Gürcüstan vətəndaşı hakim qarşısında - silah və narkotik ittihamı

Gürcüstan vətəndaşı hakim qarşısında - silah və narkotik ittihamı
Загрузка...
Silah və narkotiklə saxlanılan şəxs hakim qarşısına çıxarılıb. Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində odlu silah saxlama və narkotik əldə etməkdə ittiham edilən 1986-cı il təvəllüdlü Paşayev Elimxan Hüseyn oğlunun cinayət işi üzrə məhkəmə iclası başlayıb. Hakim Azad Məcidovun sədrliyi ilə keçirilən məhkəmə iclasında dövlət ittihamçısı ittiham aktını elan edib.
İttihama görə, E.Paşayev ötən ilin sonunda Sabunçu rayonu ərazisində polis əməkdaşları tərəfindən şübhəli şəxs kimi saxlanılıb. Onun üzərinə baxış keçirilən zaman tapança və narkotik vasitə aşkar edilib. Elimxan Paşayevə qarşı Cinayət Məcəlləsinin 228.1-ci (qanunsuz olaraq odlu silah saxlama) və 234.4.3-cü (satış məqsədi ilə külli miqdarda narkotik vasitə əldə etmə və satma) maddələri ilə ittiham irəli sürülüb. Elan olunmuş ittihamla E.Paşayev özünü qismən təqsirli bilib.
Deyib ki, silah onun üzərində olsa da narkotik vasitədən xəbərsizdir. Gürcüstan vətəndaşı olduğunu deyən E.Paşayev hadisədən 7 ay əvvəl Bakıya gəldiyini deyib. O, silahı zibilliyə yaxın ərazidən tapdığını deyib. Suallara cavab verən E.Paşayev silahla heç kimə hədə-qorxu gəldiyini söyləyib. Narkotik ittihamını isə təzyiqlərlə üzləşdiyi üçün qəbul etdiyini bildirib. Məhkəmə iclası davam etdirilir.
Daxili İşlər Nazirliyinin məlumatına görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə daxil ola əməliyyat məlumatı əsasında Gürcüstan vətəndaşı Elimxan Paşayev Sabunçu rayonu Bakıxanov qəsəbəsində saxlanılan zaman üzərindən 1 ədəd "Pistol Modell 27” markalı tapança və 6,123 qram narkotik vasitə olan heroin aşkar olunaraq götürülüb.

Xəbər lenti