Gürcüstan bürosu xəbər verir ki, hər iki şəxs küt alətlə xüsusi amansızlıqla öldürülüb. Ər-arvadın sifət nahiyələri tanınmaz hala salındığından qohumları onları tanımaqda çətinlik çəkiblər. Azərbaycanlı ər-arvadın Qardabanidə kiçik biznesinin olduğu bildirilir. Onların oğlu Rusiyada yaşayır.
Qətli törədən şəxs, yaxud şəxslər evdən heç nə oğurlamayıblar. Qohumları iddia edirlər ki, qətlə səbəb intiqam olub, belə ki, evin divarında "Tez gəl, səninlə hesablaşaq!” sözləri yazılıb. Gürcüstan Daxili İşlər Nazirliyi faktla bağlı istintaq aparır.
Загрузка...
Загрузка...

Xəbər lenti